“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
489
növbədə dayanmışam, sinyoru görəndə də elə bilmişəm ki, gəlmədir, bilsəydim ki, bizim
Napolidəndir, özü də simicin birisidir, yaxın da buraxmazdım!
-Qulaq asın, - deyə barmağımla saatımı göstərərək, söyləyirəm, ya məni aparırsınız, ya da
mən çıxıb gedirəm. Mən burada dayanıb gözləməklə qayıqlara gecikirəm.
-İndi gördünüz ki, tələsə-tələsə gedirsiniz? - deyə sürücüm qalibanə bir tərzdə bildirir.
-Yaxşı, - deyə, müfəttiş söhbətə qarışır, -bu dəfəlik xoş ğetdiniz. Ancaq yadınızda qalsın,
gələn dəfə ilişsəz, mənə onu da ödəyəcəksiniz, bunu da. Əgər kimsə əylənməyə gedirsə,
gərək tələsməsin, yoxsa daha bunun nəyi əylənmək oldu?
Axırı belə oldu ki, taksi gülüşən, razı bir izdihamın ortasından yola düşdü.
- Doktor, Allaha min şükür ki, hər şey belə yaxşı qurtardı, - deyə, gəlib mənzilə yetişəndə
sürücüm söyləyir. - Ancaq, and olsun o əziz surətə, - polis sizi cərimə ödəməyə məcbur
etsəydi bu mənə çox pis təsir edərdi, çox!
- Nə qədər? - deyə maşından düşərkən qısaca soruşuram.
- Baxın, görün də, - deyə o, qısaca cavab verir.
İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
490
Luçano de Kreşentso
Zorro
- Karamanna Antonio qulluğunuzdadır. Xüsusi dəvətnamələr qalmayıb, prezident çıxıb,
nə vaxt qayıdacağı məlum deyil...
- Təşəkkür edirəm, - deyə cavab verirəm, -ancaq mən dəvətnamədən ötrü gəlməmişəm.
Mən Napoli azarkeşləri barəsində məlumat toplamaqdan ötrü buradayam və bununla
əlaqədar sizin böyük təcrübəyə malik olduğunuzu bildiyimdən, xahiş etmək istərdim,
ixtiyarınızda yarımca saat vaxt tapılardısa, mənə bir qədər "Napoli" barəsində
danışardınız .
- Siz necə dediniz, "böyük təcrübə"? Əziz sinyor, bəndəniz Napoli futboluna xidmət
göstərmək şərəfinə hələ Arenaçça dövründən nail olub: Sentimenti, Pretto və Barra,
Milano, fabbro və Qramalya, Buzani, Kappellini, Barrera, Kuario və Rozellini. Bir qədər
keçmiş, müharibə qurtarandan sonra Vomeroya, indiki Kollana adlanan Liberazione
stadionuna və nəhayət, gördüyünüz kimi San Paoloya köçmüşük, mən də burada
biletsizlərə, cinayətkar və xuliqan elementlərə qarşı mübarizə dəstəsinin rəisi vəzifəsində
çalışıram.
- Burada biletsizlər çoxdur?
- Çox mühüm oyunlarda təxminən on bir min nəfər müəyyən edirik ki, içəri pul
ödəmədən keçir. Sözsüz ki, mən bu rəqəmlərə istər əsl biletsizləri, yəni içəri qeyri-qanuni
girməyin yolunu tapmış şəxsləri, istərsə də vəsiqə və dəvətnamə sahiblərini daxil edirəm.
Hər halda, əğər bu sizinçün maraqlıdırsa, hesab edin ki, hər oyunda dəvətnamə və
müxtəlif vəsiqələri olan dörd min tamaşaçı, üç min saxta bilet sahibi və həmçinin dörd
min nəfər müxtəlif yerlərdən içəri soxulanlar var. Bəndəniz Karamanna Antonio da
kiçicik, ancaq cəsur bir dəstəsinin başında, hər bazar günü bu on bir minlik orduya qarşı
amansız döyüşlər aparır...
-Bəs, niyə bu qədər dəvətnamə paylayırsınız?
-Çünki Napolidə dəvətnamə nəsə bir hörmət işarəsi, sanki ali irqə mənsubluq
göstəricisidir. Kaş ki, siz bircə dəfə də olsa girişdə dayanıb bu dəvətnamə sahibinin
həmin o sənədi necə vacib görkəmlə nəzarətçiyə təqdim etdiyini görəydiniz. Napolidən
olan birisi sizə deyəndə ki: "Mən oyunlara baxmaq üçün bircə dəfə də olsun əlimi cibimə
salmamışam" - elə bilin o, eynilə sizə and içir ki: "Mənim əcdadlarım Səlib yürüşlərində
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
491
can qoyub". Nə isə, başqa sözlə, əgər Napolidə birisi biletə pul verməyə məcbur olursa,
onda o, ya heç kimlə tanışlığı olmayan uğursuzun birisidir, ya da onu it yerinə qoyan da
yoxdur.
-Bəs, o əsl biletsizlər?
-Bildim, - onları iki kateqoriyaya ayırırıq: biletsiz var ki, güc işlətməklə içəri soxulur,
biletsiz də var ki, bicliklə. Birincilər sözsüz ki, bizə o qədər də baş ağrısı vermirlər: polisi
yaxşı yerləşdirmək, girişlərə ikiqat maneələr qoymaq, bölmələrin hasarlarına nəzarət
etmək kifayətdir. O bicliklə basqın eləyənlər isə, - bax, ən təhlükəlisi onlardır; onlar yüz
ölçüb dir biçəndilər. Qarşıdakı bazar günü oyuna gəlsəniz, sizi onlardan biri ilə tanış
edərəm, o, təkbaşına bunların yüzünə "dəyər", - adı da Zorro.
- Zorro?
- Bəli sinyor, bu dələduza ona görə Zorro deyirlər ki, hər dəfə bir qara qəpik də vermədən
içəri soxulmağı bacarır; hələ oyun qurtarandan sonra yanıma da gəlir, sağ əli ilə sol
bazusundan yapışıb, yumruğunu qaldıraraq, ibarə ilə ədəbli ifadələr işlədə-işlədə, mənə
Zorronun işarəsini göstərir.
- Bəs, necə eləyir ki, içəri girə bilir? - deyə gülməkdən uğunub gedərək soruşuram.
- Hər dəfə müxtəlif üsullarla, doktor. Məncə, Zorro bütün həftə yalnız bircə şeyi düşünür,
- necə etsin ki, bazar günü içəri biletsiz girə bilsin. Deyir ki, əgər Papillon aradan
çıxmağın ustasıdırsa, o da içəri soxulmağın sənətkarıdır.
- Bir epizod danışaydınız.
- Zorro elə nəsillikcə artisdir. Onun atası dramatik görüşlərdən birindəki hadisə zamanı
son dərəcə gurultulu şəkildə Napoli camaatı arasında ad çıxarmışdı. Təsəvvür edin:
Liberazione stadionu, "Napoli" "Bolonya" ilə oynayır, hesab üç-üçdür. Azarkeşlər
meydançaya tökülüşür və masa arxasında belə qərara alınır ki, sıfır iki hesabı ilə
cəzalandırılaq. İş ondadır ki, əvvəlcə "Napoli" oyunu aparırdı, əgər onun uduzması üçün
açıq-aşkar tapşırıq almış milanolu hakim olmasaydı. Gərək obyektiv olduğuma
inanasınız, - bütün italyan hakimləri həmişə "Napoli"ni vurublar, o da bu səbəbdən heç
vaxt skudetto qazanmayıb, ümid edirik bəlkə gələn il...
İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov
Dostları ilə paylaş: |