Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə54/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   50   51   52   53   54   55   56   57   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

156 


 

Ned onlara tərəf üzdü. Sudan çıxanda, missis Helloranın səsini eşitdi: 

 

-                    Başınıza gələnlərə görə, çox təəssüflənirik, Neddi! 



 

-                    Başıma gələnlər? – Ned soruşdu- bilmirəm, nəyi nəzərdə   tutursunuz. 

 

-                    Axı, eşitdik ki, evi satmalı olmusunuz, yazıq uşaqlar... 



 

-                    Nə isə evi satdığım yadıma gəlmir. Qızlar da indi evdədirlər. 

 

-                    Hə,-  Missis Helloran ah çəkdi – hə.... -  qəmli-qəmli dedi. Ned tez onun 



sözünü kəsdi.  

 

-                    Suya görə sağ olun. 



 

-                    Yaxşı yol, – Miss Helloran vidalaşdı.  

 

Hasarı keçəndən sonra tumanını geydi, əyninə gen idi, heyrətləndi, yarım günə bu qədər 



arıqamaq olardı?  O, yorulmuşdu, üşüyürdü, çılpaq Helloronlar və onların tünd sulu 

hovuzu Nedi ruhdan salmışdı, səyahətini tamamlamağa gücü çatmırdı. Bu səhər 

məhəccərdən sürüşəndə, ya Uesterheyzlərgildə gün altında uzananda  - bunu haradan bilə 

bilərdi - əlləri və ayaqları sanki rezinləşmişdi, oynaqları ağrıyırdı. Ən pisi isə o idi ki, 

iliklərinəcən donmuşdu və  bir də heç vaxt isinməyəcəkdi. Ayağının altı saralmış 

yarpaqlarla dolu idi, yanmış odun iyi gəlirdi. İlin bu vaxtında kim tonqal qalamışdı?  

 

İçmək istəyirdi. Viski onu isidər, gümrahlaşdırar, yolun qalanını da keçmək üçün güc 



verərdi, ona heç kimə bənzəmədiyini, şanlı səfərə çıxdığını xatırladardı. La-Manşı keçən 

üzgüçülərə konyak verirlər, ona da belə bir stimul lazım idi. Helloranların çəmənliyini 

keçib aşağı düşdü və onların yeganə qızları Elen və əri Erik Saks üçün tikdirdikləri evə 

çatdı. Saksların hovuzu kiçik idi, Elen və Erik onun yanında idilər. 

 

-O, Neddi, - Elen dedi -anamgildə nahar yeməyində idiniz? 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

157 


- Düzü, yox. Elə-belə baş çəkmişdim. 

 

-                    Evinizə bu cür soxulduğuma görə, üzr istəyirəm, amma yaman üşüyürəm, 



azca viskiyə etiraz etməzdim. 

 

-                    Çox istərdim, amma Erik cərrahiyə əməliyyatı keçirəndən bəri bizdə içki 



olmur. Artıq üç ildir. 

 

Yaddaşını itirir? Bəlkə xoşagəlməz hadisələri yaddaşından silmək bacarığı ona evini 



satdığını, qızlarını başına gələn müsibətləri, dostunun bərk xəstə olduğunu unutdurub? 

Nəzərlərini Erikin üzündən çəkib aşağı baxdı, qarnında üç solğun tikiş izi var idi

onlardan ikisi az qala 30 sm uzunluğunda idi. Göbək yoxa çıxmışdı. Görəsən gecə saat 

üçdə çarpayısında uzanan Erik  əlini qeyri-ixtiyari bədənində gəzdirib, təbiətin ona bəxş 

etdiyi göbəyin yerində olmadığını görəndə, hansı hissləri keçirir?  

 

-                    Amma Bisvengerlərdə içməyə bir şey tapılar. - Elen dedi- İndi orada 



qonaqlıqdır, səsləri buradan da eşidilir. 

 

Elen başını qaldırdı, yolları, meşələri və çölləri keçib gələn səsləri eşitdi. 



 

-                    Yaxşı, gedim bir az da islanım, - Ned dedi. Və yenə də başqa yolunun 

olmadığını hiss etdi. O, üzməli idi. Saksların soyuq sularına baş vurdu, özünü suyun 

üstündə zorla saxlayırdı, təngnəfəs halda hovuzun bu başından o biri başına üzdü. 

 

-                    Lüsinda və mən sizi evimizdə görməyi çox istərdik- artıq Bisvengerlərə 



tərəf çevrilmiş Ned dedi.- Heyif ki, çoxdandır görüşmürük, amma tezliklə sizə dəvətnamə 

göndərəcəyik. 

 

O, qonaqlıq səslərini tutub, boş sahə ilə Bisvengerlər malikanəsinə tərəf yeriyirdi. 



Nəhayət, onlar Nedi qonaq etmək şərəfinə nail olacaqlar. Əllərinə belə bir fürsət düşdüyü 

üçün sevinəcəklər, bəli, lap xoşbəxt olacaqlar. Bisvengerlər Lüsinda ilə  onu ildə dörd 

dəfə altı həftə əvvəldən nahara dəvət edirdilər. Merillər onlara heç cavab da vermirdilər, 

lakin onlar inadla dəvətnamə göndərirdilər. Bisvengerlər elə adamlar idilər ki, kokteyl 

içəndə qiymətlərdən danışır, nahar vaxtı  işgüzar məsləhətlər verir, yeməkdən sonra isə 

müxtəlif təbəqələrin insanlarından ibarət kompaniyaya ədəbsiz lətifələr danışırdılar. 

Nedin  onlarla dostluq münasibətləri yox idi, hətta Lüsindanın Milad bayramında açıqca 

göndərdiyi adamların siyahısına da daxil deyildilər.  Ned laqeydliklə və minnətlə onların 

hovuzuna tərəf gedirdi, bir az da narahat idi, çünki hava qaralırdı, halbuki, bu gün ilin ən 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

158 


uzun günlərindən biri idi. Bisvengerlərin qonaqlığında çoxlu adam və səs-küy var idi. 

Qreys Bisvenger elə adam idi ki, qonaqlığa hamını – optiki, baytarı, daşınmaz əmlak 

satıcısını dəvət edirdi. Hovuzda heç kim yox idi, barı görüb, ona tərəf getdi. Ev sahibəsi 

Nedi tanyıb, ona yaxınlaşdı, amma  gözlədiyi kimi, sevinclə yox, düşməncəsinə: 

 

―Bəli, məclismiz düzəldi, çağrılmamış qonaq da gəldi‖ -  ucadan dedi  



 

Qreys onu təhqir edə bilməzdi. Nedin bu cəmiyyətdəki yeri ondan dəfələrlə yüksəkdə idi. 

Bu haqda heç söz də ola bilməzdi. ―Çağrılmamış qonaqlara içki düşür?‖ -  o, nəzakətlə 

soruşdu. 

 

-                    Nə istəyirsən, et. Axı, siz dəvətlərə bir o qədər də əhəmiyyət vermirsiniz. 



 

Üzünü çevirib, başqa qonaqlarla danışmağa başladı. O isə bara yaxınlaşdı və viski sifariş 

etdi. Barmen ona xidmət etdi, amma lazımi qədər nəzakətli deyildi. Ned aid olduğu 

dünyaya bələd idi. Burada insanın nüfuzu xidmətçilərin rəftarı ilə müəyyən edilirdi. Və 

əgər müvəqqəti işə götürülmüş bu barmen onunla kobud rəftar edirdisə, deməli,  

nüfuzuna əməlli-başlı xələl  gəlmişdi. Bəlkə də bu oğlan hələ təzə olduğundan qarşısında 

dayanan adamın kim olduğundan xəbəri yoxdur . Qreys kiminləsə danışırdı: 

 

 ―Bunlar müflis oldular – maaşdan başqa heç nə - və  bir dəfə bazar günü sərxoş 



vəziyyətdə ortaya çıxıb beş min dollar borc istədi‖ 

 

 ―Həmişə puldan danışır‖- Ned fikirləşdi və suya tullandı, üzüb gözdən itdi.  



 

Siyahısında yalnız üç ev qalırdı. Növbəti hovuz onun köhnə məşuqəsi Şirli Adamsa 

məxsus idi. Şirli ona Bisvengerlərdə başına gələnləri unutduracaq. Məhəbbət, daha 

doğrusu, seksual meyl- budur, bütün dərdlərin məlhəmi və bu çəhrayı rəngli  ağrıkəsici 

həb onun yerişinə yaz enerjisini, qəlbinə həyat sevincini qaytaracaq. Onların arasında 

keçən həftə.... keçən ay.... ya da keçən il eşq macərası olmuşdu. Və əlbəttə, Ned onu tərk 

etmişdi. Ned özündən əmin hovuza tərəf getdi. Sanki, hovuz onun idi, axı məşuqlar, 

xüsusilə, gizli məşuqlar sevgililərinin əmlakı üzərində qanuni ərlərin heç vaxt əldə edə 

bilməyəcəyi hakimiyyətə malikdirlər. Şirli –orada hovuzun kənarında idi. Lakin  qızın nə 

bədəni, nə də gümüşü rəngli saçları ona heç nə xatırlatmadı. Onların arasında ciddi heç 

nə yox idi, amma Şirli ayrılıq vaxtı xeyli göz yaşı tökmüşdü. Deyəsən, Nedin gəlişi onu 

həyacanlandırdı, bəlkə hələ də əzab çəkir?Allah eləməsin, birdən yenə ağlayar. 

 

-                    Nə istəyirsən? 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə