Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə45/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   41   42   43   44   45   46   47   48   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

127 


Bu ilk uğur mənə çox şey vermədi. Bir göz qırpımında mən nitq qabiliyyətimi itirdim və 

onun bərpası aylarca sonra mümkün oldu. Spirtli içkilərə olan nifrətim isə iki qat 

gücləndi. Bunlara rəğmən, o zaman qarşımda düppədüz bir yol açıldı. Bir kərə və 

həmişəlik. Hamburqda ilk təlimçimin öhdəsinə veriləndə anladım ki, təcili qaydada iki 

yoldan (heyvanat parkı və ya varyetedən) birini seçməliyəm. Bir an belə tərəddüdə 

qapılmadım. Öz-özümə dedim: «Varyeteyə düşmək üçün bütün səylərdən 

yararlanmalıyam. Bu – yeganə yoldur. Heyvanat parkı isə növbəti qəfəsdir. Oraya 

düşsən, özünü ölmüş bil». 

  

Və, cənablar, mən öyrənməyə başladım. Eh, lazım gələndə, könlü istəsə də, istəməsə də, 



hamı öyrənməyə məcbur olur. Mən özümə bir çıxış yolu axtarırdım, ona görə də 

öyrənmək üçün özümü oda-közə vururdum. Bircə an da rahat şəkildə heç nəyi yaxına 

buraxmırdım. Meymun xislətimdən necə uzaqlaşmışdımsa, ilk təlimçim məni görəndə az 

qaldı özü dönüb, meymun ola. Onu müalicəyə göndərdikləri üçün mənim təlimimə ara 

verildi. Şükürlər olsun ki, o, tezliklə geri döndü. Xeyli müəllimə ehtiyac duyduğumdan 

bir neçə pedaqoqla paralel çalışırdım. Elə ki öz gücümə inamım artdı, uğurlarım geniş 

ictimaiyyətdə maraq doğurdu və gələcəyimin parlaqlığı isbatlandı, o zaman mən özüm-

özümə müəllimlər tutmağı uyğun gördüm. Onları bir xətt üzrə yerləşən beş ayrı otaqda 

oturdub, fasiləsiz qaydada bir otaqdan digərinə keçməyə və bütün müəllimlərdən eyni 

vaxtda dərs almağa başladım. 

  

  

İlahi, necə uğurlar qazanmışdım onda! Oyanmaqda olan beynim hər tərəfdən gələn 



biliklərin nurunda  üzürdü sanki! Nə gizlədim – bəxt üzümə gülmüşdü. Onu da 

vurğulayım ki, öz uğurlarıma mən nə onda çox dəyər verirdim, nə də indi. Tarixdə 

indiyədək bənzəri görünməyən iradə gücüm sayəsində mən tezliklə orta avropalının 

səviyyəsinə yüksəldim. Bəlkə ayrıca götürüləndə bu fakt sizə çox da önəmli görünməyə 

bilər, ancaq mənim gözümdə o, çox şey ifadə edir: mən qəfəsdən qurtulmuş bir məxluq 

kimi mən insanlar sırasına qatılmaq üçün gərəkli çıxış yolunu tapmışdım. Belə bir gözəl 

ifadə var: «kolluqda gizlənmək». Mən də məhz belə davranmış və kolluqda 

gizlənmişdim. Azadlığa qovuşmam imkansız göründüyündən qarşımda başqa bir çıxış 

yolu yox idi. 

  

Keçdiyim yola və seçdiyim hədəfə dönüb baxarkən mən indi nə peşmanlıq, nə də sevinc 



hissi duyuram. Budur, əllərimi şalvarımın cibinə qoyub, yellənən kresloda oturmuşam. 

Pəncərədən bayıra baxıram. Qarşımdakı masada bir şüşə şərab var. Qapımı döyəcək 

qonaqları layiqincə qarşılamağa hazıram. Dəhlizdə impressariom əyləşib. Ona bir şey 

buyurmaq istəyəndə, zəngi çalıram. O, ayağıma gəlib, buyruğumu dinləyir. Az qala hər 

axşam səhnələrə çıxıram. Tamaşalarda o dərəcədə böyük uğurlara imza atmışam ki, 

onları bir az da artırmam imkansız görünür. Akademiyada verilən rəsmi qəbullardan və 

əyləncəli tədbirlərdən, banketlərdən  sonra gecəyarı evə dönəndə məni evdə təlim görmüş 

balaca meymunum – şimpanzem gözləyir. Onunla sırf meymun xislətiylə oynayır, 

məzələnirəm. Gündüzlər isə onu görmək istəmirəm, yoxsa onun baxışlarında 

əhliləşdirilmiş, normal həyatından qoparılan bütün heyvanlara xas o dəliliyi sezərəm. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

128 


Əlbəttə, məndən başqa heç kəs bunu hiss eləmir. Ancaq mənim də artıq buna zərrəcə 

dözümüm qalmayıb. 

  

Ümumilikdə götürəndə, mən can atdığım məqsədlərə artıq çatmışam. Bu oyuna girməmin 



mənasızlığını iddia eləməm isə çətin məsələdir. Bəri başdan deyirəm ki, insanların 

mövqeyi məni əsla maraqlandırmır. Yeganə hədəfim – geniş bilgilər qazanmaqdır. 

Burada sizə yalnız faktları sadaladım. Vəssalam-şüdtamam. 

  

Hörmətli cənab akademiklər, mən bu hesabatda sadəcə real faktlara söykənmişəm.   



  

  

Dilimizə çevirdi – Azad Yaşar 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

129 


 

İrina Anastasiadi 

 

Günorta 

 

Bu da - Tinos şəhəri. Ayaqlarımın altında nəhəng ağ qağayı kimi uzanıb. Quş uçuşu 



hündürlüyündən ona tamaşa edirəm. İstidir. May ilk günləri üçün həddən artıq istidir. Əsl 

dənizə baş vurmaq zamanıdır. Onun incə, gümüşü səthinə baxdıqca qəlbim vəcdə gəlir. 

 

  

Yol kənarında park elədiyim skuterim günəş altında bərk qızmışdı. Yerdən ağır, boğucu 



iy gəlir. Doqquzdon xoş ətir qoxuyur. Mühərrikə birinci sürəti verib onu işə salıram. 

Döngədə qeyri-adi cütlük görünür. 

  

Kiçik, büzüşmüş bir qadın ağsaçlı iri bir kişinin əlindən uşaq kimi tutub. Sanki onu 



hansısa müəmmalı təhlükədən qoruyur. Sürəti azaldıb onlara diqqətlə baxıram. 

  

Kor Kişi qolları qatlanmış boz işçi köynəyində, qadınsa köhnə dəbli güllü paltarda idi. 



Kişinin ağarmış qıvrım saçlarında tünd-qırmızı rəngli toxunma papaq, qadınınkında isə 

göy yaylıq vardı. 

  

Qadın qayğı ilə sağ əllə kişinin dirsəyinin altından tutub. Sol əlində isə ağappaq bir 



göyərçin var. Onlar günün altında ahəstə, rəvan addımlarla gedirlər. 

  

Yerdən ağır, boğucu iy gəlir. Yovşanlar acı qoxuyur. Yabanı bənövşələr ətir saçır. 



Onların qatı, bihuşedici ətirləri ciyərlərə dolaraq orada məskunlaşır. Ahıl cütlüyə 

yaxınlaşıb skuteri saxlayıram. 

  

- Günaydın, - mehribanlıqla onlara müraciət edirəm. 



  

- Günaydın, – qadın həvəssiz cavab verir. 

  

- Şəhərə? 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə