Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə52/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   48   49   50   51   52   53   54   55   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

152 


iki, bir iki. Krol böyük məsafələr üçün yararlı deyildi. Lakin bu üsula vərdiş etdiyindən, 

onun üçün krol ənənəvi üzmə üsulu idi. Şəffaf yaşıl suyun qoynundaykən, sanki, ibtidai 

həyata qayıtmışdı,  tamam çılpaq üzmək istəyirdi, amma bu, bu günkü planlarına uyğun 

gəlmirdi. Sudan çıxdı, heç vaxt nərdivandan istifadə etməzdi- çəmənliyin üstü ilə 

yeriməyə başladı. Lüsinda hara getdiyini soruşanda javab verdi ki, üzüb evinə gedəjək.   

 

 Beynində keçməli olduğu yolun dəqiq sxemi çəkilmişdi. Əvvəl Qremlərin evi gəlirdi, 



sonra Hammerlər, Lirlər, Houlendlər və Kroskaplar. Bankerlərlərə getmək  üçün Ditmar 

küçəsini keçəcək, bir az quru yolu ilə yeriyib, əvvəl Levilərin və Uelçerlərin mülkünə, 

sonra isə  Lankesterdəki ictimai hovuza çatacaqdı. Sonra isə sıra ilə Helloronlar, Sakslar, 

Bisvengerlər, Şirli Adams, Gilmartinlər və Klaydlar.  Hava gözəl, bu cür  su ilə zəngin 

bir dünyada yaşamaq isə çox  böyük  nemət idi. Ürəkdən sevinirdi, otların üstü ilə qaçdı. 

Evə belə qeyri-ənənəvi yolla qayıtdığı üçün özünü tədqiqatçı, səyyah, xoşbəxt adam 

hesab edirdi. Yol boyu dostları ilə rastlaşacaqdı, Lüsinda çayının sahillərində dost 

tayfalar məskunlaşmışdı.  

 

Uesterheyzlərin torpaq sahəsini Qremlərin mülkündən  ayıran hasarı adladı, çıçəklənən 



alma ağacının, Qremlərin nasos və süzgəcini örtən çardağın altından keçib, hovuza 

çıxdı.‖Bu ki, Neddidir ‖ Missis Qrem sevincək dilləndi. ―Nə gözəl sürprizdir, bütün gün 

sizə zəng vurmuşam. Qoy sənə içki süzüm‖ 

 

Hər bir səyyah kimi, Ned də  başa düşürdü ki, məqsədinə çatmaq istəyirsə, qonaqpərvər 



yerli tayfaların adət-ənənələrinə hörmətlə yanaşmalıdır. O, Qremlərdə özünə qarşı yanlış 

fikir oyatmaq, ya da onlara qarşı kobud görünmək istəmirdi, amma vaxt itirmək də 

olmazdı. Hovuzdan çıxıb, özlərini günə verən ev sahiblərinə qoşuldu, bir neçə dəqiqədən 

sonra Konnektikutdan iki maşın dolusu dostun gəlişi ilə xilas ola bildi. Yaranan 

qarışıqlıqdan istifadə edib, aradan çıxdı. Qremlərin evinin önü ilə aşağı düşdü, tikanlı 

çəpərdən adladı və boş sahəni keçib, Hamerlərgilə gəldi. Gözlərini güllərindən ayıran  

Missis Hamer onun üzüb keçdiyini gördü. Amma üzənin Ned olduğuna tam əmin deyildi. 

Lirlər qonaq otağının açıq pəncərəsindən onun üzüb keçdiyini eşitdilər. Houlendlər və 

Kroskaplar evdə yox idilər. Houlendlər malikanəsini geridə qoyub, Ditmar küçəsinə 

keçdi və Bankerlərə tərəf yollandı. Uzaqdan eşidilən səslərdən bilmək olurdu ki, orada 

qonaqlıqdır. 

 

Qonaqların gülüş qarışıq səsləri sanki,  suya toxunub geri qayıdır, havadan asılı qalırdı.  



Bankerlərin hovuzuna çatmaq üçün bir neçə pillə yuxarı qalxıb, terrasa çıxdı, burada 25-

30 nəfər içki içirdi. Suda yalnız Rasti Tauers idi, öz rezin qayığını sürürdü. Lüsindanın 

sahilləri necə gözəl, necə zəngin idi.  Onun tünd mavi suları ətrafında xoşbəxt insanlar 

toplaşmışdı, ağgeyimli xidmətçilər onlara soyuq cin daşıyırdılar. Başları üzərində 

durmadan dövrə vuran təlim təyyarəsi yellənjəkdə fırlanan uşağı xatırladırdı. Ned bu 

insanlara qarşı böyük rəğbət, ehtiraslı  bağlılıq duydu. Uzaqdan ildırım səsi eşidildi. Enid 

Banker onu görən kimi, qışqırmağa başladı:‖Baxın, bir görün kim gəlib. Nə gözəl 

sürpriz! Lüsinda deyəndə ki, gələ bilməyəcəksiniz elə bildim, ölürəm‖.  Jamaatı  yarıb, 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

153 


Nedə yaxınlaşdı, öpüşüb-görüşdükdən sonra dartıb bara tərəf apardı. Bara çatanadək daha 

8-9 qadını öpüb, ərlərinin əlini sıxmaq üçün dayanmalı oldu. Daha əvvəl yüzlərlə 

şənlikdə gördüyü gülərüzlü barmen ona sərin cin  süzdü. Onu yubadacaq hansısa söhbətə 

qoşulmaqdan qorxan Ned bir müddət barın yanında dayandı. Adamların Barın ətrafına 

toplandığını görəndə, suya tullandı. Rastinin qayığı ilə toqquşmamaq üçün hovuzun 

kənarı ilə üzürdü. Sudan çıxdıqdan sonra Tomlinsonların yanından ötdü, onlara 

gülümsəyib, yeyin addımlarla bağı keçdi, çınqıl ayağını qanatmışdı, amma bundan başqa 

hər şey qaydasınja getdi. Qonaqlar hovuzun ətrafına yığışmışdılar, Bankerlərin evinə 

yaxınlaşdıqca, onların suyla qarışıq zil səsləri tədricən azalırdı. Mətbəxdən radio 

qəbuledicisinin səsi eşidilirdi, kimsə beysbol oyunu ilə maraqlanırdı. Artıq günortadan 

keçirdi. Ned maşınların arasından ötüb, otların üstü ilə aşağı düşdü və Eylvays–Leynə 

çıxdı. Çimərlik paltarı ilə şose yoluna çıxmaq istəmirdi, lakin yolda heç kim yox idi və 

bir neçə dəqiqədən sonra Levilərin mülkünə çatdı. Xüsusi mülkiyyət nişanəsi ilə 

işarələnmiş evin qarşısında ―Nyu York Tayms‖ üçün yaşıl poçt qutusu vurulmuşdu, 

bütün qapı və pəncərələr açıq idi, lakin heç bir həyat əlaməti nəzərə çarpmırdı, heç it də 

hürmürdü. Evi dolanıb, hovuzun yanına gəldi, Levilər evdən təzə çıxmışdılar; hovuzun o 

tayında yapon fanarları ilə bəzədilmiş şüşəbəndin  və ya vanna otağının yanında 

qurulmuş stolun üstündə şüşə, stəkan və çərəz qabları hələ də qalırdı. Hovuzu üzüb keçdi, 

özünə içki süzdü. Dörd və ya beşinci dəfə idi ki, içirdi, Lüsindanın artıq yarısı keçilmişdi. 

Özünü yorğun, təmiz və həmin an yalnız olduğuna görə, ümumiyyətlə hər şeyə görə, 

xoşbəxt sayırdı. 

 

Tufan qopacaqdı. Topa-topa buludlar- səhər gördüyü şəhər böyüyüb qaralmışdı, yenidən 



göy guruldadı. Təlimçi təyyarə hələ də dövrə vururdu. Ned sanki yarıqaranlıq səmada 

fırlanan pilotun sevinc dolu gülüşünü eşitdi; lakin bir də ildırım çaxdı və təyyarə evə 

yollandı. Hardasa qatar fit verdi və onu vaxt haqqında düşünməyə vadar etdi. Görəsən, 

saat neçədir? Dörd? Beş? Yerli dəmir yol stansiyasını təsəvvürünə gətirdi. Plaşının 

altından smokinqi görünən masa xidmətçisi, əlində qəzetə bükülmüş gül tutan cücə və 

ağlamaqdan gözləri qızarmış bir qadın elektrik qatarını gözləyirlər. Birdən hava qaraldı. 

Tufanın yaxınlaşdığını hiss edən quşlar artıq öz konsertlərini başlamışdılar və budur onun 

arxasındakı palıd ağacının təpəsindən sel kimi axan suyun səsi eşidildi, elə bil, kimsə 

kranı açdı. Sonra bu şırıltı səsləri bütün hündür ağacların təpələrindən gəlməyə başladı. 

Niyə tufanı bu qədər sevirdi? Yağışnəfəsli külək hər dəfə giriş qapılarını taybatay açıb 

pilləkənlə yuxarı qalxanda, onu bürüyən həyəcanın səbəbi nə idi, niyə köhnə bir  evin 

pəncərələrini örtmək kimi sadə bir iş birdən-birə belə lazımlı və vacib olurdu?  Niyə 

tufanın ilk əlamətləri ona hansısa şad xəbərin, sevinc və xoşbəxtliyin müjdəçisi kimi 

görünürdü? Gurultu qopdu, barıt iyi gəldi və yağış yapon fanarlarını qamçılamağa 

başladı. Miss Levi onları Yaponiyadan bir il bundan əvvəl almışdı. Ya iki il əvvəl?  

 

Tufan səngiyənədək şüşəbənddə qaldı. Yağış havanı soyutmuşdu, Ned titrəyirdi. 



Ağcaqayın ağacının sarı və qırmızı yarpaqları ətrafa səpələnmişdi. ―Yəqin ağaclardan 

hansısa vaxtından əvvəl quruyub‖ Ned düşündü. Lakin yayın ortasında payız əlamətləri 

görmək onu kədərləndirdi. Əllərini çiynində gəzdirdi, stəkanı boşaltdı və Uelçerlərin 

hovuzuna yollandı. Ora çatmaq üçün Lindleylərə məxsus at meydançasından keçmək 

lazım idi. Lakin meydançanı ot basmışdı, maneələr isə yığışdırılmışdı. Ev sahibləri ya 

evlərini satıblar, ya da yay istirahətinə çıxıblar, atlarını da pul müqabilində harasa 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə