Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə34/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   30   31   32   33   34   35   36   37   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

95 


 

Qarmağına keçən şəxsi aldatmaq onun gözündə adi, hətta vacib bir şeydir. Onun 

qənaətinə görə, kart borclarını çıxmaq şərtiylə, aldığı borcu, həm də nə vaxtsa 

qaytarılacağı şübhə doğuran borcu geri verməkdən imtina - əsl şərəf işidir, çünki bu cür 

şeylərdə saxtakarlığa heç cəmiyyət də sən deyən pis baxmır. Məsələn, pula ehtiyacı 

olanda o, hər yola, fəndə əl atıb, borc almağa çalışacaq və cürbəcür yalan vədlərlə borc 

sahibinin başını tovlayacaq. Əgər kim isə onu ən xırda fırıldaqda suçlayarsa, onda 

həqiqətən özündən çıxan bu adam qarşısındakı tipi qılıncının tək zərbəsiylə öldürməyə 

çalışacaq. 

 

  



 

Dilimizə çevirdi – Azad Yaşar 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

96 


 

Mixail Bulqakov 

 

 

Siflisili bayram 

 

 



«Laka-Tıjma kənd sovetinin təsdiqlədiyi material əsasında…» 

 

Hər il mart ayının səkkizində qeyd elədiyimiz işçi qadın bayramında Kazan vilayətinin 



alimənsəb rəhbərliyi altındakı Laka-Tıjma kəndində yerləşən koma-kitabxananın qapısı 

açıldı və yerli sanitar feldşer (onun adını, məsələn, İvan İvanoviç qoyaq) içəri girdi. 

 

Əgər səkkiz mart günü heç bir ağlı başında, kişi cinsindən olan vətəndaşın, özü də 



hesabat vermək üçün, xüsusilə də kitabxanaya sərxoş gələ bilməyəcəyini nəzərə alsaq, 

feldşer İvan İvanoviçin hamıya məlum olduğu kimi, dilinə içki vurmamasını da gözardı 

eləsək, feldşerin bərk sərxoş olmağı barədə istənilən adamla rahat mərcə girmək olardı. 

 

Onun gözləri qırx faizli, zəhər-zəqqum rus araqlarının iki qırmızı surquclu qapağına 



oxşayırdı, feldşerin öz hərarəti isə otuz dərəcədən artıq olmazdı. Spirt qoxusu komaya elə 

yayılmışdı ki, iclas sədri kiriyib, bu ifadələri işlədərək, sözü İvan İvanoviçə verdi: 

 

- Beynəlxalq əməkçi qadın günü bayramı münasibətilə hesabat təqdim etməyi üçün sözü 



İvan İvanoviçə veririk. 

 

Alkoqolun coşdurduğu İvan İvanoviç, üç addıma səhnəyə çıxıb, başladı: 



 

- Beynəlxalq bayram barədə danışmazdan əvvəl, bir neçə kəlmə də zöhrəvi xəstəliklərdən 

danışaq! 

 

Bu çıxış əməlli-başlı uğur qazandı: ortalığa qəbiristanlıq sükutu çökdü, partlayan elektrik 



lampasının səsi eşidildi. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

97 


- Hə-ə... Mənim əziz beynəlxalq işçi qadınlarım, - feldşer dərindən nəfəs ala-ala davam 

elədi, - budu, mən qarşımda 80 dənə sifət görürəm... 

 

- Qırx, - sədr qarşısındakı vərəqə baxıb, təccüblə dedi. 



     

- Qırx? Lap pis... Daha doğrusu, daha yaxşı, - natiq davam elədi, - mənim sizə yazığım 

gəlir, mənim əziz qadınlarım və qızlarım...  Pardon!..  Qadınlarım...  Çünki bu bölgədə, 

statistikanın göstərdiyi kimi, əhali nə qədər az olursa, zöhrəvi xəstəliklər də az olur, ya da 

əksinə. Xüsusilə də sifilis məsələsində belə olur... Bu xəstəlik proletariatın dəhşətli, heç 

kimə aman verməyən qatilidir...  Siz, sifilisin nə olduğunu bilirsinizmi? 

     

- İvan İvanoviç! – sədr səsləndi. 



     

- Bir dəqiqə sus. Sözümü kəsmə. Sifilis,  -  natiq hıçqıra-hıçqıra davam elədi,  - damarını 

asanca tuta biləcəyiniz zarafatdı! Siz burda oturmusunuz və elə düşünürsünüz ki, siz 

bundan sığortalanmısınız?  (Bu yerdə feldşer kinayəli-kinayəli güldü...)  Hm!.. Ala bude! 

Budu, burda bir qız başına qırmızı yaylıq bağlayıb, oturub, sevinir ki, nə bilim səkkiz 

mart burdan gəldi, nə bilim nə ordan getdi, sonra da guya ərə gedəcək, gözəl günlərin 

birində əl-üzünü yuyanda, zart, burnu qopub, əlüzyuyana düşəcək. Ala! Burnunu yerində 

ifadəmə görə üzr istəyirəm, yekə bir deşik var! 

 

Bütün sıraları səs-küy bürüdü, işçi qadınlardan biri, rəngi ən avazımışı isə dürüb, çıxdı. 



     

- İvan İvanoviç! – sədr bir də səsləndi. 

     

- Günahkaram. Mənə tapşırıblar, mən də danışıram. Elə bilirsiniz ki, bakirəlik sizi xilas 



edəcək? Ho-ho-ho!.. Guya elə sizin aranızda çox bakirə var... 

     


- İvan İvanoviç!!. – sədr qışqırdı. 

 

Daha iki işçi qadın qalxaraq, dəhşətlə səhnəyə baxıb, zaldan çıxdılar. 



     

- Bir gün gələcəksiz bura, əilinizdə də deyək ki, bir qab qaynar su... Nə bilim, daha nə... 

Məlum məsələdi ki, istidi, - natiq köynəyinin yaxasını açaraq, davam elədi,  - indi, 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə