Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə24/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   20   21   22   23   24   25   26   27   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

68 


 

Mənim bələdçim səmaya oxlanaraq atladı, parlayan səmaya düşdü və uçdu. 

 

Və budur o – mənim taleyimin dalğası göylərə ucaldı, qəlbimi ardınca çəkdi-apardı və 



səssizcə yerə çırpıldı. 

 

Və mən də artıq düşürdüm, harasa yıxılırdım, sürünürdüm, uçurdum; soyuq hava axınının 



ağuşunda olan mən səadət və əzabdan titrəyərək aşağı – sonsuzluqdan anamın sinəsinə 

atılırdım. 

 

 

Tərcümə edəni: Fəridə Paşa 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

69 


 

Anton Çexov 

 

Dramaturq 

 

 



Həkimin kabinetinə girən kişinin baxışları ölgündür, bənizinin solğunluğuna görə isə onu 

kataral xəstəsi saymaq olar. Burnunun iriliyi və üzündəki ifadənin hədsiz melanxolikliyi 

nəzərə alınarsa, onun spirtli içkilərə və fəlsəfəyə düşkün, xroniki soyuqdəymədən əziyyət 

çəkən biri olduğu söylənə bilər. 

 

Keçib kresloda əyləşəndən sonra o, təngnəfəslikdən, ıçqırıqdan, mədə yanğısından, 



melanxoliyadan və ağzının acı  dadmasından şikayətlənir. 

 

Həkimin: 



 

- Nə işlə məşğulsunuz? – sualına bu adam fəxrlə: 

 

- Mən – dramaturqam! – deyir. 



 

Həmin an həkimin qəlbində bu pasiyentə hörmət-izzət hissi oyanır və o, ehtiramla 

gülümsünür. Sonra mızıldanaraq deyir: 

 

- Bu, çox nadir peşələrdəndir... Belə iş adamdan böyük əqli qüvvə və əsəb gərginliyi 



tələb edir! 

 

- Mə-ən-cə də-ə... 



 

- Yazarlar – nadir insanlardır... və həyat tərzləri adi adamlarınkına əsla bənzəməz... Elə 

buna görə də sizdən öz yaşam tərziniz, sevimli məşğuliyyətləriniz, vərdişləriniz, 

yaşadığınız ortam barədə mənə bəhs etmənizi istərdim... Sözün qısası, bu fəaliyyət sizə 

nələr bahasına başa gəlir? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

70 


 

Dramaturq onunla razılaşır: 

 

- İzninizlə... Əfəndim, mən haradasa saat on iki üçün  yuxudan oyanıram... bəzən daha 



erkən... Yataqdan qalxan kimi bir papiros çəkir, iki qədəh araq gillədirəm... bəzən üç 

qədəh... Bəzi günlərdə isə dörd. Hə, qədəhlərin sayı əvvəlki gün içdiyimdən birbaşa asılı 

olur... Belə-ə-ə... Əgər heç içməsəm, onda gözlərim önündə hər şey ləngər vurur

başımda guppultu və küy yaranır. 

 

- Belə görürəm ki, siz çox içirsiniz? 



 

- Yo-ox, canım, bunun nəyi çoxdur ki?! Acqarına içdiklərim, mənim qənaətimə görə, sırf 

əsəblərimi yatırtmaqdan ötrüdür... Sonra paltarlarımı geyinib, "Livorno‖ya, ya da 

Savrasenkovun yeməkxanasına gedirəm ki, bir az qəhvəaltı edim... İştaham, ümumiyyətlə 

götürəndə, çox pisdir... Qəhvəaltı süfrəsində çox az şey yeyirəm: ya bir kotlet olar, ya da 

xardallı ağbalığın yarım payı... İştaham açılsın deyə, yenə üç-dörd qədəh gillədirəm... 

Qəhvəaltını bitirəndən sonra... maddi imkanımdan asılı olaraq, pivə və ya şərab içirəm... 

 

- Bəs sonra? 



 

- Sonra hər hansı porter (tünd rəngli, kəskin pivə növü – A.Y.) pivəxanasına üz tutur, 

oradan isə təkrar "Livorno‖ya gedirəm ki, bilyard oynayım... Saat altıya qədər orada vaxt 

keçirib, şam yeməyinə yollanıram... Şam yeməyim lap bərbaddır... İnanmazsınız, bəzən 

altı-yeddi qədəh araq içsəm də, iştaham açılmır ki, açılmır! Ətrafımdakılara lap 

paxıllığım tutur: hamı şorba içir, mənim isə şorbanı görən gözüm yoxdur. Buna görə də 

yemək əvəzinə pivə içməli oluram... Şam yeməyini bitirib, teatra gedirəm... 

 

- Hm... Hər halda teatr sizə həyəcan verir? 



 

- Həm-m də-ə ne-e-cə! Həm həyəcanlanır, həm əsəbləşirəm. Digər tərəfdən isə dost-aşna 

yapışır yaxamdan ki, bəs gedək içək, gedək içək! Biriylə araq, o biriylə qırmızı şərab, 

digəriylə pivə içirsən... Bir də görürsən ki, üçüncü pərdəyə doğru artıq ayaqların yer 

tutmur... Hamısının da baisi lənətə gəlmiş əsəblərimdir... Teatrdan sonra ya Salona, ya da 

Rrrodonun maskaradına gedirəm... Salonu və ya maskaradı isə, yəqin bilmiş olarsınız, 

hələm-hələm tərk etmək olmur... Əgər səhəri evdə, öz yatağımda açıramsa, ona da şükür 

eləmək düşür... Çünki çox vaxt həftələrlə evdə gecələmirəm... 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə