Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə49/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   45   46   47   48   49   50   51   52   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

142 


Bir gecəni indiyədək bilinməyən, misilsiz şəkildə başa vurmaqdan ötrü hər halda iki 

stəkan şərab da gillətmək lazım gələcəkdi. 

  

Durub, birinci stəkanı doldurdu. 



 

 

Tərcümə edəni: Azad Yaşar 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

143 


 

İtalo Kalvino 

 

Qərargaha gedən yol 

 

   



Seyrək, yanğınlardan az qala külə dönmüş bir meşə idi. Yanmış şam ağacları bozumtul, 

şamların quru iynəyarpaqları isə qızartdaq rəng vermişdi ona. Meşədə, ağacların arasıyla 

dolaylanıb, üzüaşağı iki nəfər gedirdi – biri silahlı, o birisi əliyalın. 

  

- Qərargaha, - dedi silahlı adam. – Gedirik qərargaha. Yarımsaatlıq yoldur, uzaqbaşı. 



  

- Bəs sonra? 

  

- Nə sonra? 



  

- Deyirəm, sonra məni buraxarlar? - əliyalın adam soruşdu. O, cavabı diqqətlə, bir 

kəlməni də ötürmədən dinləyirdi, elə bil hansısa xaric notu tutmağa çalışırdı. 

  

- Əlbəttə, buraxarlar, - dedi silahlı. – Mən sənədləri batalyondakılara verərəm, onlar 



siyahı ilə tutuşdurandan sonra siz evə qayıda bilərsiniz. 

  

Əliyalın adam başını buladı. O, dilxor görünürdü. 



  

- Eh, uzun çəkər bu, bilirəm mən… – Bəlkə ona görə belə demişdi ki, bunu bir də eşitsin: 

―Sizi dərhal buraxacaqlar, inanın mənə‖. 

  

- Mən elə hesablamışdım, - əlavə etdi, - elə hesablamışdım ki, axşama artıq evdə olum. 



Neynək. Gözləyərəm. 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

144 


- Deyildi də sizə, çatarsınız, - dedi silahlı. – Onlar orda bircə protokol tutub, buraxacaqlar 

sizi. Gərək sizin adınızı casuslar siyahısından çıxaralar axı. 

  

- Sizdə casusların siyahısı var? 



  

- Bəs nə. Casusların hamısı bəllidir bizə. Bircə-bircə tuturuq onları. 

  

- Mənim də adım salınıb siyahıya? 



  

- Hə. Siyahıya sizin də adınız salınıb. İndi gərək onu çıxaralar, yoxsa sizi bir də tuta 

bilərlər. 

  

- Onda gərək mən oraya gedib, hər şeyi onlara yerli-yataqlı başa salım. 



  

- Elə buna görə gedirik. Gərək baxsınlar, yoxlasınlar. 

  

- Ancaq siz indi, - dedi əliyalın adam, - indi bilirsiniz axı, sizdənəm mən, qətiyyən də 



casusluq etməmişəm. 

  

- Əlbəttə. İndi bilirik. Siz rahat ola bilərsiniz artıq. 



  

Əliyalın adam başıyla təsdiqləyib ətrafa boylandı. Onlar orda-burda ütülmüş pineya 

şamları, qurumuş qaraşamlar ucalan, qırılıb tökülmüş budaqlarla örtülü geniş bir talaya 

çıxmışdılar. Cığırı itirir, yenidən tapır, bir də itirirdilər. Seyrək pineya şamlarının arası ilə 

bəxtəxuda gedirdilər elə bil. Əliyalın adam buralara nabələd idi. Axşam düşür, yüngül 

duman dalğaları yayılırdı – aşağılarda meşəni tamam qaranlıq basmışdı. 

  

Cığırdan çıxmaları onu təşvişə salırdı. Yanındakının dəlitərsinə getdiyini görəndə o, sağ 



tərəfə, öz yəqinində, cığır keçən səmtə meylləndi. O biri adam da, guya təsadüfən, sağa 

üz tutdu. Onun izincə gedir, rahat yeriyə bilmək üçün gah sola, gah sağa keçirdi. 

  

Əliyalın adam özünü toplayıb xəbər aldı: 



  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

145 


- Bəs qərargah hardadır? 

  

- Biz elə oraya gedirik, - cavab verdi silahlı. – Gedərik, görərsiniz. 



  

- Axı haralarda, hansı rayonda, heç olmasa təxmini… 

  

- Necə deyim sizə, hardadır, hansı rayondadır, - silahlı adam cavab verdi. – Qərargah elə 



qərargah olan yerdədir. Başa düşürsünüz? 

  

Hə, o, başa düşürdü, o bilirdi, bu silahlı nəyə eyham vurur. Ancaq yenə də soruşdu: 



  

- Bəs oraya gedib çıxmaq üçün bir yol yoxdur? 

  

O birisi cavab verdi: 



  

- Yol? Bilirsiniz, yol həmişə harasa aparıb çıxarır. Ancaq qərargaha yolla getməzlər. Başa 

düşürsünüz də? 

  

Başa düşürdü əliyalın, söhbətin nədən getdiyini bilirdi: arif adam idi o. 



  

Soruşdu: 

  

- Siz qərargaha tez-tez gedirsiniz? 



  

- Tez-tez, - dedi silahlı adam. – Mən oraya tez-tez gedirəm. 

Onun kədərli üzü, donuq baxışları vardı. Bu yerləri yaxşı tanımırdı. Hərdən elə olurdu

baxan deyərdi, azıb, ancaq o yenə də gedirdi, sanki bu onun vecinə də deyildi. 

  

-  Növbədəsiniz siz, buna görə məni ötürmək üçün sizi göndəriblər? - əliyalın adam onu 



diqqətlə süzə-süzə soruşdu. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə