Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə51/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   47   48   49   50   51   52   53   54   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

149 


- Qulaq asın, - dedi silahlı, - bir halda ki, belə narahatsınız, gəlin bu cür edək: qərargaha 

çatınca siz mənim başmaqlarımı geyinin, mənimkilər tamam dağılıblar, kimsə tamah 

salmaz onlara. Mən sizinkiləri geyinərəm, sizi geriyə ötürəndə isə qaytararam özünüzə. 

  

İndi uşaq da bilərdi işin nə yerdə olduğunu. Silahlı adamın onun başmaqlarında gözü 



vardı. Yaxşı, o - əliyalın adam verər onun istədiyini;  söhbətin nədən getdiyini bilir axı, 

həm də belə ucuz ötüşdürəcəyinə sevinir. ―Mən usta adamam, - deyəcəkdi serjanta. – 

Başmaqlarımı verdim, onlar da məni buraxdılar‖. Bəlkə serjant ona bir cüt uzunboğaz 

çəkmə də bağışlayar – alman əsgərlərin geyindiyindən. 

  

- Deməli, siz heç kəsi tutub saxlamırsınız? Nə əsir götürürsünüz, nə də girov? Heç 



bələdiyyə katibini də, o birilərini də orda saxlamamısınız? 

  

- Katib bizim üç yoldaşımızın tutulmasına göstəriş vermişdi, dəyirmançının qardaşları 



milislərə qoşulub basqına getmişdilər, müəllimə də onuncu diviziyanın zabitləri ilə 

yatmışdı. 

  

Əliyalın adam yenə dayandı. Dedi: 



  

- Ancaq siz məni casus saymırsınız axı, eləmi? Siz məni buraya öldürməyə 

gətirməmisiniz ki? – O, dişlərini ağardıb gülümsəməyə çalışdı. 

  

- Əgər sizi casus saymış olsaydıq, - dedi silahlı adam, - mən eləcə bu cür edərdim, – 



çaxmağı açdı, - bax bu cür. – Onun kürəyini nişan alıb, atəş açırmış kimi davrandı. 

  

―Hə, bax, - düşündü əliyalın adam, - atmadı‖. 



  

Ancaq o birisi avtomatı endirmədi. Əvəzində tətiyi çəkdi. 

  

―Bir qatar... bir qatar güllə buraxdı o‖ – əliyalın adam bu dar macalda belə düşündü. 



Saysız-hesabsız odlu zərbələr yumruq kimi ona çırpılanda isə hələ də ağlından bir fikir 

şütüyüb keçməkdəydi: ―O elə bilir, öldürüb məni, amma mən sağam‖. 

  

O, üzüstə yerə yıxıldı, ən axırda gördükləri isə üstündən adlayan - onun başmaqları 



keçirilmiş - ayaqlar oldu.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

150 


  

Meşənin dərinliyində, yerdə bir meyit qalmışdı. Ağzı iynəyarpaqlarla dolu idi. İki saat 

sonra artıq ona hər tərəfdən qarışqalar daraşmışdı.     

 

 



Tərcümə edəni: Seyfəddin Hüseynli 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

151 


 

Con Çiver 

 

Üzgüçü 

 

Ətrafda hər kəsin ―dünən yaman çox içmişəm‖ dediyi isti bazar günlərindən biri idi. Bu 



gün həmin sözləri kilsədən çıxan insanların, cübbəsini əynindən güclə çıxaran keşişin 

dilindən, təbiəti mühafizə qoruğunda Odüban cəmiyyətinin sərxoşluqdan süstləşmiş 

liderindən, qolf meydançalarında, tennis kortlarında eşitmək olardı. ―Çox içmişəm,‖- 

Donald Uesterheyzi dilləndi. ―Hamımız çox içmişik,‖- Lüsinda Merril cavab verdi. 

―Hamısı şərabdandır‖ Elen Uesterheyzi dedi. ―Özü də qırmızıdan çox içmişəm‖ 

 

Onlar Uesterheyzgildə hovuz kənarında oturmuşdular. Yüksək dəmir tərkibli artezian 



suyu ilə qidalandığından, hovuzun rəngi yaşıla çalırdı. Gözəl gün idi. Göyün sol tərəfində 

toplanmış topa buludlar uzaqdan - yaxınlaşan gəminin göyərtəsindən görünən şəhərə 

bənzəyirdi. Onun adı da olmalıydı: Lissabon  və ya Hakensak. Neddi Merril bir əli suda, 

o biri əlində bir stəkan cin yaşıl hovuzun kənarında əyləşmişdi. Qamətli adam idi, artıq 

yaşlaşsa da, cavan görünürdü. Elə bu səhər evindəki piləkənin məhəccərindən sürüşüb  

düşən,  zaldakı Afrodita  heykəlinə dəyib, mətbəxdən gələn qəhvə ətrinə doğru atıla-atıla 

qaçan o deyildimi? Onu sürətlə ötüb keçən yay gününə, xüsusilə, günün son saatlarına 

bənzətmək olardı. Hətta əlində tennis raketkası, parusin çanta olmadan da, gənc, təravətli 

və gümrah idmançı təsiri bağışlayırdı. İndicə sudan çıxmışdı, indi isə dərindən nəfəs 

alırdı, elə bil, həmin anı bütövlükdə- günəşin hərarəti və həyatdan aldığı böyük həzlə 

birlikdə ciyərlərinə çəkmək istəyirdi. Öz evi cənuba tərəf 8 mil uzaqda Bullet Parkda 

yerləşirdi. Yəqin ki, qızları – 4 gözəl qız artıq yeməklərini yeyiblər  və indi orada tennis 

oynayırlar. Bu vaxt ağlına gəldi ki, çarpaz şəkildə  cənub-qərbə doğru üzsə, su yolu ilə 

evinə çata bilər. 

 

Onun həyatı heç bir məhdudiyyət tanımırdı. Ona görə də bu ixtirasından aldığı nəşəni 



qaçışameyllilik kimi qiymətləndirmək olmazdı.  Artıq ətrafdakı bütün hovuzları təşkil 

edən, nadir hallarda üstə çıxan yeraltı çayın bütün girinti-çıxıntılarını kartoqraf dəqiqliyi 

ilə gözündə canlandırmışdı. O, kəşf eləmişdi, coğrafiya elminə böyük töhvə vermişdi və 

bu çayı arvadının şərəfinə Lüsinda adlandıracaqdı. O, nə zarafatcıl, nə də axmaq adam 

idi, amma qəti demək olar ki,  kiməsə bənzəmirdi, özünü təvazökarcasına əfsanəvi bir 

qəhrəman hesab edirdi. Gözəl gündü. Düşünürdü ki, uzun müddət üzməklə onu daha da 

uzada, gözəlləşdirə bilər. 

 

Çiyninə atdığı sviteri tulladı və suya baş vurdu. Nədənsə suya birbaşa atılmayan 



kişilərdən zəhləsi gedirdi. O, hər həmlədə və ya dörd həmlədən bir nəfəs ala-ala sürətli 

krol üslubu ilə üzür, beyninin bir kənarında qol hərəkətlərinin ritminə uyğun sayırdı: bir, 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə