Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə53/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   49   50   51   52   53   54   55   56   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

154 


qoyublar. Deyəsən, Lindleylər və atları haqqında nə isə eşitmişdi, amma yadına sala 

bilmədi. Neddi çılpaq ayaqla yaş otların üstü ilə yeriyib, hovuzun yanına gəldi. Hovuz 

boş idi. 

 

Hovuzların sırasının pozulmasına dilxor oldu, səyyah axtardığı zəngin su hövzəsinin 



yerinə qurumuş çay yatağı tapmışdı. Həm kefi pozulmuşdu, həm də pərt olmuşdu. Çox 

adam yayda tətilə çıxırdı, ancaq heç kim hovuzun suyunu boşaltmırdı, şübhəsiz

Uelçerlər həmişəlik köçmüşdülər; mebelləri bir kənara yığıb üstünü brezentlə 

örtmüşdülər. Vanna otağının qapısı qıfıllı idi. Evin bütün pəncərələri möhkəm 

bağlanmışdı. Dalana tərəf getdi və ağaca mismarlanmış üstündə  ―Satılır‖ sözləri yazılan  

lövhəciyi  gördü. Axırıncı dəfə nə vaxt Uelçerlərdən xəbər almışdı, daha doğrusu, 

Lüsinda və Ned axırıncı dəfə nə vaxt onların nahar dəvətlərini rədd etmişdilər? Bir həftə, 

ya da bir az ondan çox olardı. Yaddaşı korlanırdı? Bəlkə də xoşuna gəlməyən xatirələri 

hafizəsindən silməyə adət etdiyindən, artıq həqiqəti də görə bilmirdi. Birdən uzaqdan 

tennis zərbələrinin səsi eşidildi. Bu, onu ruhlandırdı və qara fikirlərdən xilas etdi. Artıq 

nə soyuq külək, nə də tutqun səma onu qorxutmurdu. Bu gün Neddi Merilin  bütün 

dairəni üzüb keçdiyi gün idi. Bu gün böyük gün idi. Və səyahətinin ən çətin maneəsini də 

aşmaq üçün yola düşdü.  

 

Həmin bazar günü 124 nömrəli şose yolundan keçsəydiniz, bəlkə də yolu keçmək üçün 



fürsət gözləyən yarıçılpaq Neddi Merrili yolun kənarında görə bilərdiniz. Və 

başlayardınız fikirləşməyə, görəsən, onu soyublar, maşını xarab olub, ya sadəcə, 

axmaqdır? Yol kənarındakı tullantıların- pivə qutularının, köhnə təkər qalıqlarının, cır-

cındırın arasında ayaqyalın dayanan, gülüş hədəfinə çevrilən Nedin çox mağmın görkəmi 

var idi. Yola çıxanda bilirdi ki, bu yoldan keçməli olacaq- xəritəsində göstərilmişdi, lakin 

gün işığında parlayan sonsuz maşın axını ilə qarşılaşa biləcəyini hesablamamışdı. Ona 

gülür, onu ələ salırdılar, kimsə üstünə pivə bankası atdı. Onun isə bu vəziyyətə dözmək 

üçün nə ləyaqət, nə də yumor hissi var idi. O, Uesterheyzgilə hələ də günün altında 

istirahət edən  Lüsindanın yanına qayıda bilərdi. Heç nəyə qol çəkməmişdi, and 

içməmişdi, heç kimə söz verməmişdi, hətta özünə də. Bəs, niyə ağlın hər cür 

inadkarlıqdan üstün olduğunu bilə-bilə geri qayıda bilmirdi? Niyə həyatının təhlükəyə 

atmaq bahasına da olsa, inadla səyahətini tamamlamaq istəyirdi? Bu zarafat, bu dəcəllik , 

bu ağılsız təşəbbüs nə vaxt belə vacib bir məsələyə çevrilmişdi. O, geriyə qayıda 

bilmirdi, hətta Uesterheyzlərin şəffaf suyunu, durmadan həddən artıq içdiyini təkrarlayan 

dostlarının  qayğısız səslərini xatırlamaq da müşkül bir işə çevrilmişdi. Bircə saat, ya da 

ondan bir az artlq bir müddətdə keçdiyi yolu geri qayıtmaq qeyri-mümkün olmuşdu. 

Saatda 15 mil sürətlə gedən bir qoca ona yolun ortasındakı otluq sahəyə keçməyə imkan 

verdi. İndi ona cənuba tərəf gedənlər gülürdülər, lakin 10-15 dəqiqədən sonra bu maneəni 

də keçdi. Buradan da Lankester istirahət mərkəzinə - həndbol meydançaları, sonra isə 

ictimai hovuza çatmaq üçün bir az yerimək qalırdı. 

 

 Suya toxunub qayıdan səslər, həyəcan və təmtəraq illüziyası – hər şey Bankerlərdəki 



səmimi qarşılamanı xatırladırdı, burada səslər daha gur, daha kobud idi, camaat arasına 

qarışan kimi, ictimai qaydalarla üzləşməli oldu: 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

155 


 

―BÜTÜN ÜZGÜÇÜLƏR HOVUZA GİRMƏZDƏN ƏVVƏL DUŞ QƏBUL 

ETMƏLİDİRLƏR. BÜTÜN ÜZGÜÇÜLƏR AYAQLARINI SANİTAR 

TƏMİZLƏMƏDƏN KEÇİRMƏLİDİRLƏR. BÜTÜN ÜZGÜÇÜLƏRİN 

FƏRQLƏNDİRİCİ NİŞANI OLMALIDIR.‖ O duşa girdi, südrəngli, aşındırıcı məhlulda 

ayaqlarını yudu. Xlor iyi verən maye ona zibil çanağını xatırladırdı. İki xilasedici iki 

qüllə üzərindən müntəzəm fasilələrlə fit verir, meqafonla üzgüçüləri danlayırdı. Neddi 

həsrətlə Bankerlərin hovuzundakı açıq-mavi rəngli suyu xatırladı və düşündü ki, bu 

horranın içində üzməklə öz şəxsiyyətinə, sərvətinə, cazibədarlığına xələl gətirir, lakin 

özünə xatırlatdı ki, o, səyyahdır, böyük ixtiraçıdır, bura isə sadəcə, Lüsinda çayının ölü 

döngəsidir. O, iyrənə-iyrənə  xlorlu suya daldı, başını suyun üstündə saxlamağa, heç 

kimlə toqquşmamağa çalışırdı, amma o dəqiqə üstünə su sıçradıb, hər tərəfdən itələməyə 

başladırlar. Hovuzun qurtaracağına çatanda, hər iki xilasedici qışqırdı: ―Ey sən, 

fərqləndirici nişanını taxmayan, sudan çıx‖, lakin onu təqib edən olmadı, xlor və günəş 

kreminin  iyindən xilas olub, qasırğadan qorunmaq üçün çəkilmiş çəpəri, həndbol 

meydançalarını və yolu keçib, Helloranların kiçik meşəliyinə çatdı. Meşə baxımsız 

olduğundan, burada ayaqyalın yerimək nəinki çətin, həm də təhlükəli idi.  Nəhayət, 

çəmənliyi və hovuzu əhatələyən budanmış fıstıq ağaclarını gördü. 

 

Son dərəcə varlı və qoca Helloronlar onun dostları idilər, kommunist olduqlarından, 



şübhələnə-şübhələnə məmnuniyyətlə günəş vannası qəbul edirdilər. Onlar hər cür 

islahatın çılğın tərəfdarı idilər, amma kommunist deyildilər,  kommunizmə rəğbət 

bəsləməkdə günahlandırılmaq- bəzən belə hallar olurdu- onlara iltifat kimi görünürdü, 

sevinir, həyəcanlanırdılar. Onları qəfil gəlişindən xəbərdar etmək üçün ―Salam, salam‖ 

qışqırdı. Nedə naməlum olan səbəblərdən Helloronlar həmişə çılpaq üzürdülər, görünür, 

bu da onların sönmız islahat coşğusunun bir parçası idi, buna görə də onların hovuzunda 

peyda olmazdan əvvəl nəzakətli görünmək üçün üzgüçü tumanını çıxartdı. 

 

Missis Helloran - şışman, ağsaçlı, dincsimalı qadın – ―Tayms‖ qəzetini oxuyurdu. Mister 



Helloran çalov vasitəsilə hovuzun içinə düşən yarpaqları təmizləyirdi. Elə bil, Nedin 

gəlişinin onlara heç dəxli yox idi.  Qocaların hovuzu bəlkə də dairənin ən köhnə hovuzu 

idi, yonulmamaş daşlardan təşkil olunmuşdu, heç bir filtr və ya nasos olmadan, təbii çay 

suyu ilə qidalanırdı, ona görə də suyu tünd sarı rəngdə idi.  

 

-                    Su yolu ilə dairəni dolanıram. – Ned dedi 



 

-                    Heç ağlıma da gəlməzdi ki, bu mümkündür, – Missis Helloran ucadan 

dilləndi. 

 

-                    Uesterheyzlərdən başlamışam, dörd mil olar. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə