“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
146
- Mənim işim budur, - o, cavab verdi. – Mən adamları qərargaha ötürürəm.
- Siz rabitəçisiniz?
- Bəli, - cavab verdi silahlı adam. – Mən rabitəçiyəm.
―Qəribə rabitəçidir, - düşündü əliyalın, – hara getdiyini özü də bilməyən rabitəçi. Hər
halda, - əliyalın adam belə nəticəyə gəldi, - yolla getmək istəmir ki, mən qərargahın
yerini bilməyim. Etibar etmir mənə‖. Nəhs əlamətdir bu – hələ də etibar etmirlər ona. Elə
hey bunu düşünməkdəydi əliyalın. Amma bu nəhs əlamətin özündə də bir ümid yeri vardı
ki, onu həqiqətən qərargaha aparırlar, orada buraxacaqlar. Üstəlik, get-gedə sıxlaşan,
çıxış yolu görünməyən meşə, silahlı adamın sükutu, qüssəsi daha çox bədbinlik oyadırdı.
- Katibi də qərargaha siz ötürmüşdünüz? Dəyirmançının qardaşlarını da? Müəlliməni də?
O bunları birnəfəsə, fikirləşmədən dedi. Bu, ən qorxulu sual idi, cavabı onun aqibətini
həll etməliydi: bələdiyyənin katibi, dəyirmançının qardaşları, müəllimə - bunlar hamısı
aparılıb, bir daha qayıtmayanlar idi; onlar haqqında kimsə bir xəbər öyrənə bilməmişdi.
- Katib faşist idi, - dedi silahlı, - dəyirmançının qardaşları milisdə qulluq etmişdilər,
müəllimə də yardımçı qoşunlarda.
- Xəbər bilmək üçün soruşdum: axı onlar qayıtmayıblar.
- Yaxşı, - silahlı onun sözünü ağzında qoydu. – Onlar hər kim olublar, olublar. Siz isə
sizsiniz. Burda müqayisəyə yer yoxdur.
- Əlbəttə, - razılaşdı əliyalın, – müqayisəyə dəyməz. Mən elə-belə, maraq xatirinə
soruşdum.
O - əliyalın adam özünü toxtatdı. Bütün kənddə ən fəndgir adam idi, fırlatmaq olmazdı
onu. Başqaları – katiblə müəllimə - qayıtmayıblar, ancaq o, əlbəttə, qayıdacaq. ―Mən usta
adamam, - deyəcəkdi o, serjanta. – Partizan kaput, mən yox. Mən partizanların hamısını
kaput‖. Bəlkə də güləcəkdi serjant.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
147
Ancaq yanmış ağaclığın sonu görünmürdü, əliyalının zehnində meşənin içindəki talalar
kimi müəmmalar, anlaşılmazlıqlar baş qaldırırdı.
- Mən katib barədə də, qalanları haqqında da düz-əməlli heç nə bilmirəm. Rabitəçiyəm
mən.
- Amma qərargahdakılar ki bilirlər, - dirəşdi əliyalın adam.
- Əlbəttə. Qərargahda xəbər tutarsınız onlardan. Ordakılar bilərlər.
Axşam düşdü. Sıx kolluqdakı üstüörtülü daşlıqda sürüşməmək üçün ehtiyatla yerimək,
ayağını hara basacağını götür-qoy etmək lazım gəlirdi. Həm də qəfil qorxu üstələməsin
deyə, səksəkə, həyəcan içində bir-birinin ardınca baş qaldıran fikirlərini diqqətlə ölçüb-
biçməliydi.
Əgər onu casus bilmiş olsaydılar, əlbəttə, bax beləcə, bu meşənin içində, qətiyyən ona
fikir verməyən bir adamla təkbətək buraxmazdılar. Onun əlindən istədiyi vaxt qaçıb
yayına bilərdi. Əgər qaçmaq istəsəydi, o, yəni yanındakı neyləyəcəkdi?
Ağacların arasıyla üzüaşağı gedə-gedə əliyalın adam o birisi ilə özü arasındakı məsafəni
yavaş-yavaş açmağa başladı. O biri adam sola dönəndə, bu, sağa yönəlirdi. Belə
görünürdü ki, silahlı hələ də onun hayında deyil. Onlar seyrək meşə ilə beləcə, bir-
birindən aralıda gedirdilər. Arada pineyaların, kolluğun, pöhrələrin arxasında bir-birini
itirdilər də. Sonra birdən əliyalın adam baxdı ki, silahlı yenə onun başının üstünü alıb.
Özkefinə yeriyirmiş kimi görünsə də, hər dəfə təzədən onun yanında peyda olurdu.
Əliyalın adam indiyə qədər bu fikirdə idi: ―Əgər onlar məni, lap bircə dəqiqəliyə də olsa,
buraxsalar, daha heç cür tuta bilməzlər‖. İndi isə belə düşünməyə başlamışdı: ―Əgər
bunun yanından əkilə bilsəm, onda...‖
Bu an artıq onun xəyalına almanlar - cərgəyə düzlənmiş almanlar, yük maşınlarındakı,
tanklardakı almanlar gəlirdi. Başqaları üçün bu səhnə ölüm demək idisə, ondan ötrü
qurtuluş mənası verirdi; ondan – bu fərasətli, fəndgir adamdan ötrü.
Onlar talaları, seyrək ağaclıqları arxada qoyub, yanğınların yaxın düşmədiyi sıx, yaşıl
meşəliyə girdilər. Orada torpağın üzünü pineyaların quru iynəyarpaqları örtmüşdü. Silahlı
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
148
adam hardasa geridə qalmışdı, görünür, o, başqa yolla getmişdi. Bu vaxt əliyalın
ehtiyatla, nəfəsini qısıb, addımlarını yeyinlətdi; pineyaların arasıyla, dərə boyunca hey
üzüaşağı, cəngəlliyin içərilərinə doğru gedirdi. O qaçıb uzaqlaşırdı, özü də dərk edirdi
aradan çıxdığını. Qorxu bürüdü onu. Anladı ki, iş-işdən keçib artıq, o biri adam onun
qaçmaq istədiyini hiss edib, indi də, yəqin, izinə düşüb gəlir. Bircə yol qalırdı – qaçıb
daha da uzaqlaşmaq. Əgər indi - qaçmağa cəhd edəndən sonra bir də onun girinə keçsə,
halı heç yaxşı olmayacaqdı.
Arxadakı xışıltıya qanrılıb baxdı: silahlı adam onun bir neçə metrliyində idi, öz sakit,
aram yerişi ilə gəlirdi. Avtomatı əlində tutmuşdu. O dilləndi:
- Bax o tərəfdən kəsə yol olmalıdır, - deyib, əliylə ona irəli getmək işarəsi verdi.
Hər şey yenə əvvəlki kimiydi. Yenə də anlaşılmazlıq, müəmma: vəziyyət gah düzəlir, gah
pisləşir; sonu görünmək əvəzinə, meşə daha da qalınlaşıb; bu adam, bir kəlmə
dillənmədən, az qala onu əldən buraxacaqdı.
O soruşdu:
- Bu nədir, bu meşənin heç sonu olmayacaq?
- Bax o təpəni adladıqmı, çatırıq, - dedi o birisi. – Qorxmayın, axşama evdə olarsınız.
- Doğrudan məni evə boşlayarlar? Məni, tutalım, girov kimi saxlamazlar ki?
- Biz alman deyilik ki, girov götürək. Uzaqbaşı, başmaqlarınızı əlborcu alarlar, biz
hamımız az qala ayaqyalınıq axı.
Əliyalın adam deyinməyə başladı, guya dünyada olan-qalan dərdi elə başmaqları idi.
Ancaq qəlbinin dərinliyində şadlanmışdı. Aqibəti ilə bağlı, yaxşılı-pisli, hər təfərrüat onu
bir azca toxtadırdı.
Dostları ilə paylaş: |