Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə32/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   28   29   30   31   32   33   34   35   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

91 


 

Gi de Mopassan 

 

Fahişə kişi 

 

Tez-tez belə sözlər eşidirik: "Bu kişi adamı lap özünə heyran edir, ancaq neyləyəsən ki, 



fahişədir, həm də əsl fahişə!‖ Məmləkətimizin bağrında qara yara olan fahişə kişilər 

barədə adətən belə deyirlər. 

 

Çünki Fransadakı bütün kişilər, içi biz qarışıq, fahişədir: onlar, eynilə qadınlar kimi, 



dönükdürlər, şiltaqdırlar, etibarsızdırlar, adətən  nə istədiklərini bilmirlər, öz düşüncə və 

niyyətlərindən tez-tez sapırlar, hərdəmxəyal və iradəsizdirlər. 

 

Əlbəttə, bütün bu fahişə kişilərin ən betəri parislilərdir: daim bulvarda veyillənən və 



intellektini hamının gözünə soxmağa çalışan belələrinin şux qəhbələrə xas işvələri və 

aşkar nöqsanları kişilik özəllikləriylə əsla bir araya sığmır. 

 

Bizim deputatlar palatası isə fahişə kişilərlə dolub-daşır. Cazibədar opportunistlərin 



(düşdüyü şərairə asanlıqla uyğunlaşan siyasətçilərin – A.Y.) orada təşkil etdiyi 

əksəriyyəti bizim "süsənlər‖ adlandırmamız əsla qəbahət sayılmaz. Öz niyyətlərini şirin 

dilləri və yalançı vədləri hesabina həyata keçirən bu cür tiplər adamın əlini elə sıxırlar ki, 

könlünüz bir anda bunların köləsinə çevrilir. Təzə tanışlarına dərin və xüsusi 

səmimiyyətlə "Əziz dostum‖ deməyi bacaran bu şəxslər heç ruhunuz da hiss etmədən 

rəğbətinizi qazanır, hər cür yeni ideyanı qəbul etməyə hər zaman hazır görünürlər. Öz 

mövqelərini yaranmış şəraitə görə dəyişməkdə flüger kimi mahir olan bu tiplər başqaları 

qədər özlərini də asanlıqla aldatmağa qadirdirlər. Bu gün dediklərini sabah dəbbələmək, 

vədindən caymaq onlar üçün adi haldır. 

 

Qəzetlərdə də fahişə kişilər çoxluq təşkil edirlər. Hətta deyərdim ki, orada onlar daha 



boldur, çünki redaksiyalarda onlara daha böyük tələbat duyulur. Əlbəttə, bəzi nəşrlər bu 

baxımdan istisna sayıla bilər, məsələn, "Deba‖ və "Qazet de Frans‖. 

 

O da gerçəkdir ki, istənilən yetkin jurnalistdə fahişələrə xas bəzi özəlliklər olmalıdır: axı, 



onlar oxucu kütləsinin zövqüylə ayaqlaşmağa məcburdurlar, toplumda dolaşan şayiələrin 

bütün məqamlarını ayrı-seçkilik qoymadan izləyə bilməkdən ötrü onlar xeyli əsnək 

davranmalıdırlar, hərtərəfli olmaqla yanaşı, dəqiq cavablardan yayınmalı, hər şeyə həm 

şübhə, həm də dərin etimadla yanaşmalı, həm acımasız, həm də fədakar olmalı, həm 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

92 


itoynadan, həm də cənab Prüdom kimi hər şeyə maraq duymalı, özünü hər zaman 

kinayəli və inanan biri kimi aparmalı, əslində isə heçcə nəyə inanmamalıdır. 

 

Xanım Abel əmindir ki, xaricilər - dediyində duran ingilislərlə gonbul almanlar – bizim 



tam əksimizdir, onlar indinin özündə də bizi nifrət qarışıq bir heyrətlə süzürlər və bu 

yüzilin sonuna qədər də buna davam edəcəklər. Onlar bizi yelbeyin millət sayırlar. 

Halbuki yanılırlar: biz – fahişəyik. Məhz elə buna görə də, bizi sevirlər, bu baxımdan pis 

cəhətlərimizə göz yumur, nöqsanlarımıza rəğmən, daim bizə can atır və özlərinə bu cür 

haqq qazandırırlar: "Sevənlər küsər də, barışar da!‖ 

 

Kübar aləmdə fahişə kişi ilə beşcə dəqiqəlik söhbət yetərlidir ki, öz cazibəsiylə 



müsahibinin könlündə özünə taxt qursun. Sanarsınız ki, onun təbəssümü yalnız və yalnız 

sizə ünvanlanıb, səsindəki zərif nəzakət dolu intonasiyaların da tək ünvanı sizsiniz. 

Ayrıldığınız vaxt onunla azı iyirmi ilin tanışı olduğunuza əsla şübhə bəsləməzsiniz. Hətta 

istəsə, ona bəlkə borc pul da verərsiniz. Çünki sizi eynilə bir qadın qədər özünə heyran 

qoyar. Hətta çox dürüst davranmasa belə, siz ona açıq nifrət bəsləyə bilməzsiniz, çünki 

hər görüşdə nəzakətiylə sizi ovsunlayar! Yoxsa o, üzrxahlıq edir? Siz buna imkan 

verməz, onu qabaqlayarsınız. Bəlkə o, yalan danışır? Buna heç vaxt inanmazsınız! Yoxsa 

o, sizi barmağına dolayıb və verdiyi vədlər ucdantutma yalan çıxır? Ancaq siz özünüzü 

sırf bu vədlərə görə ona borclu sayır və inanırsınız ki, sizə yarınmaq, bir qulluq eləmək 

üçün o, yerin altını üstünə çevirib! 

 

Bir şeyə heyranlığını bildirərkən o, öz duyğularını elə içdən ifadə edir ki, sözləri 



könlünüzün tellərini titrədir. Dünən o, Viktor Hüqoya valeh idi, bu gün isə onu sarsaq 

adlandırır. Emil Zolyadan ötrü əvvəllər duelə çıxmağa hazır görünən bu hərif indi onu 

Barbe d Orvilyinin ayağına verməkdən çəkinmir. Həm də özünün heyran olduğu şeyə 

qarşı heç bir etirazla hesablaşmır: hətta ağızucu etiraz bildirsəniz, ondan yağlı bir şapalaq 

yeyəcəyiniz şübhəsizdir. Əgər o, nəyə isə nifrət bəsləyirsə, gözünə heç nə görünmür və 

buna dair hər hansı etiraz-filan dinləyən deyil. 

 

Belə götürəndə, onun heç nədən başı çıxmır. 



 

İki gənc qızın söhbətinə qulaq verək: 

 

- Deməli, Culiya ilə aranız dəyib? 



 

- Hələ soruşursan da? Ona yağlı bir şillə çəkdim, axı. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə