Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə56/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   52   53   54   55   56   57   58   59   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

162 


  

- Bunu mən sizsiz də bilirəm, – deyə Tomsa qəzəbləndi. – Axı mən düz burada – 

pəncərənin yanında əyləşmişdim. 

  

- Kalibri yeddi millimetrdir, – gilizi qapıdan bıçaqla oyub çıxardan inspektor dilləndi. – 



Köhnə istehsallı ordu tapançasına oxşayır. Fikir verin, atəş açan adam gərək hasarın 

üstünə dırmaşaydı. Səkidə dayanıb atəş açsaydı, güllə daha yuxarıdan keçərdi. Deməli, o 

sizi nişan alıbmış, cənab. 

  

- Əladır ki! – Tomsa acı-acı cavab verdi. – Mənsə, az qala, elə fikirləşəcəkdim ki, o, 



sadəcə olaraq, qapıya atəş açırmış. 

  

- Bəs bunu kim edib? – Onun fikrindən yayınmasına imkan verməyən inspektor soruşdu. 



  

- Gərək günahımdan keçəsiniz, amma mən o cənabın ünvanını sizə verə bilmərəm, – 

məsləhətçi ironiya ilə dedi. – Mən onu görməmişəm və evə dəvət etməyi unutmuşam. 

  

- Hm, iş elə də asan deyil, – inspektor təmkinlə dedi. – Bəs siz kimdən şübhələnirsiniz? 



  

Tomsanın səbri tükənmək üzrə idi. 

  

- Necə yəni şübhələnirəm! – o, əsəbi halda dilləndi. – Cavan oğlan, mən o alçağı heç 



görməmişəm də. Hətta o, orada dayanıb mənim ona öpüş göndərəcəyimi gözləsəydi də, o 

cür qaranlıqda mən onu tanıya bilməzdim. Onun kim olduğunu bilsəydim, heç sizi 

narahat edərdim?! 

  

- Hə də, – inspektor sakitcə dedi. – Amma, bəlkə, sizin ölümünüzün kimə sərf edəcəyini, 



kimin sizdən intiqam almaq istəyə biləcəyini xatırlaya bilərsiniz? Nəzərə alın ki, bu, 

soyğunçuluq deyil. Soyğunçu gərəksiz yerə atəş açmaz. Bəlkə, düşmənləriniz var? Siz 

bizə bunu deyin, biz də istintaq aparaq. 

  

Tomsa çaşqınlıq içində qaldı. İşin bu tərəfi heç ağlına gəlməmişdi. 



  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

163 


- Heç bilmirəm, – o, qeyri-əminliklə sözə başladı və öz ahıl subaylıq və sakit məmur 

həyatını fikrən nəzərdən keçirdi. – Mənim düşmənim hardan olacaq? – deyə o, təəccüblə 

sözünə davam etdi. – Düz sözümdür, belə birini tanımıram. Yox, bu mümkün deyil. Mən 

axı heç kəslə görüşmürəm, qapalı həyat tərzi keçirirəm, heç yerə getmirəm, heç nəyə 

qarışmıram... Məndən hansı səbəbə intiqam alınmalıdır ki? 

  

İnspektor çiyinlərini çəkdi. 



  

- Mən hardan bilim, cənab? Bəlkə, sabaha qədər xatırlayarsınız? Burada qalmağa 

qorxmursunuz ki? 

  

- Xeyr, qorxmuram, – Tomsa dedi və fikrə getdi. 



  

―Qəribə işdir, – o, tək qaldıqda öz-özünə çaşqınlıq içində təkrar edirdi. – Niyə, axı niyə 

mənə atəş açdılar? Axı mən, az qala, zahid həyatı sürürəm. İşdə işimi görürəm, sonra 

gəlirəm evə... heç tanışlarım da yoxdur! Bəs məni niyə öldürmək istəsinlər?‖ – o təəccüb 

edirdi. Ürəyindəki acı hissi isə bu haqsızlıq üzündən getdikcə daha da böyüyürdü. Lap 

öz-özünə yazığı gəlirdi. 

  

―Öküz kimi işləyirəm, – deyə düşünürdü, – hətta evə də iş götürürəm, bədxərclik 



etmirəm, heç bir əyləncəm yoxdur, lap ilbiz kimi öz qınımda yaşayıram və birdən part! 

Kiminsə ağlına məni öldürmək gəlib. Aman Tanrım, bu cür səbəbsiz nifrət insanlarda 

haradan əmələ gəlir?‖ Məsləhətçi təəccüb içində olmaqla yanaşı, həm də çox pis 

olmuşdu. ―Kimin xətrinə dəyişəm ki? Görəsən, mənə hansı səbəbdən belə nifrət edən bir 

kəs var?‖ 

  

―Yox, burada, yəqin ki, bir yanlışlıq olub, – o, əlində çəkməsinin bir tayını tutaraq 



çarpayısında oturub düşünürdü. – Əlbəttə, məni kiminləsə səhv salıblar. İntiqam almaq 

istədikləri bir kimsə ilə. Bəli, bu elədir, – o, rahatlıqla dedi. – Axı nəyə görə kimsə mənə 

nifrət etsin?‖ 

  

Birdən çəkmə məsləhətçinin əlindən yerə düşdü. O, bir müddət əvvəl axmaqlıq etdiyini 



utanc içində xatırladı: tanışı – Roubal adlı bir nəfər ilə söhbət zamanı Tomsa onun 

arvadına ədəbsiz eyham vurmuşdu. ―Bütün aləm bilir ki, Roubalın arvadı ona xəyanət 

edir, özü də kiminlə gəldi gəzir, elə Roubal özü də bunu bilir, amma özünü xəbərsizmiş 

kimi aparır. Mənsə, axmağın biri, bu haqda düşüncəsizcəsinə danışdım!... 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

164 


‖Məsləhətçi Roubalın həmin an yumruqlarını düyünləyib güclə nəfəs aldığını xatırladı. 

―Aman Tanrım, – Tomsa dəhşətə gəldi, – mən onun xətrinə dəymişəm! Axı o öz arvadını 

dəlicəsinə sevir. Mən, təbii ki, mövzunu dəyişməyə cəhd etdim, ancaq Roubal 

dodaqlarını elə çeynəyirdi ki! Bax onun mənə nifrət etməyə tam əsası var! Əlbəttə, mən 

heç ağlıma da gətirmirəm ki, mənə atəş açan o ola bilər. Lakin heç təəccüblənməzdim 

əgər...‖ 

  

Tomsa gözünü döşəməyə dikdi. ―Ya da ki, lap elə dərzimi götürək... – o, ağırlıq hissi ilə 



xatırladı. – O, düz on beş il ərzində mənim üçün hər şey tikib. Sonra isə mənə dedilər ki, 

o, vərəmin açıq forması ilə xəstədir. Aydın məsələdir ki, üstünə vərəmli adamın 

öskürdüyü paltarı kim olsa, geyinməyə ehtiyat edər. Mən də ona daha sifariş vermədim. 

O isə yanıma gəlib işsiz qaldığını, arvadının xəstə olduğunu, uşaqlarını kəndə yollamaq 

məcburiyyətində qaldığını deyib ona yenidən müraciət etməyimi rica etdi. Allahım, onun 

bənizi necə də solğun idi, özü isə durmadan tərləyirdi!‖ 

  

- Cənab Kolinski, – mən ona dedim, – mümkün deyil, mənim daha bacarıqlı dərziyə 



ehtiyacım var, mən sizin işinizdən narazı idim. 

  

- Mən çalışacağam, cənab Tomsa, – deyə o yalvarırdı. Az qalırdı ağlasın. 



  

―Mənsə, – məsləhətçi xatırladı, – onu kasıblara çox tanış olan ―Yaxşı, baxarıq‖ sözləri ilə 

başımdan elədim! Dərzi də mənə nifrət edə bilər, – məsləhətçi dəhşət içində düşündü, – 

bu ki qorxuncdur: kiməsə həyatının xilası üçün yalvarmaq və bu dərəcədə hissiyyatsız 

rədd cavabı almaq! Ancaq nə edəydim? Bilirəm ki, mənə atəş açan o deyil, amma...‖ 

  

Məsləhətçinin əhvalı getdikcə lap çox korlanırdı. Başqa şeylər də yada düşdü... ―İş 



yerimdə kuryerə acıqlanmağım da heç yaxşı olmadı. Sənədlərdən birini heç cür tapa 

bilmirdim, buna görə o qocanı çağırıb hamının gözü önündə lap balaca uşaqtək danladım. 

  

- Bu nə səliqəsizlikdir?! Siz idiotsunuz! Burada xaos hökm sürür! Sizi işdən qovmaq 



lazımdır! – dedim ona... 

  

Sənəd isə sonradan öz masamın siyirtməsində tapıldı. Qocanınsa onda heç səsi də 



çıxmadı, o ancaq əsə-əsə dayanıb gözlərini qırpırdı...‖ Məsləhətçini tər basdı. ―Amma 

onların xətrinə dəymiş olsan belə, tabeçiliyində olanlardan üzr istəməli deyilsən axı, – 

sözləri ilə o öz-özünü sakitləşdirirdi: – Allah bilir, işçilərin öz rəhbərlərindən necə zəhləsi 

gedir. Yaxşı, mən o qocaya öz köhnə kostyumlarından birini hədiyyə edərəm... Yox, 

olmaz, bu ki onu daha da alçaldar...‖ 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə