Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə40/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   36   37   38   39   40   41   42   43   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

115 


 

Bəlkə pulları kitabların arasında, samovar borusunda, Mamayın papağının pambıq 

içliyində, yataq otağının divarından asılmış, üzərində mavi cəngavər şəkli olan xalçanın 

arxasında, yarıaçılmış, hələ qarı tam əriməmiş çətirin içində, ya da masanın üstünə 

atılmış, üzərinə hansısa yoldaş Qoldbayevə ünvanlandığı yazılmış zərfin içində… 

 

Yox, təhlükəlidir...Nəhayət, gecə yarısına yaxın, qərara gəldilər ki, hər şeyi psixoloji 



hesablama üzərində qursunlar: onlar hər yeri axtarsalar da, qapının ağzını 

axtarmayacaqlar. 

 

Qapının ağzında isə yerindən laxlayan bir parket parçası vardı. Kitab kəsmək üçün balaca 



xəncərlə parket kvadratı qaldırdılar. Oğurluq (sus, oğurluqdu, vəssalam!) dörd min iki 

yüz rublu biskvit kağızına büküb (parketin altı nəm ola bilərdi) bu dördbucağın altına 

gömdülər. 

 

40 nömrəli gəmi gərili yay kimi idi. Hamı barmaq ucunda gəzir, pıçıltı ilə danışırdı. 



Pəncərələr özlərinin xəstəhal işığını küçələrin qaranlıq okeanına yayırdılar. İkinci, 

üçüncü, beşinci mərtəbələrdə pərdələr çəkilir, işıqlı pəncərələr qəfildən qaranlığa qərq 

olurdular. Yox, yandırma. Nəsə olsa, aşağıda iki nəfərimiz var, onlar işarə verər... 

 

Saat üçdü. Həyətdə sakitlikdi. Darvazanın üstündəki fənərin üzərinə saysız-hesabsız ağ 



milçəklər qonur, fırlana fırlana uçuşur, qanadlarını yandırıb, torpağa düşürdülər. 

Vətəndaş Malafeyev eynəyini burnunun ucuna keçirib, filosofluq eləyirdi: 

 

- Mən çoxbilmiş adamam, bu şərin içində yaşamaq mənə çətindi. Fikirləşdim ki, bəlkə öz 



doğma Ostaşkovuma gedim. Gedirəm, orda da beynəlxalq vəziyyət pis gündə. Hamı bir-

birinə qənim kəsilib. Mənsə belə bacarmıram, mən fağır adamam... 

 

Hazırda isə bu fağır adamın əlində içində altı ölümsaçan güllə olan tapança vardı. 



 

- Osip, bəs siz yapon müharibəsində necə öldürürdünüz? 

 

- Əşi, müharibə başqa şeydi! 



   

- Yaxşı, bəs süngüylə neynirdiz? 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

116 


 

- O da ki, qarpız kimi bir şeydi..Əvvəl, qabığını deşəndə ağır gedir, sonrası asan olur. 

 

Qarpız söhbəti gedəndə Mamayın kürəyinin arası ilə soyuq tər axdı. 



 

- Bəs, məni...Deyək ki, indi məni öldürmək lazımdı! 

 

- İndi görərsiz. Lazım olsa, elə siz də... 



 

Sakitçilikdi. Ağ milçəklər fənərin başına dolanırdılar. Qəfildən güllə səsi gəldi, uzun-

uzadı səslənib, kəsildi və ara yenə sakitləşdi. Şükür Tanrıya, artıq saat dörd idi, bundan 

sonra yəqin ki, gəlməzdilər. Növbə dəyişilir, indi hərə öz kayutuna, yatmağa... 

 

Mamayın yataq otağının divarındakı xalçanın üzərində mavi cəngavər mavi qılıncı ilə 



donub qalmışdı: cəngavərin gözləri qarşısında qurbanvermə mərasimi keçirilirdi. 

İribədənli, irisinəli, buddayabənzər Xanım Mamay ağ kətan buludların üstündə yuxuya 

getmişdi. Ona baxanda, bilmək olurdu ki, bu gün o, kainatın yaradılışını başa vurub və 

etiraf etib ki, dünyada hər şey, hətta dörd min iki yüzü ondan gizləməsinə baxmayaraq bu 

balaca adam belə – Xeyirdir. Qırmızı burunlu, yad, pinqvin qanadlarına oxşayan əlləri 

olan balaca adam isə zəncirlənmiş kimi çarpayının yanında dayanmışdı. 

 

- Hə, get, sən... get 



 

Mavi cəngavər gözlərini qıydı, məlum məsələ idi, indi balaca adam xaç çevirəcək, 

əllərini qabağa uzadıb, suya qərq olacaq - «bult!»… 

 

40 nömrəli daş gəmi gecə tufanından uğurla çıxıb, səhər limanına yan aldı. Sərnişinlər 



tələsə-tələsə portfellərini, səbətlərini ordan-burdan çıxarır və Osipin eynəyinin yanından 

ötərək, sahilə gedirdilər: gəmi ancaq axşama qədər limandadı, axşam isə, yenə də okeana 

çıxacaq. 

 

Yelisey Yeliseyiç beli bükülmüş halda, çiynində Ermitajın gözəgörünməz tirlərini daşıya-



daşıya Osipin yanından ötdü və artıq yuxarıdan ona səsləndi: 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

117 


- Bəlkə bu axşam axtarış oldu. Qoy, hamı bilsin. 

Amma  gecəyə qədər hələ bütöv bir gün var. Beləcə, qəribə, yad Petroqrad şəhərində 

sərnişinlər çaşqın-çaşqın dolaşırdılar. Bu şəhər hamının bir il var ki, üzüb gəldiyi və çox 

yəqin ki, daha heç vaxt qayıda bilməcəyi Peterburqa necə də həm oxşayır, həm də 

oxşamırdı. 

 

Bu şəhərin qara bürünmüş, gecədən bəri buz bağlamış daş dalğaları – dağları və dərələri 



vardı. Hansısa naməlum qəbilənin cır-cındırlı döyüşçüləri silahlarını iplə çiyinlərindən 

asıb dolaşırdılar. Yadelli bir ənənə – qonaq getdikləri evdə gecələyirdilər. Gecələr 

küçələrdə valterskottvari ovqat başlayırdı. Budu, Zaqorodnı tərəfdə qarın üstündə qan 

damcıları görünür... Yox, bura Peterburq deyil! 

 

Mamay çaşqın halda ona yad gələn Zaqorodnıda dolaşırdı. Pinqvin qanadları ona mane 



olurdu, başı, boşalmış samovarın lüləyi kimi aşağı sallanmışdı, sol ayaqqabısının 

yeyilmiş dabanında qarlı globus hystericus vardı, hər addımı da əzab verirdi. 

 

Birdən pəncərədən bir baş boylandı, Mamayın ayaqları iyirmi beş yaşlı adamın ayaqları 



sayaq, möhkəmləndi, pəncərədən uzanan laləyanaq isə Mamaya baxıb gülümsəyirdi... 

 

- Ey, nə ağzını ayırıb, durmusan, çıx yoldan! – qarşıdan gələn əlləri iri torbalı, 



qırmızısifət adamlar qışqırdı. 

 

Mamay kənara sıçradısa da, gözünü pəncərədən çəkmədi, adamlar ötəndən sonra yenə 



pəncərənin qabağına keçdi, oradan baxan laləyanaq yenə ona gülümsəyirdi… 

 

Pəncərədən gülümsəyənsə şirnikləndirici halda yayxanmış, Yekatirina zamanlarından 



qalan  "Santkt-Peterburqun gözəl yerlərinin yazılı təsviri " kitabı idi. Kitab qadınsayağı 

işvəkarlıqla özünə, qəşəngcə qatlanmış iki mərmər mavisi rəngində səhifənin arasına 

baxmağa icazə verirdi. 

 

Mamay  iyirmi beş yaşlı gənc sayağı aşiq olmuşdu. Hər gün Zaqorodnı tərəfə gedib, bu 



pəncərənin altında dayanır və gözləri ilə sevgi nəğmələri oxuyurdu. 

 

O, gecələr yatmır, özü-özünü aldadırdı ki, guyu gecələr döşəmənin altında vurnuxan 



siçana görə yata bilmir. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə