59
58
22.
YERALTI SƏRVƏTLƏR
NECƏ PAYLANIB
·
?
Bu sərvətdən hansı məqsəd üçün istifadə olunur
Məhsulların hazırlanmasında hansı xammaldan istifadə olunur?
Məhsul
İstifadə olunan təbii sərvətlər
Maşın istehsalı
Ev tikintisi
Enerji istehsalı
Müzakirə edək: 1. Məhsulların istehsalında istifadə olunan təbii sərvətlər hansı
xüsusiyyətinə görə bir-birindən fərqlənir? 2. Təbii sərvətlər necə əldə olunur?
Yada salın.
Yada salın.
Təbiətdə yayılmış süxurlar mənşəyinə görə
maqmatik, çökmə,
metamorfik olur
.
İnsanların istifadə etdiyi yeraltı sərvətlər
faydalı qazıntılar və ya
mineral
ehtiyatlar adlanır. Mənşəyinə görə mineral ehtiyatlar üç yerə bölünür:
Filiz faydalı qazıntılar – maqmatik mənşəlidir. Onlara daha çox dağlarda və
denudasion düzənliklərdə rast gəlinir. Zəngin dəmir filiz yataqları Ural, Skan-
dinaviya dağlarında, Braziliya, Qərbi Avstraliya və Dekan yaylalarında yayıl-
mışdır. Alüminiuma boksit, alunit və nefelin kimi mineralların tərkibində rast
gəlinir. Ən iri boksit yataqları Braziliya, Böyük Çin, Qərbi Avstraliya, Qviana
düzənliklərində və digər ərazilərdədir. Mis yataqları isə And dağları və
Mərkəzi Afrikada daha çoxdur. Cənub Şərqi Asiya qalay və volfram, CAR
(Cənubi Afrika Respublikası) və ABŞ isə qızıl yataqları ilə seçilir.
Qeyri-filiz'>Qeyri-filiz faydalı qazıntılar – Yer qabığında daha geniş yayılmışdır. Şimali
Afrika, Florida, Şərqi Avropa və Böyük Çin apatit və fosforit yataqları ilə zən-
gindir.
Yanar faydalı qazıntılar – çökmə mənşəlidir. Ovalıq və şelf zonalarında da-
ha çox rast gəlinir. Neft və təbii qazın ən mühüm yataqları İran körfəzi, Qərbi
Sibir, Şimal dənizi, Xəzər dənizi, Qvineya körfəzi , Meksika körfəzi və s.-dir.
Daş kömürün əsas yataqları Appalaç, Şərqi Avropa düzənliyi, Orta Sibir
yaylası, Cənubi Afrika, Şərqi Avstraliya və Böyük Çindədir.
Fäaliyyät
Fäaliyyät
Mineral ehtiyatlar tükənən sərvətlərdir. Onlardan səmərəli və qənaətlə isti-
fadə edilməlidir.
Daş kömür
Dəmir filizi
Mərmər
Qızıl
Xörək duzu
Neft
Təbii qaz
Kimya
xammalı
Tikinti
materialları
Qiymətli
daşlar
Kükürd, apatit,
fosforit, kalium
duzu
Qeyri-
filiz
Əhəngdaşı,
gips, mərmər,
qum, çınqıl
Sapfir, yaqut,
zümrüd, kəhrəba
Yanar
faydalı
qazıntılar
Neft, daş kömür,
təbii qaz, torf,
yanar şist
Qara
metal
Əlvan
metal
Dəmir
Manqan
Xrom
Filiz
Alüminium
Mis
Qalay
Faydalı qazıntılar
Filiz
Qeyri-filiz
Yanar
Sxemi dəftərinizə çəkin. Əlaqəni qurun.
Fosforit
Daş kömür
Mərmər
Manqan
Filiz
Qeyri-filiz
Yanar
Təbii qaz
Qalay
Boksit
Torf
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
Yer qabığında rast gəlinən
mineral sərvətlər __ adlanır.
Dəmir, mis, qalay __ , apatit,
fosforit, mərmər __, neft, təbii
qaz, daş kömür __ – faydalı
qazıntılardır.
AÇAR SÖZLÄR
Filiz
Qeyri-filiz
Yanar faydalı qazıntı
Faydalı qazıntı
Ərazilərə uyğun gələn faydalı qazıntıları, müvafiq
ölkələri və yerləşdikləri
materikləri tapın.
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Faydalı qazıntılar
Ərazilər
Ölkələr
Materiklər
Appalaç dağları
Qərbi Sibir ovalığı
Qərbi Avstraliya yaylası
Ural dağları
Qviana yaylası
Çap üçün deyil
61
60
23. PRAKTİK DƏRS.
AZƏRBAYCAN RESPUBLİKASININ RELYEFİ
Azərbaycandakı coğrafi obyektlərin mütləq hündürlüyü Baltik dənizindən
ölçülür. Respublikamızın ərazisinin orta hündürlüyü 657 m, ən hündür nöqtəsi –
4466 m (Bazardüzü), ən alçaq nöqtəsi isə – 27 m-dir (Xəzər dənizinin səviyyəsi).
Azərbaycan Respublikası relyefinə görə 4 böyük hissəyə bölünür: Böyük
Qafqaz, Kiçik Qafqaz, Talış dağları və Kür-Araz ovalığı.
Tapşırıq 2. Cədvəli dəftərinizə çəkin və xəritəyə ( ) əsasən cədvəli doldurun.
a
Düzənliklər
Akkumulyativ
Denudasion
Tapşırıq 1. Xəritədən istifadə edərək Azərbaycanın qonşu dövlətlərlə sər-
hədində yerləşən sıra dağları və düzənlikləri cədvəldə qeyd edin.
Dövlətlər
Dağlar
Düzənliklər
İran
Gürcüstan
Rusiya
Ermənistan
27%
31%
24%
18%
27%
31%
24%
18%
0 m-ə qədər
0–200 m
200 1000 m
–
1000
m-dən çox
Respublikamızın relyefinin mütləq hündürlüklərinin faizlə nisbəti.
Böyük Qafqaz
Kiçik Qafqaz
Talış
Silsilə
Dağlar
Zirvə
Mütləq hündürlük
Azərbaycan Respublikasının
oroqrafik xəritəsi
a
Tapşırıq 3. Cədvəli dəftərinizə çəkin və xəritəyə ( ) əsasən cədvəli doldurun.
a
Çap üçün deyil