Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə43/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   39   40   41   42   43   44   45   46   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

123 


Anlayırdım ki, çıxış yolum yoxdur, ancaq hər vəchlə onu tapmalıydım, əks halda, 

yaşamamın bir mənası qalmayacaqdı. Bütün qalan ömrümü o taxta divarın önündə bu 

cür, məlul-məğmun otursaydım, tezliklə bağrım çatlayardı, vallah. Qagenbek isə əmin idi 

ki, meymun məhz üzü taxta divara oturmalıdır… Elə buna görə də mən meymun 

olmaqdan vaz keçdim! Meymunlar adətən qarınlarıyla düşünürlər, mən də öz qarnım 

sayəsində bu dəqiq və məntiqi nəticəyə gəlməyi başardım. 

  

«Çıxış yolu» deyərkən, düzü, məni yanlış anlamanızdan da bir az ehtiyatlanıram. Bu 



ifadəni mən onun birbaşa və ilkin mənasında işlədirəm. Həm də bilərəkdən azadlıqdan 

söz etmirəm. Sərhədsiz azadlıq duyğusunu və hər xüsusda azadlıq duyğusunu bir kənara 

qoyuram. Çox yəqin ki, o duyğunu mən hələ meymun ikən dadmışdım. Sonralar mən 

azadlığa can atan insanlara da rast gəldim. Halbuki mən nə onda özüm üçün azadlıq tələb 

edirdim, nə də indi. Yeri gəlmişkən, çox vaxt insanlar bu sözlə özlərini aldatmağa 

çalışırlar. Azadlığı ən əlyetməz duyğulardan biri saydıqlarından onunla bağlı yalan da 

insanlara əlçatmaz görünür. 

  

Varyete səhnəsindəki çıxışlarımdan öncə adətən mən sirk günbəzinin altında asılan 



trapesiyalarda cürbəcür hoqqalar çıxaran cütlüklərə göz qoyurdum. Onlar gah havada 

ora-bura yellənir, gah yuxarılara sıçrayır, gah bir-birinin ağuşuna atılırdılar. Gah da biri 

saçlarıyla digərinin dişlərindən sallanıb qalırdı. Öz-özlüyümdə düşünürdüm: «İnsanlar, 

bax, bunu da azadlıq adlandırırlar, həm də hərəkət azadlığı!» Bəyəm ana təbiətə qarşı da 

belə sayğısızlıq olar?! Əgər insanlar özlərinin bu «azadlıqlarını» meymunlar qarşısında 

sərgiləməyə qalxsaydılar, hər halda onların dəli qəhqəhələrindən bu sirkin divarları uçub-

dağılardı. 

  

Yox, mən azadlıq-filan ummurdum. Sadəcə, çıxış yolu axtarırdım və bunun heç fərqi yox 



idi - sağa, sola, yoxsa istənilən yönə. Başqa heç bir tələb irəli sürmürdüm. Hətta 

tapacağım çıxış yolu da qoy lap başaldadan olsun – qəbulum idi. Bu arzu bütün varlığıma 

necə hakim kəsilmişdisə, ağ yalana da göz yummağa hazır idim. Mən yalnız və yalnız 

irəliyə getməliydim! Yetər ki, pəncələrim göydə qalmasın, yetər ki, özümü taxta divara 

qısnanmış saymayım. İndi mən aşkar anlayıram ki, içimdə sarsılmaz tarazlıq duyğusu 

olmasaydı, mən o qəfəsdən heç vaxt qurtula bilməyəcəkdim! 

  

Həqiqətən də, o gəmidə keçirdiyim bir neçə gün ərzində özümə aşıladığım tarazlıq 



hissinə mən, yəqin ki, sonralar nail olduğum hər şeyi borcluyam. Bu duyğunu isə mənə 

ətrafımdakı insanlar aşılamışdılar. Hər şeyə rəğmən, onlar yaxşı insanlar idilər. Onların 

çəkmələrinin taqqıltısının mürgüləməyə çalışan beynimdə necə əks-səda verdiyini, mənə 

necə ehtiyatla yanaşmalarını elə indinin özündə də yerli-yataqlı xatırlayıram. Gördükləri 

hər işdə onlar xeyli ləng tərpənirdilər. Bəzən birisi gözlərini eşmək üçün əlini elə ağır-

ağır qaldırırdı ki, deyərdin qolundan neçə pud daş asılıb. 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

124 


Zarafatları qaba görünsə də, onların səmimi olduqlarına şübhə yox idi. Bəzən gülüşləri 

öskürəklə əvəz olunurdu, hərçənd bu, hər hansı mənaya gəlmirdi. Vaxtaşırı tüpürməyə 

ehtiyac duyurdular və hara gəldi tüpürürdülər. Mənim ucbatımdan taxtabitilərdən əziyyət 

çəkirdilər və elə hey bundan şikayətlənirdilər. Düzdür, buna görə heç vaxt mənə 

qəzəbləri tutmazdı. Meymunların xəzində taxtabiti olduğunu və bu həşəratların daim ora-

bura hoppandıqlarını bu adamlar yaxşıca qavramışdılar. İstəsələr də, istəməsələr də, 

bununla hesablaşmalıydılar. Boş vaxtlarında onlardan bir neçəsi qəfəsimin qabağında 

yarımdairə boyu və adətən lal-dinməz oturardı. Hərdənbir dodaqaltı nə isə mızıldanar, 

bəzən isə yeşiklərin üzərində yayxanıb, qəlyanlarını tüstülədərdilər. Elə ki yerimdə azca 

qurcalanırdım, onlar tez öz baldırlarına şapalaq ilişdirirdilər. Bəzən isə aralarından birisi 

əlinə bir çubuq alıb, ən həssas yerimi qıdıqlayardı. Əgər günü bu gün mənə gəmidə 

səyahət təklif olunsaydı, mən heç şübhəsiz, bundan imtina edərdim. Ancaq onu da etiraf 

etməyi özümə borc bilirəm ki, həmin o gəmi ilə bağlı könlümdə sadəcə naxoş xatirələr 

qalmayıb. 

  

Gəmi heyətinin mənə aşıladığı etimad hissi sayəsində qaçmağa hər hansı cəhd 



göstərmədim. Keçmişə nəzər saldıqca bir məqamı da etiraf etməyə məcburam: hələ onda 

mən hiss edirdim ki, bəli, sadəcə hiss edirdim ki, - əgər mən diri qalmağı umuramsa, 

mütləq bir çıxış yolu tapmalıyam və bu çıxış əsla qəfəsdən qaçışla bağlı olmamalıdır. 

Qaçmamın nə dərəcədə baş tutub-tutmayacağını onda bilmirdim, ancaq istəsəydim, bunu 

da bacarardım. Belə məsələlərdə meymunun əlindən gəlməyəcək iş yoxdur. 

  

İndi dişlərim o dərəcədə zəifləyib ki, adicə qozu qıranda da ehtiyatlanıram. Onda isə mən 



gec-tez qəfəsin qapısındakı kilidi gəmirib sındırmaq iqtidarındaydım. Ancaq bunu 

etmədim. Bununla nəyə nail olacaqdım, axı?! Elə başımı bayıra çıxaran kimi məni tutub, 

başqa və əvvəlkindən də betər qəfəsə salacaqdılar da. Əgər diqqəti çəkmədən digər 

əsirlərin – məsələn, nəhəng ilanların saxlandığı bir qəfəsə soxulsaydım, o halda da 

onların əlində öləcəkdim! Deyək ki, gözdən-nəzərdən yayınmaqla, lap elə üst göyərtəyə 

çıxdım və özümü dalğaların qoynuna atdım: bir müddət okeanın üzündə qalmağı 

bacarsam belə, gec-tez sularda qərq olacaqdım. Bütün bu cəhdlər bəri başdan 

uğursuzluğa düçar idi! Əlbəttə, o zaman mən insan kimi mühakimə yürütməyi 

bacarmırdım. Bununla belə, ətrafımdakıların təsiri altında elə davranırdım ki, guya buna 

qadirəm. 

  

Hə-ə, mən mühakimə yürütməsəm də, qəribə soyuqqanlılıqla hər şeyə göz qoyurdum. 



Böyrümdən keçib, ora-bura gedən insanları süzürdüm. Onların üzləri də, hərəkətləri də 

eyni idi. Çox vaxt onların eyni adam olduğunu da sanırdım. Həmin o adamın – və ya 

adamların – hərəkətinə hər hansı maneə yox idi. Beləcə, qarşımda böyük bir hədəf zühur 

elədi. Onlar kimi olacağım təqdirdə bu qəfəsdən buraxılacağımı hələlik heç kəs mənə vəd 

eləməmişdi. İcrası bəri başdan imkansız görünən vədlər vermənin nə mənası vardı, axı?! 

Yetər ki, sən məqsədinə çat, o halda vədləri sənə köhnə tarixlə də verərlər, hərçənd 

belədə sən öz ümidlərini onlara bağlaya bilməzsən… 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə