Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə31/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   27   28   29   30   31   32   33   34   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

88 


Onu maraqlandıran tək məsələ - Dalal ailəsinin nə vaxt geri dönəcəyi və ona təzə adyal 

gətirəcəyi idi. 

  

Damda qalandan elə bir iş-zad görmürdü. Sonradan bir az idman eləmək məqsədiylə 



şəhərin kənar məhəllələrini piyada dolaşmağa başladı. Bunun ardınca süpürgəsi əlində 

üzərinə mürəkkəb ləkəsi düşən sarisi əynində dükan-bazarı gəzməyə həvəs saldı, o arada 

xırda-xuruş əşyalara indiyədək topladığı pulu xərcləməyindən də qalmadı: bir gün bir 

paket düyü, sonrakı gün bir az badam, ondan sonrakı gün isə şəkər çuğundurundan 

çəkilmiş bir fincan şirə aldı. Bir gün Kollec-stritdəki köhnə kitab dükanlarına qədər 

piyada getdi. Sabahısı gün bir az da uzağa, Bou bazarında ağartı məhsulları satılan 

dükanlara qədər yol aldı. Ancaq elə orada, bir piştaxta önündə xurma seçəndə qəfildən 

sarisinin ətəyinin dartılıdığını sezdi. Yığdığı pulun qalan qismi və açarları onda 

oğurlanmışdı. 

  

Həmin axşam evə dönəndə bina sakinlərinin giriş qapısında onu gözlədiyini gördü. 



Onların nifrət dolu çığır-bağırları pilləkən qəfəsində əks-səda verirdi. Həm də hamısı 

eyni şeyi deyib, dururdu: ―Əlüzyuyan oğurlanıb‖. Əhənglə ağardılan divarda açılan iri bir 

dəlikdən sallanan borular, yerdə isə suvaq parçaları gözə dəyirdi. Süpürgəsini köksünə 

sıxan Buri Ma ağzına su alıb, susdu. 

  

Sakinlərdən biri Buri Manı göstərib: ―Bunun tək təqsirkarı, hər şeyin baisi baxın, odur!‖ 



– dedi. – ―Qapını qorumaq əvəzinə gedib, oğrularla əlbir olub‖. Bir başqası: ―Günlərdən 

bəri küçələrdə veyillənir, yad adamlarla söhbətləşir‖ – dedi. 

  

- Ona kömürümüzdən verdiyimiz, yatmağa yer ayırdığımız halda, görəsən o, bizə xəyanət 



etməyə necə qıyar?! Onların heç birisi üzünü Buri Maya tutub, danışmasa da, qadın 

ittihamlara cavab verməyə gərək duydu. 

  

- İnanın mənə, oğrularla əlbir-filan deyiləm. 



  

- İllərcə sənin yalanlarına qulaq asdıq, yenə də sənə inanmamızı umursan? 

  

İttihamların ard-arası kəsilmədi. Bu olayı Dalal ailəsinə necə xəbər verəcəkdilər? Ən 



nəhayət, bununla bağlı cənab Çattercinin fikrini öyrənmək gəldi ağıllarına. Mənzilinə 

getdikləri vaxt o, balkonda dayanıb, küçədəki tıxacı seyr eləyirdi. 

  

İkinci mərtəbədə yaşayan sakinlərdən biri başlarına gələn hal-qəziyyəni ona belə izah 



elədi: ―Buri Ma binamızın hüzuruna haram qatıb. Hamının evində qiymətli əşyaları var. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

89 


Təkcə dul qadın Mistra tək-tənha yaşayır və dünyada telefonundan başqa heç nəyi 

yoxdur. Siz bilən, neyləməliyik?‖ Cənab Çatterci danışılanlar barədə bir ara düşündü. 

Çiyninə atdığı şalı səliqəyə saldı, balkonunun ətrafındakı inşaat ayaqaltılarını süzdü. 

Buraya köçdüyü vaxt baxımsız görünən pancurlar artıq sarı rəngə boyanmışdı. Ən 

nəhayət, dilləndi: 

  

- Bu Buri Manın həmişə öz keçmişiylə bağlı hapa-gopa basdığı şeylər bizim gözümüzdə 



yeni bir şey sayılmaz. Yeni olan - binamızın indiki, gözoxşayan  görkəmidir. Bu cür 

binaya biz artıq həqiqi bir qapıçı axtarıb tapmalıyıq. 

  

Bina sakinləri əvvəlcə vedrələrini, səbətlərini, cırıq-mırıq paltarlarını və süpürgəsini 



pilləkənlərdən sürüdüb, qapıdan bayıra atdılar. Ardınca isə Buri Manın özünü. Çünki 

həqiqi qapıcı tapmaq üçün yamanca səbirsiz görünürdülər. 

  

Buri Ma əşyalarının içindən təkcə süpürgəsini özüylə götürdü. Üzüsulu binadan 



aralanarkən bir daha: 

  

- Mənə inanın, rica edirəm, mənə inanın, - dedi. 



  

Sarisinin ucunu yellətdiyi vaxt artıq oradan hər hansı cingilti səsi gəlmirdi. 

  

  

Tərcümə edəni: Azad Yaşar 



 

Azərbaycan dilində ilk dəfə 

 

Cumpa Lahiri – benqal əsilli ABŞ yazarı, Nilanyana Sudesnanın (Nilanjana Sudeshna) 



özünə seçdiyi ədəbi imzadır. 11 iyul 1967-ci ildə anadan olub. Hindistan vətəndaşı olan 

valideynləri ilə birlikdə sonralar ABŞ-a köçüb, Nyu-Yorkdakı Bernard-Kollecdə və 

Boston Universitetində təhsil alıb. 

  

Debüt kitabı - "Xəstəliklərin izahlı lüğəti" adlanan hekayələr toplusudur, bir neçə 



mükafata, o cümlədən Pulitser ödülünə layiq görülüb. 2003-cü ildə tamamladığı "Adaş" 

romanı "Nyu-York Tayms" qəzetinin bestsellerlər siyahısına düşüb, 2007-ci ildə rejissor 

Mira Nair tərəfindən ekranlaşdırılıb. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

90 


  

Onun 2008-ci ildə işıq üzü görən "Alışılmamış dünya" hekayələr toplusu da görünməmiş 

oxucu rəğbətiylə qarşılanıb. C.Lahirinin əsərləri bu günə kimi benqal, alman, fransız, 

ispan, portuqal, bolqar və rus dillərinə çevrilib. 

  

2005-ci ildən o, ABŞ Pen-Mərkəzinin vitse-prezidentidir. 2010-cu ilin fevralında ABŞ 



prezidenti yanında İncəsənət və Humanitar Elmlər Komitəsinə üzv seçilib. 

  

2013-cü ildə C.Lahiri öz həmyerlisi, məşhur nasir Salman Rüşdini geridə qoyaraq, Buker 



Man ödülünə əsas namizədlərdən biri olub. 

  

Bu hekayə yazarın Azərbaycan dilinə çevrilən ilk əsəridir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə