“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
74
Mən təəccüblə əllərimi yuxarı qaldırdım:
- Onezim, əgər sənin ciddi adam olduğunu bilməsəydim...
- Mən səninlə ciddi danışıram. Maşın işləyir! Özü də istəsən baxa bilərsən... Əlyazmalar
ordadır...
O səliqə ilə yazı maşınında yazılmış bir yığın kağız göstərdi. Mən irəli cumub kağızları
vərəqlədim. Onezim yalan demirmiş. Burada ondan çox şah əsər vardı! Balzakın
görünməmiş bir əsəri, Jirodunun xırda bir yazısı, Moris Drüonun iri bir tarixi romanı,
Viktor Hüqonun yarım düjün poeması, hamısı gözəldir...
Onezim barmağını kağızların üstünə qoydu:
- Bir saat iyirmi dəqiqə Drüona sərf edilib, gözəl əsərdir.
Otuz yeddi dəqiqə isə Jiroduya... Elə bunların gəliri mənə bəsdir.
Mən həyəcandan çaşıb qalmışdım.
- İndi sən nə edəcəksən, Onezim? Bu əlyazmalarmın müəllifi olacaqsan, eləmi? Axı
onlar sənindirlər. Onlar nə Viktor Hüqonun, nə də Jirodunun əsərləridir... Sən məşhur
adam olacaqsan, bütün ədəbiyyat mükafatlarını alacaqsan. Nə ədəbiyyatçılar, nə də
tənqidçilər bir şey anlayar. Yaxşı, bəs bu maşın necə işləyir? Elektronikadır- çox yaxşı,
amma hər halda... O tamam ciddi bir görkəm aldı.
- Çox mürəkkəb işdir. İnanmıram ki, səni başa sala biləm. Riyaziyyatı yaxşı bilmirseən.
Sənə ancaq onu deyə bilərəm ki, maşın işləyir.
- İndi isə həm sənin, həm də mənim nailiyyətlərimiz şərəfinə içəcəyik. Bir az viski ilə
aran necədir?
O öz mətbəxinə tərəf getdi. Soyuducunun içindən nə isə götürdü. Mən lap mat
qalmışdım. O sualıma cavab vermədi. Görəsən bu şah əsərləri neyləyəcəkdi?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
75
Nəşriyyatlara və müsabiqələrə göndərəcək. Amma nə hay-küy düşəcək!
Ay səni Onezim,
axı o litseydə yazı işindən həmişə aşağı qiymət alırdı... Riyaziyyat və fizika üzrə isə,
şübhəsiz, hamıdan yüksək idi. İndi bütün ədəbiyyatçıları geridə qoyacaq! Ədəbiyyatın
gözü olacaq. Onun işi öz sehrli qutusuna tərəf əyilib sadalamaqdır: Anatol Frans,
Heminquey... Şah əsərləri yazan bu maşın otuz beş dəqiqə qırx yeddi saniyə ərzində tayı-
bərabəri olmayan bir roman, misli görünməmiş bir dastan yazacaq... Vay səni Onezim!
O, doğrudan da bir şey icad eləmişdi, amma nə idi bu icad olunan?
Fikirləşdim ki, səfərimi təxirə salım. İstəyirdim əzizim Onezimin müvəffəqiyyətinin
şahidi olum. Amma qala bilməzdim. Bütün hazırlıq görülmüşdü...
O mənə bir qədəh verdi:
- Şimal qütbündə qazanacağın müvəffəqiyyətin şərəfinə!
- Sənin alacağın Nobel mükafatının şərəfinə, Onezim!
Mən gəmi ilə yola düşdüm. Sağ-salamat gedib mənzilə çatdım. Elmi işə başım elə
qarışmışdı ki, Onezimin əfsanəvi ixtirası az qala tamam yadımdan çıxmışdı. Radioya
qulaq asmağa vaxtım yox idi, həm də ki, radio heç Onezim haqda danışmır. Qəzetləri isə
gec alırdım.
Səfərim sona yaxınlaşanda mətbuatda Onezim haqda hay-küy qalxdı. Onun şəklini və
tərcümeyi-halını dərc etdilər. Bir axşam kayutumda oturub yenicə aldığım qəzetləri
vərəqləyirdim. Qəfildən beş sütunluq bir məqalənin başlığını görüb diksindim:
«Onezimin qeyri-adi ixtirası».
Mən başımı silkələdim. Deməli, o öz ixtirasını bəyan edib. İndi bütün dünya biləcək ki, o
silsilə ilə şah əsərlər yaratmağa qadirdir... Yəqin özü bir nəşriyyat açacaq... Hər halda bu
böyük qələbədir, Onezimin qələbəsidir.
Bəli, bu, Onezimin qələbəsi idi.
Lakin məqalədə söhbət ədəbiyyatdan getmirdi. Onezim qeyri-adi elektron tava ixtira
edibmiş. Görünür gözəl maşındır, onda həm toyuq, həm bifşteks, həm də quzu ətindən
kotlet qızartmaq olur. Onezimin məşhur tavası bütün dünyanı dolanırdı! Bu gün bizim
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
76
hamımız belə bir reklamı əzbər bilirik: «Əti daş dövründəki kimi qızartdığınız
kifayətdir,
Onezim tavasından istifadə edin!»
Bəs ədəbiyyat? Onezimin yazıçı-maşını xarab çıxdı yəni?
Parisə qayıdan kimi Onezimin yanına tələsdim. O dəyişməmişdi. Həmişəki kimi irəli
əyilmiş iri gövdə, həmişəki qara gözlər, həmişəki mehriban təbəssüm. Lakin onun
təbəssümündə azacıq gözə çarpan bir dalğınlıq duyurdum.
- Necəsən, Onezim?
- Yaxşıyam, lap yaxşıyam. Səhhətim əladır. Puldan da korluq çəkmirəm.
O, mənzilini rənglətmişdi, təzə mebel almışdı, təzə kostyum geymişdi...
- Bunlar tavanın qazanclarıdır?
- Bəli, - deyə o, təvazökar səslə cavab verdi. - Tava yaxşı satılır. Çoxlu müqavilə
bağlamışam. Mən milyonerəm. Özün necəsən? Şimal
qütbündə nə var, nə yox?
- Çox maraqlı yerdir, - dedim. - Pinqvinlər haqda bir kitab çap etdirmək istəyirəm...
- Hə! - deyə o fikirli-fikirli dilləndi. - Naşir tapmısanmı?
- Hələ yox. Kitab hazır deyil. Yaxşı, Onezim, de görək o maşın necə oldu?
- Maşın?
- Hə, sənin məşhur maşının, şah əsərlər yazan...O xarab oldu? İşlədəsi olmadın?
- Hə! Əlbəttə işlətdim, - dedi. - Maşın çox işlədi.