Çap üçün deyil



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə24/60
tarix26.01.2018
ölçüsü0,84 Mb.
#22573
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

55
54
20. 
DÜZƏNLİKLƏRİN  MÜXTƏLİFLİYİ
Qafqaz dağları hər il təqribən 3 mm tektonik qalxmaya məruz qalır. Bu göstəricini 
nəzərə alsaq, Qafqaz dağlarının hündürlüyü milyon illər ərzində 10 km-i keçməli idi. 
Ancaq illər keçsə də, bu dağların mütləq hündürlüyü demək olar ki,  sabit qalır.
· Sizcə, bu hündürlüyün dəyişməməsinin səbəbi nədir?
Yada salın. 
Yada salın. 
Düzənliklər hündürlüklərinə görə 3 yerə bölünür: ovalıq, yüksəklik 
 yayla.
Düzənlik 
yükdür. Lakin səthin hamarlanması ekzogen qüvvələrin təsirindən baş verir.   
Düzənliklər  xarici  görünüşünə  görə  müxtəlif olur.  Onlar hündürlüklərinə və 
mənşəyinə görə fərqlənir.    
Mənşəyinə görə düzənliklərin iki tipi olur: denudasion və akkumulyativDe-
nudasion (“çılpaqlaşma”) düzənliklər dağlıq ərazilərdəki süxurların aşınıb-
parçalanıb dağılması və alçaq yerlərə aparılması nəticəsində onların yerində 
yaranır.  Onlara  əsasən  qədim  kristallik  süxurlardan  ibarət  olan  yüksək  əra-
zilərdə yaranan yaylalar aiddir. Qərbi Avstraliya, Braziliya, Dekan, Orta Sibir, 
Qobi, Kolorado və s. yaylalarını   buna misal göstərmək olar. Bəzən denuda-
sion  düzənliklərdə  şahid  dağlar  formalaşır.  Əhəqqar, Tibesti,  Darfur  Şimali 
Afrikada denudasiya nəticəsində əmələ gəlmiş şahid dağlardır.
Akkumulyativ (“toplanma”) düzənliklər Yer qabığının çökək sahələrində sü-
xurların  toplanması  və  səthin  hamarlanması  nəticəsində  yaranır. Akkumul-
relyef formasının əmələ gəlməsində endogen qüvvələrin rolu bö-
yativ düzənliklər ovalıqlara uyğun gəlir. Onlar eroziya, buzlaq, çay, dəniz  mən-
şəli olur. 
Dünyanın ən böyük ovalıqları – Amazon, Missisipi, Qərbi Sibir, Xəzərsa-
hili, Turan, La-Plata, Şərqi Çin, Mərkəzi düzənlik, Şərqi Avropa, Kür-Araz və 
s. akkumulyativ  düzənliklərdir.
Düzənliklərdə seysmik hadisələr nisbətən az olur. Lakin elə düzənliklər də 
var ki, onlar fəal seysmik zonalarda yerləşir. Kordilyer dağlarında Meksika 
yaylası, Alp-Himalay dağlıq qurşağında Anadolu, İran, Tibet yaylaları, Kür-
Araz ovalığı və İtaliyadakı  Padan ovalığı buna misaldır. 
Düzənliklər insanların qədimdən ən çox məskunlaşdığı ərazilərdir.
Cədvəli dəftərinizə çəkin. 
doldurun.
Dünyanın fiziki xəritəsindən istifadə edərək cədvəli 
Denudasion 
Akkumulyativ
Materiklər
Avrasiya
Afrika
Şimali Amerika
Cənubi Amerika
Avstraliya
__ süxurların çökdürülməsi nəticəsində yaranır. Aşınma 
proseslərinin  təsiri  ilə  süxurların  parçalanması,  dağıl-
ması və hamarlanması nəticəsində  yaranan düzənliklərə 
__ deyilir.
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Denudasion düzənlik
Akkumulyativ düzənlik
Cədvəli dəftərinizə çəkin. Kontur xəritədə verilmiş ərazilərdəki düzənlikləri müəyyən 
edin. Onları  mənşəyinə görə qruplaşdırıb cədvəli doldurun.
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
Düzənliklər
Denudasion 
Akkumulyativ
Düzənliklər
Amazon ovalığı Cənubi Amerikada yer-
ləşir. Ovalığın səthi hamardır və çökmə 
süxurlarla örtülüdür. Ərazisi dayaz və 
geniş çay dərələrinə malik olması ilə 
seçilir. Sıx meşə örtüyünə malikdir.
Fäaliyyät
Fäaliyyät
Braziliya yaylası  Cənubi Amerikada 
yerləşir. Səthi bərk süxurlardan ibarətdir. 
Filiz mənşəli faydalı qazıntılarla  zəngindir. 
Yayla dərin çay  dərələri ilə parçalanmışdır. 
Seyrək meşələr və hündür otlar ərazidə əsas  
bitki örtüyüdür.
Oxşar əlamətlər   Fərqli əlamətlər
Amazon    Braziliya  Amazon    Braziliya 
Müzakirə edək: 
Düzənlikləri hansı əlamətlərinə görə 
fərqləndirmək olar?
Çap üçün deyil


57
56
21. 
OKEAN DİBİNİN RELYEFİ
Quru səthində olduğu kimi, okean dibinin relyefi  də mürəkkəbdir. Okean 
dibinin öyrənilməsində ABŞ, İngiltərə, Yaponiya, Rusiya, Fransa və s. ölkələr 
daha  çox  nailiyyətlər  əldə  etmişdir.  Kosmik  tədqiqatlar  okean  dibinin  daha 
dəqiq öyrənilməsinə imkan verir. Məlum olmuşdur ki, orada külli miqdarda 
sönmüş və fəaliyyətdə olan vulkanlar, sıra dağlar, düzənliklər, çökəkliklər, də-
rələr var.
Dünyanın fiziki xəritəsinə əsasən müəyyən edin:
1. Şelf zonasının daha geniş yer tutduğu okeanı. 
2. Sakit okeanda Marian çökəkliyinin dərinliyini. 
3. Orta okean dağ silsiləsinin daha aydın göründüyü okeanı. 
4. Hind okeanında ən dərin çökəkliyi.
Öyrändìklärìnìzì tätbìq edìn
Fiziki xəritədə okeanlar göy rənglə təsvir edilmişdir. Bu rəng müxtəlif çalarlarla 
göstərilir.
· Sizcə, rəng çalarlarının müxtəlif olması nə ilə bağlıdır?
Uyğunluğu  müəyyən edin.
1. Üzərindəki su qatı maksimal qalınlığa malikdir.  
2. 1000-3000 metr dərinliklərdəki əraziləri əhatə edir. 
3. Çökmə süxurların ən çox toplandığı ərazidir.
4. Bəzi yerlərdə adalar şəklində okean səthinə çıxır.
5. Çökmə süxurların qalınlığı az olur.
6. Səthinin hamarlığına görə digər ərazilərdən fərqlənir.
A. Şelf
B. Materik yamacı
C. Materik ətəyi
D. Abissal düzənliklər
E. Orta okean dağ silsiləsi
F. Okean novu
Materiklərin sahil suları ilə örtülmüş kənar hissələri __ 
adlanır. Şelfin davamı __. Materiklə okean yerqabığı 
arasındakı  sərhəd  __  adlanır.  Okean  dibinin  böyük 
əraziləri  __  düzənliklərdir.  __  okeanda  ən  hündür 
relyef  formasıdır.  Okeanlarda  ensiz  və  dərin 
çökəkliklər __ adlanır.
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Materik ətəyi
Abissal düzənliklər
Orta okean dağ silsiləsi
Şelf
Materik yamacı
Okean novu
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Fäaliyyät
Fäaliyyät
Cədvəli dəftərinizə çəkin. Dərin-
lik şkalasına əsasən işarələnmiş 
ərazilərin dərinliklərini müəyyən-
ləşdirib qeyd edin.                 
Müzakirə edək:  
Okean dibinin 
relyefi haqqında 
hansı fikirləri 
söyləmək olar? 

200  
2000   4000  
6000
Dərinlik şkalası (metrlə)
Ərazi
1
2
3
4
Dərinlik
1
3
4
2
1.  Materik  dayazlığı  və  ya  şelf  –  materikin  sualtı  davamında  200  metrə  qədər 
dərinlikdəki ərazini əhatə edir. Azmeyilli səthi qalın çökmə süxurlarla örtülmüş-
dür.   
2.  Materik  yamacı  –  200  metrdən  1500  metrədək  olan  dərinliklər  arasındadır. 
Meyilliliyi çox olduğundan çökmə süxur qatı nazikdir.
3. Materik ətəyi 1000 – 1500 metrdən 3000 metr dərinliyinə  qədər olan ərazilərdir. 
Bu ərazi materiklə okean yer qabığı arasındakı sərhəddir. 
4.  Okean  yatağı  və  ya  abissal  düzənliklər  –  okean  dərinliklərində  yerləşən 
düzənliklərdir. Səthi hamar olub, okean dibinin əsas hissəsini tutur. 
5.  Orta  okean  silsiləsi  –  okean  dibində  yerləşən  dağlardır.  Bəzən  bu  dağların 
zirvələri su səthindən yuxarı qalxaraq adalar yaradır. 
6.  Okean novları – okean dibindəki ensiz və dərin çökəkliklərdir.
Materik 
dayazlığı 
(şelf)
Okean novları
Materik 
ətəyi
Okean yatağı 
(abissal düzənliklər)
Orta 
okean dağ 
silsiləsi
Materik
yamacı
Okean dibinin relyefi
Çap üçün deyil


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə