Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə39/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   35   36   37   38   39   40   41   42   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

112 


Hardasa yuxarıda, sağda da, solda da bir həyəcan duyulurdu, kayutların qapısı döyülür, 

alaqaranlıq mərtəbə meydançalarında asta səslər eşidilir, aşağıya, əsas kayuta – evin 

klubuna tərəf  götürülən ayaqqabı altlıqlarının taqqıltısı gəlirdi. 

 

Orda, cilalanmış göy üzü çəhrayı rəngli tütün buludları ilə doludu. Bürkülü soba havası, 



kiminsə pıçıltıları. Yelisey Yeliseyiç balaca zınqırovu bir dəfə silkələyib, əyilərək, üz-

gözünü turşutdu. Gözəgörünməz Ermitajın tirlərinin əydiyi çiyinlərinin şaqqıltısı sükütda 

əks-səda verdi, sonra o üzünü zalda oturanlara tutdu: 

 

- Cənablar. Etibarlı mənbədən aldığım xəbərə görə, bu axşam evdə axtarış olacaq. 



 

Zalı uğultu bürüdü, başlar, üzüklü barmaqlar, bantlar, birçəklər dikəldi. Tütün buludları 

altında beli bükülmüş Atlantın üstünə sual leysanı yağdı: 

 

- Yox, bir dəqiqə! Bizim haqqımız var ki... 



 

- Necə? Kağız pulları da? 

 

- Yelisey Yeliseyiç, təklif edirəm ki, darvazaları... 



 

- Kitablar, ən əsas məsələ kitablardı... 

 

Yelisey Yeliseyiç daş sinəsini bu leysanın qabağına verib dayanmışdı. Başını 



döndərmədən (bəlkə də onun başı heç dönmürdü) Osipə dedi: 

   


- Osip, bu gecə həyətdə növbətçi kimdi? 

 

Osipov sükutun ortasında barmağını aramla, divardakı yazıda gəzdirdi – barmağı elə bil 



hərfləri deyil, Mamayın evindəki kitab dolablarını gəzirdi. 

 

- İndi vətəndaş Mamay, vətəndaş Malafeev. 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

113 


- Budur. Əgər ordersiz gəlsələr, revolverləri çıxararsız... 

 

40 nömrəli daş gəmi Laxta küçəsindəki tufanın ortasında qalmışdı. Gəmi yırğalanır, fit 



çalır, kayutların pəncərələrinə qar yağır, hardasa gözəgörünməz deşiyin olduğu hiss 

olunur və heç kim bilmirdi ki, gəmi səhər limanına çatacaq, yoxsa dənizin dibinə qərq 

olacaq. Sürətlə boşalan kayut-zalda sərnişinlər daş kimi hərəkətsiz kapitandan 

yapışmışdılar: 

   

- Yelisey Yeliseyiç, bəs cibimizdə gizləsək, olar? Axı cibləri... 



 

- Yelisey Yeliseyiç, bəlkə ayaqyolunda gizlədim, olar? 

 

Sərnişinlər kayutdan kayuta keçir, kayutlarda özlərini olduqca qeyri-adi aparırdılar: 



döşəməyə uzanıb, əllərini dolabın altına soxurdular, Lev Tolstoyun gips başının içinə göz 

gəzdirir, əlli il divardan gülümsəyən nənənin portretini divardan alırdılar. 

 

Ölümlü insan Mamay – Budda ilə üz-üzə dayanıb, gözlərinin işığı ilə adamın içini görən 



bu müqəddəsdən gözlərini gizləməyə çalışırdı. Onun əlləri tamam yad, elə bil, pinqvin 

qanadları idi. düz qırx ili idi ki, əlləri ona mane olurdu, əgər indi də mane olmasaydılar, o 

indi deyilməsi qorxulu, ablagəlməz olan sözləri çox rahatlıqla deyərdi... 

 

- Başa düşmürəm, sən niyə qorxursan? Buna bax, burnu da ağarıb. Bizə nə var e? Bizim 



ki, pulumuz yoxdu. 

 

Kim bilir, bəlkə də Mamay yaşının başqa çağında, başqa əllərə sahib olsaydı, belə arvada 



belə sirri elə indiki, 1917-ci ilin Mamayı kimi açardı. Gərgin sükütun ortasında hardasa 

qurdalanan siçanın xışıltısı gəldi, 1917-ci ilin Mamayı gözlərini tez o tərəfə çevirib, səsi 

titrəyə-titrəyə dedi: 

 

- Mənim….yəni bizim…dörd min iki yüz pulumuz var... 



   

- Nə? Sənin o qədər pulun var? Hardandı? 

 

- Mən… hərdən bir az… qorxurdum ki, hər dəfə sənə demək istəyəndə... 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

114 


 

- Nə? Deməli, oğurlayırdın? Deməli, məni aldadırdın? Mən bədbəxt də fikirləşirəm ki, 

Petenka….ilahi, mən necə də bədbəxtəm! 

 

- Axı, mən….kitablar üçün... 



 

- Kəs səsini! Mən o yubkalı kitabları yaxşı tanıyıram! 

 

On yaşlı Mamayı anası bircə dəfə döymüşdü: bir dəfə o təzəcə od salınmış samovarın 



lüləsini dartıb çıxarmışdı, su tamam axıb getmişdi. İndi Mamay həmin səhnəni 

xatırlayırdı: başı anasının qoltuğunun arasına sıxılmış, şalvarı aşağı çəkilmişdi... 

 

Birdən, Mamayın balaca vaxtlarının hiyləgərliyi özünü büruzə verdi. O həmin «samovar 



lüləyini», yəni dörd min iki yüzü necə unutdurmağın yolunu tapdı: 

 

- Mən bu axşam səhər dördə qədər növbətçi dayanmalıyam. Tapança ilə. Yelisey 



Yeliseyiç dedi ki, əgər ordersiz gəlsələr... 

 

Budda qəfildən iridöşlü, ürək xəstəsi olan anaya çevrildi. 



 

- İlahi! Bunlar neynir – təmiz başlarını itiriblər? Bunların hamısı Yelisey Yeliseyiçin 

işləridi. Sən bax haa, birdən ağlına batar... 

 

- Yoox, mən eləcə cibimə qoyacam. Məndən elə şey gözləyirsən sən? Mən heç milçəyi 



də... 

 

Doğrudan da, Mamayın stəkanına milçək düşəndə, o milçəyi ehtiyatla götürüb, havaya 



buraxırdı – uç özünçün! Yox, bu, qorxulu deyil. Dörd min iki yüz isə... 

 

Budda yenə dizinə döydü: 



 

- İlahi, Tanrı səni mənə bəla göndərib! İndi sən bu oğurluq, hə, nədi, sus, bunun adı 

oğurluqdu... 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə