Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə38/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   34   35   36   37   38   39   40   41   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

108 


 

- Sən sonralar oba başçısının evinə getdin? – mən ondan soruşdum. 

 

- Hərdən yolum oralardan düşəndə baş çəkirəm, - Xivə-Qılınc dedi. – Tacgül gəlişimə 



çox sevinir, amma oba başçısı ondan da çox sevinir. 

 

1909 



 

 

Tərcümə edəni: Günel Mövlud 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

109 


 

Yevgeni Zamyatin 

 

Mamay 

 

 



Axşamlar və gecələr Peterburqdakı evlər altımərtəbəli daş gəmilərə çevrilir. 

 

Altımərtəbəli tənha dünyatək bir gəmi daş dalğaları yararaq başqa altımərtəbəli tənha 



dünyalar arasından üzüb keçir, saysız kayutların işıqları küçələrin coşqun daş okeanına 

səpələnir. 

 

Və əlbəttə ki, o kayutlardakı - sakinlər deyil, sərnişinlərdi. 



 

Eynən gəmidəki kimi, heç kim bir-birini tanımır – onların hamısı gecə okeanının 

mühasirəyə aldığı altımərtəbəli respublikanın vətəndaşlarıdır. 

 

Axşamlar 40 nömrəli daş gəminin sərnişinləri Peterburq okeanının xəritədə Laxta küçəsi 



kimi qeyd olunmuş hissəsində dolaşırdılar. 

 

Keçmişdə şveysar işləmiş Osip, indisə vətəndaş Malafeev çağrılan adam binanın 



girişindəki artırmada dayanıb, eynəyinin arxasında qaranlığa baxırdı: dalğalar arada bura 

kimisə atırdı. Vətəndaş Malafeyev burnunun üstündəki eynəyini düzəldərək – eynəyini 

düzəltməklə, o hamıya ehtiramını göstərirdi, ehtiram mənbəyi isə bu eynəklərlə çox bağlı 

idi -  o, yaş, üst-başı qarlı adamları dartıb qaranlığın içindən çıxarırdı. 

 

Məsələn, eynək acıqlı müəllim sayağı, burnunun ucundadısa, deməli o, Pyotr Petroviç 



Mamayı qarşılayır. 

 

- Pyotr Petroviç, xanımınız yemək hazırlayıb sizi gözləyir. Bura da gəlmişdi, çox məyus 



idi. Bəs niyə belə gec gəlirsiniz? 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

110 


Budu, yekə burunlu, şəxsi avtomobilə sahib sərnişin gəlir – onu görən kimi eynək düz 

yerinə oturur. Burunlu adamla məsələ bir az qəlizdi, ona «yoldaş» demək, nəsə bir az 

naqolay alınırdı, «ağa» demək də olmazdı. O belə, bu da belə.. 

- A, yoldaş Mılnik ağa! Havalar yaman pis keçir, yoldaş Mılnik ağa... 



 

Budu, indi də eynək az qala alına qədər qalxdı: Yelisey 

Yeliseyiç gəminin bortunda idi. 

 

- Şükür allaha! Yaxşıdı hər şey? Qorxmursunuz şubada gəzməyə? Əlinizdən alarlar axı. 



İcazə verin, çırpım... 

 

Yelisey Yeliseyiç – gəminin kapitanıdı – evin işlər müdiridi. Və Yelisey Yeliseyiç o 



atlantlardan idi ki, əzablı üzlərini qırışdıraraq, Milyon küçəsində Ermitajın tirini öz 

çiyinlərində saxlayırlar. 

 

Bu gün tir həmişəkindən ağır idi, Yelisey Yeliseyiçin nəfəsi əməlli-başlı kəsilmişdi: 



 

- Bütün mənzillərə xəbər elə...Tez ol... İclasa, hamı. Klubda olacaq... 

 

- Vay dədəm, vay! Yelisey Yeliseyiç, olmaya yenə... iş çətinə düşüb? 



 

Amma cavaba ehtiyac yoxdu, alındakı əzablı qırışlara, ağırlığın bükdüyü çiyinlərə 

baxmaq bəsdi. Vətəndaş Malafeyev, eynəklərini virtuozcasına oynadaraq, bütün 

mənzillərin qapısını döydü. 

 

Onun qapını döyməyi də ayrı aləm idi – elə bil mələklər şeypur çalırdılar, qucaqlaşanlar 



donub qalır, ən qızğın mübahisələr yarıda kəsilir, ağıza gedən şorba dolu qaşıq 

yarıyoldaca dayanırdı. 

 

Şorbanı yeyən Pyotr Petroviç Mamay idi. Daha dəqiq desək, həyat yoldaşı ciddi-cəhdlə 



ona yemək yedizdirirdi. Əzəmətli, alicənab, buddasayağı döşlərini əzəmətlə irəli verərək, 

kürsüdə oturaraq, o öz yaradıcılıq nümunəsi olan şorbanı ərinə yedizdirirdi: 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

111 


- Tez ol, Petenka, şorba soyuyur axı. Min dəfə sənə demişəm ki, nahar vaxtı kitab oxuma, 

ən acığım gələn vərdişdi bu... 

 

- Yaxşı, Alyonka, bu dəqiqə, bu dəqiqə... Axı altıncı nəşrdi. Başa düşürsən



Boqdanoviçin «Duşenka»sının altıncı nəşri! Hələ on ikinci ildə, fransızların vaxtında  

hamısı yanmışdı, hamı da elə bilirdi ki, təkcə üç nüsxəsi qalıb... Amma bu, dördüncüdü – 

başa düşürsən? Dünən Zaqorodnıda tapmışam... 

 

1917-ci ildə Mamay kitabları fəth etirdi. O hələ on yaşlı qıvrımtelli oğlan ikən, Tanrı 



Qanununu öyrənirdi, onu anası yedizdiridi, qırx yaşında isə o yenə də balaca, amma artıq 

keçəl oğlan idi – bu yaşda o sığorta cəmiyyətində çalışır, kitablara sevinir, yeməyi də 

arvadının əlindən yeyirdi. 

 

Bir qaşıq şorba – yəni Buddaya balaca bir qurbangətirmə, sonra bu adam yenə də 



barmağındaki evlilik üzüyünü  unudur və hər hərfini sığallayaraq, kitaba uyurdu. "Birinci 

nəşrdən kəskin şəkildə fərqlənir...Senzura Komitəsinin razılığı ilə "...İlahi, bu üç yoğun 

ayaqcıq ustə dayanan varlıq necə xoş, necə əziz idi... 

 

- Petenka, bu nədi? Mən burda qışqırıram, sənin də başın kitaba qarışıb... Karsan, 



eşitmirsən, qapını döyən var. 

 

Pyotr Petroviç – tez qapıya tərəf qaçır. Burnun ucuna keçirilmiş eynək qapının ağzında 



dayanıb: 

 

- Yelisey Yeliseyiç dedi ki, hamı iclasa gəlsin. Özü də tez. 



 

- İşə bax ee, imkan verməzlər kitabımızı oxuyaq... Bu nədi? – keçəl uşağın səsində göz 

yaşlarının əlaməti vardı. 

 

- Bilmirəm. Bircə bunu dedi ki, tez eləsinlər... - kayutun qapısı çırpıldı, eynəklər o biri 



kayutlara tərəf götürüldü... 

 

Dəqiq məsələ idi ki, kayutda nəsə fırıq iş vardı, bəlkə yollarını azmışdılar, bəlkə də 



gəminin dibində görünməz deşik aşkarlanmışdı və mənfur küçə okeanının gəminin içinə 

dolmaq təhlükəsi yaranmışdı. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə