Çap üçün deyil



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/60
tarix26.01.2018
ölçüsü0,84 Mb.
#22573
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

Fäaliyyät
Fäaliyyät
51
50
18. 
XARİCİ AMİLLƏRİN RELYEFƏ TƏSİRİ 
Mağaralar qədim insanların sığına-
caq yeri olmuşdur. İlk yaşayış məs-
kənlərindən biri olan Azıx mağara-
sında insanlar 700 min il əvvəl yaşa-
mışlar. 
Süxurların su keçirmə qabiliyyətinin müəyyən edilməsi.
Təchizat: qum, gil, gips, 3 ədəd şəffaf qıf, 3 stəkan, tənzif və ya süzgəc 
kağızı, su dolu qab.
İşin gedişi: 1. Qıfların içinə süzgəc kağızı və ya tənzif sərin. 2. Qum, 
gil və gipsi ayrı-ayrı qıflara yığın. 3. Qıfları  stəkanlara qoyun və su 
əlavə edin. 4. Suyun süxurlardan süzülməsini müşahidə edin.
Müzakirə edək: 1. Su hansı süxurlardan daha 
sürətlə, hansılardan isə zəif süzülür? 2. Suyun 
süxurlara təsiri nəticəsində relyefdə hansı də-
yişikliklər baş verə bilər? 3. Sizcə, daha hansı 
amillər relyefin yaranmasında iştirak edə bilər?
Endogen qüvvələrin təsiri ilə yaranmış relyef formaları yarandığı vaxtdan xa-
rici qüvvələrin – küləyin, temperaturun, səth və yeraltı suların, buzlaqların, okean 
dalğalarının  və  s.  təsirinə  məruz  qalır.  Onların  fəaliyyəti  ekzogen  proseslər 
adlanır. Ekzogen proseslərin təsiri nəticəsində süxurlar aşınır, yəni parçalanır. 
Aşınmanın 3 növü var: fiziki, kimyəvi  üzvi. Havanın temperaturunun gün 
ərzində dəyişməsi ilə süxurlar istidən genişlənir, soyuqdan isə sıxılır. Nəticədə sü-
xurlar parçalanır – fiziki aşınma baş verir. Bu proseslər səhralarda daha sürətli 
olur. Canlı orqanizmlərin təsiri ilə də süxurlar parçalanır. Bu proses üzvi aşınma 
adlanır. Süxurların suda həll olub tərkibini dəyişərək dağılması kimyəvi aşın-
madır. Kimyəvi aşınma rütubətli ərazilərdə daha intensiv baş verir. 
Suyun, küləyin və buzun təsiri ilə süxurlar parçalanır və  dağılır. Bu proses ero-
ziya adlanır. 
Eroziyanın təsiri ilə Yer səthində müxtəlif relyef formaları yaranır. Yeraltı sular 
suda həll olunan süxurları yuyaraq boşluqlar – mağaralar yaradır. Ən böyük ma-
ğara Amerikada olan Flint-Mamont mağarasıdır. Onun uzunluğu 361 km-ə çatır. 
Meyilli ərazilərdə qum və gil süxur layları arasında toplanan yeraltı sular sü-
rüşmələrin baş verməsinə səbəb olur. Azərbaycanda sürüşmələr Böyük Qafqaz 
ərazisində daha çox baş verir.
Buzlaqların təsiri ilə buzlaq relyef formaları – troq dərələri, karlar, sirklər, 
moren təpələr və s. formalaşır. Buzlaqların dağıdıcı fəaliyyəti 
 ad-
lanır.  Ekzogen  proseslərin  fəaliyyəti  ilə  yaranan  relyef  formalarına  morfo-
skulptur deyilir. 
ekzarasiya
Temperaturun kəskin dəyişməsindən süxurlarda __ baş ve-
rir.  Suyun təsiri ilə süxurların tərkibinin dəyişməsi __ adla-
nır. Canlı orqanizmlərin süxurlara təsiri __ səbəb olur. Sü-
xurların xarici təsirlərlə dağıdılması, yuyulması __ adlanır. 
__ buzlaqların dağıdıcı fəaliyyətidir. Xarici proseslərin 
yaratdığı relyef formalarına __ deyilir. 
Uyğunluğu müəyyən edin.
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Üzvi aşınma
Ekzarasiya
Morfoskulptur
Eroziya
Fiziki aşınma
Kimyəvi  aşınma
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Qum
Gil
Gips
Suyun təsiri
Küləyin təsiri
Buzun təsiri
Dyun
Mağara
Moren təpə
Barxan
Sürüşmə
Sirk
Şəkildəki 
hansı xarici amillərin təsiri nəticəsində yaranıb? 
relyef formaları 
Öyrändìklärìnìzì tätbìq edìn
· Sizcə, mağaralar necə yaranır?
Külək eroziyasının yaratdığı 
relyef formaları: 
) Dyun   ) Barxan
a
b
Moren təpə
Sürüşmə 
a
b
3


Çap üçün deyil


53
52
19. 
DAĞLARIN YARANMASI
· Dağlar bir-birindən 
hansı əlamətlərinə 
görə fərqlənir?  
1. Ən yüksək dağ silsiləsi
2. Dağların ən yüksək zirvəsinin adı 
    və hündürlüyü
Avrasiya Afrika Şimali 
Amerika
Cənubi 
Amerika
Avstraliya
Müzakirə edək: Dağların xarici görünüşünə və yüksəkliyinə ğörə bir-birindən 
fərqlənməsini necə izah etmək olar?
Yer səthinin əsas relyef formala-
rından biri olan dağlar qurunun 40%-
dən  çox  hissəsini  əhatə  edir.  Dağlar 
bir-birindən yaranmasına, yəni mən-
şəyinə və yaşına görə fərqlənir. Mən-
şəyinə görə dağlar tektonik və vulka-
nik olur.  
Tektonik dağlar qırışıq, faylı  
qırışıq-faylı qruplara  bölünür ( ). 
Qırışıq  dağlar  seysmik  zonalar-
da,  süxur  laylarının  sıxılması  nəti-
cəsində  yaranır.  Dünyanın  ən  uzun 
qırışıq dağ sistemi Şimali və Cənubi 
Amerikanın  qərbində  yerləşən  Kor-
dilyer-And  dağlarıdır.  Alp-Himalay 
dağ sistemində yerləşən – Alp, Qaf-
qaz, Kopetdağ, Pamir, Hindiquş, Hi-
malay və Afrikadakı Atlas dağları da 
qırışıq dağlardır. 
Qırışıq-faylı dağlar Yer kürəsin-
də  seysmik  fəallığını  tamamilə  itir-
a
Fäaliyyät
Fäaliyyät
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Qırışıq-faylı
Faylı 
Tektonik dağlar
Qırışıq
Vulkanik dağlar
Mətndən və dünyanın fiziki xəritəsindən istifadə edərək cədvəli tamamlayın.
Dağlar mənşəyinə görə __ və __ qruplara bölünür. __ dağlar 
yer qabığı süxurlarının qırışmasından yaranır.  Seysmik fəal-
lığını itirmiş zonalarda __ dağlar formalaşır.  Yenidən tek-
tonik proseslərə məruz qalan ərazilərdə __ dağlar  yaranır. 
Öyrändìklärìnìzì tätbìq edìn
Dağın adı Mənşəyi (tektonik, vulkanik)
Yaşı (cavan, qədim)
Materiklər
Avrasiya
Afrika
Şimali Amerika
Cənubi Amerika
Avstraliya
məmiş ərazilərdə yaranır. Belə dağlar (
) yenidən tekto-
nik proseslərə  məruz  qalmışdır.
Faylı dağlar seysmik zonalardan kənarda yerləşən, zəif parçalanmış ərazi-
lərdəki qədim dağlardır. Onlara Kap, Əjdaha, Ural, Appalaç, Skandinaviya, 
Böyük Suayrıcı və s. misal ola bilər.  
Vulkanik dağlar. Bəzi dağlar vulkanların fəaliyyəti nəticəsində yaranır ( ). 
Adətən, belə dağlar silsilə yaratmır və konus formasında olur. Nisbi hündür-
lüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adalarındakı Mauna-Kea 
dağıdır (10040 m). Elbrus, Kazbek, Savalan, Etna, Vezuvi, Kamerun, Koto-
Tyan-Şan, Altay, Sayan
b
Adları  çəkilən dağları mənşəyinə görə qruplaşdırın.
Qafqaz,  Kotopaxi,  Alp, Himalay, Etna, Ural, Appalaç, Kazbek, And, Klimancaro, 
Pamir, Elbrus, Vezuvi.
Tektonik dağlar ________________________________________________
Vulkanik dağlar ________________________________________________
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Qırışıq-faylı dağlar.
Süxur laylarının 
qırılmalar və sıxıl-
malarla qalxıb-
enməsi.
a




Faylı  dağlar.
Süxur laylarının qı-
rılmalar üzrə qalxan 
hissəsi  – 
t 
,  
enən hissəsi – qra-
ben (2) adlanır.
hors (1)
Qırışıq dağlar.
Süxur laylarının çö-
kən hissəsi – sinkli-
nal 
,  qalxan 
hissəsi – antiklinal 
(2)  adlanır.
 (1)
b
Vulkanik 
dağlar.
Belə dağlar 
silsilə yaratmır 
və konus for-
masında olur. 
paxi və s. vulkanların fəaliyyəti nəticə-
sində yaranan  dağlardır.  
Yaşına görə dağlar cavan və qə-
dim olur. Cavan dağlar hündür və kəs-
kin parçalanmış olur. Qırışıq dağlar 
cavan dağlardır. Qədim dağlar xarici 
qüvvələrin təsiri ilə dağıldığından hün-
dürlükləri az olur və nisbətən zəif 
parçalanır. Faylı dağlar qədimdir.
Cədvəli dəftərinizə çəkin. Dünyanın 
fiziki xəritəsindən istifadə edərək 
onu tamamlayın.
Çap üçün deyil


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə