Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə37/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   33   34   35   36   37   38   39   40   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

105 


O, naxışlı kürd xalısının üstünə uzandı, başını ipək üzlü yastıqçaya söykəyərək, balaca 

əlləri ilə tiryək çübüğü hazırlamağa başladı. 

 

Hava elə sakit idi ki, çırağın tüstüsü düz göyə qədər qalxırdı. 



 

Tacgül tiryək tüstüsünü sinəsinə çəkənə qədər sakit-sakit danışırdı. O, qəribə sevinc ifadə 

edən, geniş açılmış  gözlərilə mənə baxırdı. Tədricən onun gözləri, baxışları tamamilə 

donuqlaşdı... 

 

O, qollarını yana açdı, indi mən ona baxmağa utanırdım. 



 

Sonra o, kürəyi üstə uzandı, onun avazımış üzünün necə dəyişdiyini, qəribə ifadələr 

aldığını gördüm. Ona həm yazığım gəlir, həm də ona nifrət edirdim! Ən çox da ona görə 

qəzəbli idim ki, indi o mənə deyil, göy üzünə baxır, bəlkə də orada başqasını görürdü. 

 

Ona yaxınlaşdım, diz üstə çöküb, onun avazımış sifətinə baxdım. Onun üzü elə gözəl idi, 



bu üzdə o qədər xoşbəxtlik vardı ki, mən harada olduğumu, hər an oba başçısının, ya da 

nökərlərin bura gələ biləcəyini unutdum. 

 

Həmin gecə qonağı olduğum evin sahibinə xəyanət elədim... 



 

Tacgül özünə xeyli sonra gəldi və hələ uzun müddət hərəkətsiz uzandı. 

 

O indi ətrafda hər şeyi necə eşitdiyini, hiss elədiyini danışmağa başladı. Dedi ki, 



həndəvərdə torpağı burnu ilə dinşəyən vəhşi donuzların xorultusunu eşidir. Dedi ki, 

mənim ürəyimin döyüntüsünü eşidir. Yorğun-arğın ayağa qalxıb, paltarını düzəldəndə 

başa düşdü ki, mən artıq onun əri olmuşam. 

 

O özünə gəlir, qorxmağa, titrəməyə başlayırdı. Onu xeyli sakitləşdirməli oldum. 



 

Ona dedim ki, elə bu gecə mənimlə birlikdə Axala getsin. Dedim ki, orda o mənim 

arvadım olacaq, heç kim də ona heç nə deməyəcək. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

106 


Hava artıq tamam qaralmışdı, dağların arasından ay çıxdı, bütün qayaların kölgələri cin 

əlləri kimi həndəvərə uzandı. 

 

Bu vaxt mehriban, xoşbəxt sifətli, ünsiyyətcil bir adama çevrilmiş oba başçısı da gəlib 



çıxdı. İndi oba başçısı da, Tacgül də əməlli-başlı dirçəlmişdilər. Onlar tez-tez ora-bura 

gedir, danışır, əl-qol atır, səbəbsiz gülürdülər. Oba başçısı məni fıstığa, pendir və 

şirniyyata qonaq eləyir, özü də çoxlu yeyirdi. O necə böyük adam olduğundan, hamının 

ona qulaq asmağından, ondan çəkindiyindən qürurla danışırdı. 

 

- Mən qədim kürd nəslindənəm, -  o danışırdı, - mənim bütün babalarım xan olub. Mənə 



gərək təkcə oba başçısı deyil, Məmməd xan desinlər...Mən onların hamısına 

göstərəcəyəm! Onlar biləcək mənim kim olduğumu! – o yumruğunu harasa, dağlara tərəf 

silkələyərək, danışırdı. – Mən kürdlərin hamısını yığıb, Axala hücum eləyəcəm! Bir ilxı 

axal atı oğurlayıb, Fars elinə gətirəcəm, Tehrana aparıb,  baha qiymətə satacağam!..Ən 

gözəl atı da şaha aparacağam! Mən hiyləgər adamam, mən bilirəm kimə hədiyyə vermək 

lazımdır. Şaha Məşhəddən gözəl bir oğlan uşağı da gətirəcəyəm. Buna görə şah məni 

sevəcək, mənə qızıl qılınc və zabit paltarı bağışlayacaq! Qubernator təyin eləyəcək!.. 

Mən də səni, Xivə-Qılınc, alaya başçı təyin eləyəcəm. Alayı sən idarə eləyəksən, mən 

kimi desəm, o adamın canını alacaqsan!.. 

 

Oba başçısı belə danışırdı. Onun gözləri qarşısında döyüşlər canlanır, o, xəyalən 



qoşunlara əmr verir, kiməsə hücum edir, talayır, aparırdı... 

 

Sonra o, aşağı düşdü, mən Tacgüllə ikilikdə qaldım. 



 

O çox şən idi, uşaqlığımızdakı kimi gülür-danışırdı. Onun gözləri ulduz kimi parlayırdı. 

O mənimlə Qaraqum çölündə yaşamaq istəməyindən, birlikdə  o qumluqda, dəvələrin, 

qoyun sürülərinin  otladığı o yerlərdə necə xoşbəxt yaşayacağımızdan, uşaqlarımızdan, 

gözəl xalçalar toxuyacağından danışırdı... 

 

Sevinirdim, biz şərtləşdik ki, hamı yatandan sonra dağları aşıb, buralardan qaçaq. O, kişi 



paltarı geyinib, tapança və bıçaq götürüb, gəlməli və biz oba başçısının ən yaxşı atlarını 

minib, qaçmalı idik. 

 

Mənə elə gəlirdi ki, keçmiş sağlamlığı, həyatsevərliyi artıq ona qayıdıb. Aşağı düşəndə o, 



qulağıma pıçıldadı: 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

107 


- Heyif ki, bu qədər vaxtı bir-birimizdən ayrı yaşamışıq! Niyə axı biz o qədər vaxtı uşaq 

olmuşuq, bir-birimizi sevdiyimizi başa düşməmişik!.. 

 

Aşağı düşüb, atıma baxdım; o, yorğun və ac idi. Nökərlər ona arpa verməmişdilər, 



qabağında allahın samanı da yox idi. Arpa və saman tapıb, atımı yedirdim. Oba 

başçısının atlarına da baxdım, - onları da yaxşı yedirmirdilər.  Mənim komandirim 

Mergen ağa bu atları görsəydi, belə at yiyəsinə bir yumruq ilişdirərdi! 

 

Evin damındakı xalçanın üstünə uzandım, əllərimi başımın altına qoyub, ulduzların 



sayrışdığı göy üzünə baxaraq, xeyli beləcə qaldım. Sakitçilik idi, hardasa inəklərin və 

dəvələrin boynunda zınqırovlar səslənirdi. Hərdən dağlarda hansısa çaqqalın uzun, 

zəhlətökən ulartısı başlayır və həndəvərdə kəndə yaxın durmağa qorxan digər çaqqallar 

da öz anlaşılmaz mahnaları ilə  onun səsinə səs verirdilər. 

 

Ay artıq dağlara enib, ağappaq ağarmış, zəifləmişdi. Ətraf tamam zülmət içində idi.  



Tacgül artıq çoxdan gəlməli, mənə hamının yatdığını və özünün hazır olduğunu deməli 

idi. Ondan narahat olub, sakitcə aşağı düşdüm... 

 

Hamı bərk yatmışdı. Aşağıdan oba başçısının nökərlərinin xorultusu eşidilirdi. Böyük 



otaqdan keçəndə ayağım kiminsə uzanılı bədəninə ilişdi. Bu, Tacgül idi - o ölü kimi 

uzanmışdı. Qaldırmağa çalışanda bədəni ikiqat əyilir, şax dayana bilmirdi. O tamamilə 

huşsuz idi. 

 

Kibriti alışdıranda, onun yanında söndürülmüş çıraq və tiryəklə dolu çubuğu gördüm. O 



yenə tiryək çəkib, məni, yeni həyatımızı, hər şeyi unutmuşdu. 

 

Onu hardasa bu halda görsəydim, bəlkə qılıncla doğrayardım. Amma mən onun qonağı 



idim. Bizdə, aulda tiryək çəkən, saçları dağınıq, gözləri ifadəsiz qadınların hamının gülüş 

yerinə çevrildiyini yadıma salandan sonra mən daha yubanmadım. 

 

Nökərlər bərk yatmış olsalar da, onları oyadıb başa saldım ki, gecə ikən, hələ hava 



aydınlanmamış getməliyəm, çünki gün işığında sərhəd açıq görünür və sərhədçilər məni 

tuta bilərlər. 

 

Onlardan xahiş elədim ki, əvəzimdən oba başçısına və Tücgülə təzim eləsinlər, sonra 



atımı minib, dağları aşaraq, şimala yol aldım. Beləliklə mən tək qaldım, hamişə də cigit 

kimi yaşayacağam... 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə