Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə55/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   51   52   53   54   55   56   57   58   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

159 


 

-                    Bütün mahalı üzürəm 

 

-                    Aman Allah! Nə vaxtsa böyüyəcəksən? 



 

-                    Nə olub?  

 

-                    Əgər pul üçün gəlmisənsə, daha bir sent də verən    deyiləm. 



 

-                    İçməyə necə bir şey verərsən? 

 

-                    Verərdim, amma tək deyiləm. 



 

-                    Yaxşı, getdim. 

 

Suya atıldı, hovuzu üzüb, başa vurdu, amma çıxmaq istəyəndə, hiss elədi ki, gücü tükənib 



ona görə suyun içində nərdivana qədər çabalayıb, sudan çıxdı. Geriyə baxdı, 

işıqlandırılmış vanna otağında cavan bir oğlan var idi. Sudan qaranlıq çəmənliyə çıxdı, 

havada kəskin xarizantema və gülünbahar ətri - payız ətri duydu. Başını qaldırıb, yuxarı 

baxdı, ulduzlar çıxmışdı. Bəs, niyə Andromeda, Sefey və Kasiopeyanı görürdü? İyun 

ayının bürcləri harada idi? Ağlamağa başladı. 

 

Uşaqlığından bəri birinci dəfə idi ki, ağlayırdı. Əlbəttə, ilk dəfə idi ki, özünü belə yorğun, 



köməksiz və atılmış hiss edirdi. Barmenin, nə vaxtsa onun yanına sürünə-sürünə gəlib, 

şalvarını göz yaşları ilə isladan Şirlinin kobudluğuna məna verə bilmirdi. Ona yalnız içki, 

quru paltar və dost münasibət lazım idi. Amma birbaşa evə getmək əvəzinə 

Gilmartinlərin hovuzuna yollandı. Burada həyatında ilk dəfə suya atılmadı, pilləkənlə buz 

kimi suyun içinə endi, axsaya-axsaya yanı üstə üzdü. Təzə-təzə üzmək öyrənəndə də belə 

üzürdü. Yorğunluqdan üzülə-üzülə Klaydların hovuzuna çatdı. Bir əli ilə hovuzun 

kənarından yapışıb, o biri ilə üzürdü. Səndələyə-səndələyə pilləkəni çıxdı. Bircə evə çata 

bilsəydi. Məqsədinə nail olmuşdu, amma yorğunluq ağlına və duyğularına üstün 

gəlmişdi, qələbəsi də ona şübhəli görünürdü. Beli bükülmüş halda, darvazadan yapışa- 

yapışa evinə tərəf qalxırdı. 

 

Qaranlıq idi. Yəni elə gecdir ki, hamı yatıb? Bəlkə Lüsinda Useterheyzlərdə şam 



yeməyinə qalıb. Qızlar da onun yanına, ya da başqa bir yerə gediblər. Bazar günü evdə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

160 


qalmaq adətlərini xilaf çıxıblar, hansısa dəvəti qəbul ediblər? Hansı maşının yerində 

olmadığını yoxlamaq üçün qarajın qapısını açmaq istədi, amma qıfıllı idi. Qapı dəstəyinin 

pası əlinə çıxmışdı. Evə yaxınlaşanda gördü ki, tufan  su borusunu qoparıb. Amma onu 

sabah asanlıqla təmir etmək olardı. Evin qapısı bağlı idi. Düşündü ki, yəqin səfeh 

xidmətçi və ya səfeh aşbaz bütün qapıları bağlayıblar. Onda yadına düşdü ki, artıq uzun 

müddətdir, onların nə aşbazları, nə də xidmətçiləri var. Qışqırdı, qapını silkələdi, 

sındırmağa çalışdı və qəflətən pəncərədən baxıb gördü ki, ev bomboşdur.  

 

                                                                                                                                  



 

İngilis dilindən çevirəni: Ülkər Nəsibbəyli  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

161 


 

Karel Çapek 

 

Qəsd cəhdi 

  

Keçən axşam məsləhətçi Tomsa qulağına radioqulaqlıqlar keçirib ürəkaçan təbəssümlə 



Dvorjakın slavyan rəqslərini dinləyərək bundan həzz alırdı. ―Musiqi bax budur!‖ o öz-

özünə razılıqla deyirdi. Qəflətən küçədə nə isə iki dəfə şappıldadı və məsləhətçinin 

başına pəncərənin şüşələri cingilti ilə töküldü. Tomsa birinci mərtəbədə yaşayırdı. 

  

Məsləhətçi bizim hər birimizin edəcəyi kimi hərəkət etdi: o, bir neçə saniyə daha sonra nə 



baş verəcəyini gözlədi, sonra isə qulaqlıqları çıxartdı və sərt ifadə ilə ətrafa baxındı. Axı 

nə baş vermişdi? Və yalnız yanında oturduğu pəncərənin iki yerindən güllənin keçdiyini, 

qarşı tərəfdəki qapının çatladığını və güllələrdən birinin onun içində qaldığını gördükdə o 

qorxdu. Tomsanın etmək istədiyi ilk şey küçəyə əliyalın çıxıb cinayətkarın yaxasından 

yapışmaq idi. Amma müəyyən yaş həddinə çatmış və təmkinli olmuş adam, adətən, ilk 

impulsu qaçırır və ikinciyə uyğun hərəkət edir. Ona görə də Tomsa telefona sarı atılıb 

polis idarəsinə zəng etdi: 

  

- Alo, tez olun kimisə yanıma göndərin. Mən canıma elə indicə qəsd cəhdi olunub. 



  

- Harada? – yuxulu və apatik bir səs soruşdu. 

  

- Öz evimdə! – Tomsa elə hirsli cavab verdi, sanki hər şeyin günahkarı polisdi. – Öz 



evində sakitcə oturan vətəndaşa güllə atmaq, sadəcə, biabırçılıqdır. Ciddi araşdırmaya 

ehtiyac var! Bircə o çatmırdı ki... 

  

- Yaxşı, – deyə yuxulu səs onun sözünü kəsdi, – kimisə göndərərik. 



  

Məsləhətçi hövsələsizlikdən çatlayırdı. Ona elə gəlirdi ki, kiminsə gəlişini düz bir ömür 

boyunca gözləyib. Əslində isə cəmi iyirmi dəqiqə sonra dərrakəli bir polis inspektoru 

gəldi və güllələrin keçdiyi pəncərəni maraqla nəzərdən keçirdi. 

  

- Kimsə pəncərəyə atəş açıb, – o, ciddi şəkildə elan etdi. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə