Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə47/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   43   44   45   46   47   48   49   50   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

134 


  

Bir ara susub, o şorgöz qoca barədə fikrə daldılar. Harold soruşdu: 

  

- Onu ziyarət etmənə nə əcəb razılıq verdi? 



  

- Yəqin hava atmaq istəyirdi mənə. Bildiyin kimi, mən onu zavoddakı işindən çıxıb, 

yazıçı olmaq qərarına gəldiyi vaxtlardan tanıyıram. O vaxtlar tualet kağızı almağa pul 

tapmırdı, yanını qəzetlə silirdi. 

  

- Bəs qonaqlıq necə keçdi, Harold? Sərxoş idi yenə? 



  

- Onu heç soruşarlar?! Həm də açarını itirən qədər içdiyindən əsl qabanı xatırladırdı. 

  

- O elə bilir ki, əyyaşlıq – maçoluğun bir əlamətidir. Tod Uinters bir gecə onu leşi çıxana 



qədər döydüyündən danışmışdı mənə. 

  

- Həqiqətənmi? 



  

- Həqiqətən. Bax, bunu əsla qələmə almaz o əbləh. 

  

- Heç vaxt qələmə almaz. 



  

Bir ara espressolarını udumladılar. Əlini köynəyinin cibinə salan Nelson oradan xudmani 

bir siqara çıxartdı. Ağzına tərəf apardığı siqaranın sellofanını dişləriylə yırtdı, uc qismini 

dişləyib, siqaranı ağzına qoydu, sonra isə əlini səhbanın üzərindəki çaxmağa tərəf uzatdı. 

  

- Nelson, o siqaranı yandırmasan, yaxşıdır. İyrənc vərdişdir bu! 



  

Ağzından çıxartdığı siqaranı Nelson səhbanın üstünə atdı. 

  

- Qoxusu hələ bir yana dursun, bu lənətə gəlmiş tütün xərçəngə də yol açır, Nelson. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

135 


  

- Haqlısan. 

  

- Hə, Nelson. O hərifin nələr danışdığından bəhs elə. 



  

- Faktovskinin? 

  

- Başqa kimi nəzərdə tuta bilərəm ki? 



  

- Harold, o, mənim yazdıqlarıma güldü. Dedi ki, bu işi heç vaxt bacarmayacağam. 

  

- İnanmaram! 



  

- Hə, hə. Öz dəlmə-deşik cins şalvarı və kirli-pasaqlı maykası ilə keçib qarşımda oturdu 

və bu işi əsla bacarmayacağımı düz gözümün içinə söylədi. İri bir evdə yaşayır hərif, 

qarajında da bir cüt təzə maşını var. Ev nəhəng bir qayanın üstündə tikilib və çox bahalı 

mühafizə sistemiylə qorunur. Həm də o, özündən iyirmi beş yaş cavan, suyuşirin bir qızla 

yaşayır. 

  

- Ancaq yaza bilmir. Söz xəzinəsi kasaddır, öz üslubu isə yoxdur, sıfırlanıb… 



  

- Qusmaq, qayırışmaq və hap-gopdur onunku. Bunlardan yaza bilir ancaq… 

  

- Qadınlara da nifrət bəsləyir, Nelson. 



  

- Hələ döyür də, Harold. 

  

Haroldu gülmək tutdu: 



  

- Sən Allahın, onun qadınların niyə bağırsaqlı doğulmasından şikayətləndiyi şeiri 

oxumusanmı heç? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

136 


  

- Alçağın biridir o! Elə isə niyə onun kitabları belə çox satılır? 

  

- Çünki oxucuları da onun kimi əbləhdir! 



  

- Haqlısan. Cıdır yarışları və içki mövzusunda eyni şeyləri dönə-dönə yazmaqdan 

usanmır o. 

  

Bir ara bu barədə düşündü hər ikisi. Bir az sonra Harold köks ötürdü: 



  

- Avropada da məşhurdur. İndi də Cənubi Amerikada bəyənilməyə başlayıb. 

  

- Harold, bütün bunlar sarsaqlıq xərçəngidir, vallah! 



  

- Ancaq burada məşhur deyil o, Nelson. Axı, biz onun necə bir nəcis olduğuna yaxşı 

bələdik. 

  

- Bizim tənqidçilər kimin həqiqi yazıçı olduğunu daha dəqiq təyin edirlər. 



  

Durub, fincanlara espresso qəhvəsi süzən Nelson təkrar əyləşdi: 

  

- Bir məqam, daha iyrənc bir məqam da var. 



  

- Nədir o, Nelson? 

  

- Başdan-ayağa tibbi müayinədən keçib. Ömründə ilk dəfə. Tam da altmış beş yaşında. 



  

- Bəs nəticə nədir? 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

137 


- Tamamilə sağlammış. Həkimdən aldığı rəyi bir araq şüşəsinin altına qoymuşdu. Mənə 

göstərdi. Onun acqarına içdikləri bəlkə bir ordunun axırına çıxardı. Türmədə yatdığı 

günləri hesaba qatmasaq, hər gün içibdir. Analizlərindəki tək əskiklik triqliserid olub. 

264 aşağı çıxıb. 

  

- Ən azından o əskik çıxıb barı! 



  

- Mümkün deyil! Axı, öz badə dostlarının və əyyaş məşuqələrinin hamısını o dünyaya 

yola salıb bu. 

  

- Nelson, görünür, onun təkcə yazıçılıqda yox, digər şeylərdə də səfil it qədər bəxti 



gətirir. 

  

- Həm də hərəkətin xeyli gur olduğu küçədə bir cinahdan digərinə qəzasız-bəlasız keçən 



it qədər! 

  

- Sağlamlığını bu dərəcədə qorumasının sirrini soruşmadın ondan? 



  

- Soruşdum. Gülərək, tanrıların onun yanbızına aşiq olduqlarını dedi. Karma ilə bağlı 

məsələymiş bu. 

  

- Karma ilə? O, bu kəlmənin hansı məna daşıdığını da bilmir bəlkə! 



  

- Harold, ancaq özünü bilən biri kimi aparır. Poeziya gecələrindən birində məktəbli oğlan 

ondan ekzistensializmin mahiyyəti barədə soruşanda o: «Bu, Sartrın daldan buraxdığı 

yeldir» demişdi. 

  

- Bu hərifin iç üzü görəsən nə vaxt ortaya çıxacaq? 



  

- Mənə qalsa, indiyədək çoxdan çıxmalıydı! 

  

Qəhvələrindən bir qurtum da aldılar. 



  


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə