Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə41/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   37   38   39   40   41   42   43   44   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

118 


Səhərlər evdən çıxanda həmin dördkünc parket parçasına şirin bir nəzər salırdı – orda 

Mamayın elə yaxın, amma həm də elə uzaq olan xoşbəxtliyi yatırdı. İndi, dörd min iki 

yüz məsələsi açıb-ağardılandan sonra məsələ necə olacaqdı? 

 

Dördüncü gün, sərçə kimi çırpınan ürəyini əli ilə tutan  Mamay Zaqorodnıdakı həmin 



qapını döydü. O kitabı əsirlikdə saxlayan çalsaqqallı, qalınqaşlı Çernomor piştaxta 

arxasında oturmuşdu. Bu dəqiqə Mamayın damarlarında döyüşçü sələflərinin qanı 

dolanırdı: Mamay ürəkli addımlarla Çernomora tərəf yeridi. 

  

- A, cənab Mamay! Çoxdandı görünmürsüz...Məndə sizin üçün bir şey var. 



 

Çırpınan «sərçə»ni ovcunda daha bərk sıxaraq,  Mamay süni maraqla kitabları 

vərəqləyirdi. Amma bu dəqiqələrdə onun gözü kürəyindəydi, o kitab vitrində 

gülümsəyirdi. 

Mamay rəngi saralmış, 1835-ci ilin "Teleskop"unu seçib, uzun müddət qiyməti 

öldürməyə çalışdı, sonra əlini yellədi. Daha sonra tülkü hiyləgərliyi ilə kitabların başına 

dolanıb, guya təsadüfən həmin kitaba yaxınlaşdı: 

   


- Hm, bəs, bu neçəyədi? 

 

«Sərçə» ovcundan sivişib, uçdu! Çernomor barmaqları ilə saqqalını daradı: 



   

- Buna görə... sizdən…yüz əlli rubl. 

   

- Hm...Neynək... (Ura! Vursun təbillər! Toplar guruldasın!) Hə, neynək... Sabah pulu 



gətirib, kitabı götürərəm. 

İndi qalırdı işin ən qorxulu tərəfi – qapının ağzındakı dördbucağı qaldırmaq. Gecə 

Mamayın yerinə elə bil qor dolmuşdu, lazımdı, olmaz, olar, ağlasığmazdı, olar, olmaz, 

lazımdı... 

 

Hər şeyi bilən, mehriban, əzəmətli, barmağında evlilik üzüyü gəzdirən Budda çay içirdi. 



 

- Ye də, Petenka. Bu gün elə bil sənə nəsə olub... Yenə gecəni yatmamısan? 

   



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

119 


- Hə. S...siçanlar qoymur... nə bilim... 

   


- Qoy yerə o dəsmalı, didmə! Nə olub sənə! 

   


- Di…didmirəm... 

 

Budu, axır ki, stəkanındakını içib, qurtardı: stəkan bu gün ona qırx vedrə su tutan çəllək 



kimi görünürdü. Budda mətbəxdə aşpaz qadınla qurbanvermə ayini keçirirdi. Mamay  

kabinetində tək oturmuşdu. 

 

Saat on ikiyə az qalanda, Mamay özü saat kimi taqqıldayırdı. O, havanı ciyərlərinə çəkdi, 



qulaq verib, dinşədi, ayaq barmaqları ucunda yazı masasına tərəf getdi, kitabkəsən balaca 

xəncəri çıxardı. 

 

Sonra qızdırmalı adam kimi, qapının yanına atıldı, bu vaxt keçəlinə səhər talası kimi şeh 



düşmüşdü, xərcərlə parket kvadratı qaldırdı və var gücü ilə inlədi! 

 

İniltiyə mətbəxdəki Budda qaçıb gəldi və ilk gördüyü  boranıya bənzər keçəl, sonra 



əlində xəncər tutmuş cırtdan, sonda isə kağız ovuntuları oldu. 

 

- Dörd mini… siçanlar... Odu! Odu! 



 

1917-ci ilin Mamayı min üç yüz neçənci ilin qəddar, amansız Mamayı kimi qapının 

küncünə atıldı, siçanı qapının arasına sıxışdırdı. Gözlərini qan örtmüş Mamay bir an 

içində qılıncı düşmənə sapladı. Əvvəl-əvvəl çətin oldu, qarpızın qabığını keçəndən sonra 

isə asanlaşdı, ən yumşaq yeri ötəndən sonra isə qılıncın ucu parketə dirəndi. 

 

Son. 



 

1920 


 

Tərcümə edəni: Günel Mövlud 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

120 


 

Frans Kafka 

 

Akademiya üçün hesabat 

 

  



Hörmətli cənab akademiklər! 

  

Hələ meymun ikən keçdiyim həyat yoluyla bağlı Akademiya üçün hesabat məruzəsi 



hazırlamağı təklif etməklə mənə böyük şərəf verdiniz. 

  

Təəssüflər olsun ki, bu ricanızı təmin etməm indi imkansızdır. Son beş ildə mən bir 



meymun kimi öz həyat tərzimdən tamamilə qopmuşam. Əbədiyyətlə müqayisədə bu 

müddət xeyli qısa görünsə də, məndən ötrü sonsuz və uzundur. Bəxtim onda gətirdi ki, bu 

yolda mənə dəyərli məsləhətlər verən, məni alqışlayan gözəl insanlarla rastlaşdım. Buna 

rəğmən, həmişə yalqızlığa məhkum idim, orkestrlərin qopartdığı hay-küyün, gurultunun 

fonunda irəliləsəm də, mənə dəstək verən insanlar bir mənada baryerin o biri üzündə 

qalırdılar. Əgər öz keçmişimdən, gəncliyimlə bağlı yaşantılardan dördəlli yapışsaydım, o 

halda belə bir  uğur qazanmam mümkün olmazdı. Bu məsələdə inad sərgiləməyi özümə 

başlıca prinsip seçdiyimdən məqsədimə çata bildim. Hər vəchlə azadlığa can atdığım 

üçün xeyli əziyyətlərə qatlaşdım. Buna görə də o dövrlə bağlı xatirələrim zaman keçdikcə 

solğunlaşmağa başladı. Əgər insanlar bunu arzulasaydılar, mən geriyə, öz əvvəlki həyat 

tərzimə bəlkə də asanlıqla dönə, qayıda bilərdim, çünki oraya açılan qapılar bir müddət 

örtülməmişdi. Ancaq onlar məni mədəni olmağa daha çox ruhlandırdıqca və  mən bu işdə 

daha böyük uğurlar qazanmaqla, insan toplumunda özümü daha rahat və arxayın hiss 

etdikcə, keçmişə açılan o qapı bir o qədər alçalır və daralırdı. 

  

Məni öz keçmişimdən qoparan fırtına çoxdan yatıb və indi mən sadəcə dabanlarımı 



yalayan xoş bir mehin həzzinə dalmışam. Bu sərin mehin əsdiyi dəlikdən vaxtilə mən 

özüm bu biri tərəfə keçmişdim və aradan ötən müddətdə o, xeyli dərəcədə kiçilib. Hətta 

əgər indi mən ona qədər getmək üçün özümdə güc və cürət hiss eləsəydim belə, onun o 

biri üzünə keçməkdən ötrü tamamilə dəridən-qabıqdan çıxmalıydım. Hər şeyi öz adıyla 

çağırmaqla – halbuki mövcud şərtlərdə alleqoriyalardan yararlanmaq daha uyğun 

sayılardı – bəli, hər şeyi öz adıyla çağırmaqla mən sizə bildirməliyəm ki, cənablar, əgər 

sizdə də meymun xislətindən nə isə bir nişanə qalıbsa, inanın ki, o da, elə mənimki qədər 

çox-çox dərinlərə gömülübdür. Balaca bir şimpanzedən tutmuş ta nəhəng Axillesə qədər 

ölümə məhkum bütün varlıqlar öz meymunvarı keçmişlərindən vaxtaşırı əsən mehin 

topuqlarını necə qıdıqladığından hələ də xoşhallanmaqdadırlar. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə