Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə46/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   42   43   44   45   46   47   48   49   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

130 


  

O, başı ilə razılıq bildirir. 

  

- Mən sizi aparmaq istəyirəm, - söyləyirəm. – Əvvəl özümlə birinizi aparıb, sonra o 



birinizin dalınca geri qayıda bilərəm... 

  

Onlara baxıb gözləyirəm. Onun yorğun simasında minnətdarlıq təzahür olunur. Göyərçin 



onun əlində çırpınır. O, quşu bərk sıxsa da, sağ əlini heç cür azad etmir. 

  

- Sağ ol, qızım, - söyləyir. – Ancaq, o gedə bilməz. 



  

Və analıq qayğısı ilə kişiyə baxır. Mən də ona baxıram. 

  

- O, kordu. – deyə, sanki qəsdən laqeydliklə izah edir. 



  

Kişi üzünü mənə tərəf çevir. Və ölü gözlər ani olaraq canlı gözlərlə qarşılaşır. O, 

işləməkdən deformasiya olunmuş barmaqları ilə nəvaziş və etibarla qadının əlini sıxır. 

  

Onun sağ əlində nişan üzüyü parıldadı. O, adsız barmağa taxılmışdı. Bütün bu vaxt 



ərzində kişi bir kəlmə də danışmadı. 

  

- Çox sağ ol, - qadın təkrar söylədi. – Sənin də günün xoş olsun. 



  

O, məğrur və incəliklə ərinin əlini düzəldir. Və onlar uzaqlaşırlar. Ahəstə və rəvan 

addımlarla. Kəndliyə xas addımlarla. 

  

Mən təəccüblə onların arxasınca baxıram. Hansısa anda onlar döngədə gözdən itir. Və 



yenidən mənim ayaqlarımın altında görünür. Yol serpantin kimi aşağıya– mülayim, 

gümüşü dənizə doğru burulub gedir. 

  

Daha bir döngə. Və daha biri. Nəhayət, onlar mənim nəzərlərim üçün anlaşılmaz olur... 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

131 


Müasir yunan hekayəsi 

 

Yazıçı, tərcüməçi və publisist İrina Anastasiadi 1968 – ci ildə Tbilisidə anadan olub. 



Gürcüstanda ―Xarici dillər‖ institutunu bitirib. 1993 – cü ildə Yunanıstana miqrasiya 

edib. Hal – hazırda Sankt Peterburqda bir neçə ədəbi qəzet və jurnallarla, həmçinin 

«Δρσίδες» (Drides) yunan qəzeti ilə əməkdaşlıq edir. 

  

Əsasən hekayə janrında yazır. O əsərlərini üç dildə yazır (yunan, rus, ingilis). İki kitabı 



müəllifidir. 

  



Tərcümə edəni: Səid Əliyev 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

132 


 

Çarlz Bukovski 

 

Qələm əhli 

 

 



Harold mənzilin qapısını döydü. 

  

O ara Nelson mətbəxdə pendirli keksdən qalan son tikəni yeməkdəydi. Qabağında bir 



fincan espresso qəhvəsi vardı. 

  

«Kimdir o?» deyə qapıya səsləndi Nelson. Çünki adətən qapısı döyüləndə təlaşlanırdı. 



Təlaşa qapılanda isə başındakı tik tez özünü büruzə verirdi, başı başlayırdı əsib-

titrəməyə. 

  

- Kimdir o? 



  

- Nelson, mənəm, Harolddur. 

  

- Bir dəqiqə. 



  

Keksin son tikəsini də ağzına dürtüb, tez-tələsik çeynəyən Nelsonun gözləri alacalandı. 

Çəkisi normadan düz iyirmi kilo artıq idi. Son loxmanı da uddu, tələsik əlüzyuyana tərəf 

gedib boşqabı və əllərini yuyandan sonra zənciri çıxartmaqla mənzilin giriş qapısını açdı. 

  

Harold içəri keçdi. O, 1 metr 60 santimetr boyunda, zərif bir kişiydi. Altmış səkkiz yaşın 



içindəydi. Nelson ondan təqribən otuz yaş cavan olardı. Hər ikisi qələm əhliydi və ancaq 

şeir yazırdılar. 

  

Kitabları yaxşı satılmadığından necə dolandıqlarını bircə özləri bilirdilər. Hər ikisinin 



yaxşı qazanc kanalı vardı, ancaq bu barədə aralarında bir kəlmə də kəsməzdilər. 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

133 


- Bir fincan espresso? – deyə Nelson təklif elədi. 

  

- Təbii ki. Niyə də içməyək? 



  

Harold keçib, əyləşdi. Az sonra Nelson qonağına qəhvə gətirdi və divanda əyləşdi. O ara 

ev sahibinin başı təkrar titrəməyə başladı. 

  

- Görüşdüm o qancıq balasıyla, Harold. Məni evinə çağırmışdı. 



  

Fincanı ağzına aparan Harold duruxdu: 

  

- Faktovskini? 



  

Bir yazıçıya qoşduqları ayama idi bu. 

  

- Hə. 


  

Qəhvəsindən bir qurtum alan Harold fincanı qarşısındakı səhbaya (alçaq miz – A.Y.) 

qoydu. 

  

- Mən isə elə sanırdım ki, o, daha heç kəslə görüşmür. 



  

- Məzələnirsən mənimlə? Ona məktublar yazan və zəng edən istənilən qadınla görüşür. 

Onları içirdib sərxoş edir, yalanlar sırıyır və hap-gop vədlərlə başlarını tovlayır. Bir 

küncə sıxışdırdığı qadınlar müqavimət göstərəndə isə onları zorlayır. 

  

- Sonra da vicdanı rahat şəkildə ortalıqda gəzib-dolaşır. 



  

- Deyir ki, bu yolla özünə mövzular tapır. 

  

- Əcəb iyrənc və şorgöz qurumsaqdır o! 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə