Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə33/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   29   30   31   32   33   34   35   36   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

93 


- Sənə neyləmişdi ki? 

 

- Polinaya deyibmiş ki, guya mən ilin on üç ayı ac qalıram. Polina isə bunu Qontrana 



söyləyib. Təsəvvürünə gətirirsən də? 

 

- Siz onunla Klozel küçəsində birgə yaşamırdınız? 



 

- Onunla birgə düz dörd il Bred küçəsində yaşamışıq. Sonra isə bir cüt corab üstündə 

aramız dəydi. Yalandan deyirdi ki, guya mən Marten xalasının ona verdiyi ipək corabları 

geymişəm. Mən də onun dərsini verdim. Sonra həmin evi tərk elədi. Altı ay əvvəl onunla 

rastlaşanda yalvardı ki, yanıma köçməyinə razılıq verim, çünki tutduğu ev ehtiyac 

duyduğundan iki dəfə böyükmüş. 

 

Söhbətin ardını dinləmədən keçir, yolunuza davam edirsiniz. 



 

Sonrakı bazar günü Sen-Jermenə gedərkən sizin vaqona bir cüt cavan xanım daxil olur. 

Bunlardan birinin Culiyanın düşməni olduğunu elə ilk baxışdan anlayırsınız. Bəs o biri 

kimdir görəsən? O da Culiyanın özüdür. 

 

Və onların arasında gedən söhbət zamanı nəvaziş dolu pıçıltılar, gələcək planlar barədə 



sözlər dəyir qulağınıza: "Culiya, de görüm...‖, "Qulaq as, Culiya‖ və sair kimi. 

 

Fahişə kişilərə də bu cür dostluqlar xasdır. Üç ay sərasər o, öz yaxın və əziz-girami dostu 



Jakdan bir an da ayrılmır. Onun üçün bu dünyada yalnız Jak var. Ən iti ağıl da, dəqiq 

məntiq də təkcə ondadır. Bütün Parisdə tək parlaq şəxsiyyət varsa, o da Jakdır. Hər yerə 

birgə gedir, birgə süfrəyə otururlar, küçələrdə birlikdə dolaşırlar. Axşamlar bir-

birlərindən ayrıla, qopa bilmədikləri üçün azı on kərə ya bu onu qapısına qədər ötürür, ya 

da o, bunu. 

 

Aradan üç ay ötüncə Jakla onun barəsində danışmağa cəhd göstərək: 



 

- Necə də saxtakardır o! Necə əclaf, necə yaramazdır, ah! – deyəcək. – Arxayın olun, 

mən daha ona yaxşı bələdəm. Onda nə bir damla dürüstlük varmış, nə də tərbiyə... 

 

Və sair və ilaxır. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

94 


 

Bundan üç ay sonra görürsən ki, bu adamlar təkrar birlikdədirlər. Bir səhər öyrənirsən ki, 

duelə çıxan bu dostlar atışmaq əvəzinə, göz yaşları axıdaraq, qucaqlaşıb-öpüşüblər. 

 

Belə baxanda, bunlar dünyada ən səmimi dostlardır, bir-birini gah iftiraya layiq görürlər, 



gah sonsuz nəvazişə. Gah bir-birinin əlini elə sıxırlar ki, sümükləri şaqqıldayır, gah da 

yanlış anlaşılan bir söz ucbatından biri digərinin qarnını yırtmağa hazır görünür. 

 

Fahişə kişilər arasındakı bağlılıq, bax, bu cür dəngəsizdir, onların əhvalı və duyğuları ən 



gözlənilməz çıxış-enişlərə məhkumdur. Bir göz qırpımında ruh yüksəkliyi tənbəlliklə, 

sevgi nifrətlə, sitayiş biganəliklə əvəz olunur, axı, onların xasiyyəti də, gözəgəlimliliyi 

də, çılğınlığı da fahişələrinkini xatırladır. Onların başqalarına duyduğu bağlılıq da 

fahişələrinkindən zərrəcə fərqlənmir. 

 

Pozğun qadınlar öz itləriylə necə davranırlarsa, bu kişilər də dostlarına elə dəyər verirlər. 



 

Ləçərlər sevimli itlərini öpüb-oxşayır, onları şəkərlə yemləyir, yataqlarına alıb, öz 

yastıqlarının üstündə yatırdırlar. Əsəbləşəndə isə onları ya quyruqlarından tutmaqla

sapand kimi havada fırladır, ya pəncərədən çölə vızıldadırlar. Bir səbəb oldu-olmadı, onu 

ya soyuq suyla dolu vedrəyə soxurlar, ya da çox istədiklərindən az qala ağuşlarında 

boğurlar. 

 

Həqiqi fahişə ilə fahişə kişinin qarşılıqlı sevgisi isə bu sadalananlardan xeyli fərqlənir. 



Kişi qadını döyəndə qadın da onu cırmaqlayır. Bir-birini görən gözləri olmasa da, onlar 

ayrıla da bilmirlər, çünki aralarında anlaşılmaz və sirli könül bağları var. Qadın kişiyə 

başqalarıyla xəyanət edir, kişi bunu öyrənəndə əvvəlcə hönkürür, sonra isə onu 

bağışlayır. Oynaşlarından birinin qadına hədiyyə etdiyi çarpayıda onunla yatan kişi özünü 

əsla xoşqeyrət saymır. Kişi qadını həm sevir, həm də ona nifrət bəsləyir: bu zaman 

unudur ki, ona eyni dərəcədə nifrət bəsləməyə elə qadının da haqqı çatır. Hər biri digərini 

amansız işgəncələrə düçar etsə də, aralarındakı bağları qırmağa heç birinin cürəti yetmir, 

səhərdən ta axşama qədər bir-birini təhqir və tənbeh edən, inanılmaz suçlamaların 

hədəfinə çevirən belə adamlar özlərindən tamam çıxanda qapıldıqları qəzəb və 

çılğınlıqdan bədənlərinə əsməcə düşür və onlar bir-birinin ağuşuna atılırlar, kişinin 

ehtirasa təşnə dodaqları və qəlbi təkrar fahişənin quluna, köləsinə çevrilir. 

 

Fahişə kişi başqalarına nisbətən daha cəsur və daha ağciyərdir, onda şərəf hissi hədsiz 



inkişaf edib, lakin o, bizlərə xas, adi şərəf hissindən məhrumdur, odur ki, müəyyən 

durumlarda ondan gözlənilməz zəiflik və əclaflıq gözləmək mümkündür, buna görə o, hər 

hansı peşmanlıq duymaz, çünki yeni əyləncələr axtarışında olan ruhunun hər şıltaqlığına 

boyun əyər. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə