97
96
37.
ÇAYLARIMIZIN EKOLOJİ VƏZİYYƏTİ
Sünbül şəkli Yer üzündə olan əkin sahələrini, ağac şəkli meşə ərazilərini, insan
fiquru əhalinin sayını, stəkandakı su şəkli isə içməli su ehtiyatlarını əks etdirir.
Məhsul istehsalının hər tonuna onlarla ton içməli su sərf olunur. İstifadə olunmuş su
isə təbiətə çirklənmiş halda qayıdır.
· Çirklənmiş sular təbii yolla təmizlənə bilərmi?
· Fikrinizcə, Yer üzündə içməli suyun miqdarı necə dəyişir?
Kür və Araz respublikanın ən iri çaylarıdır. Onlar tranzit və ya transsərhəd
çaylar olub mənbələri respublikadan kənarda yerləşir. 2007-ci ildən başlaya-
raq ölkə ərazisində 200-dən çox təmizləyici qurğu quraşdırılmasına baxma-
yaraq, çaylarda çirklənmə dərəcəsi 4 dəfədən çox artmışdır. Əsas çirklənmə
mənbələri sənaye tullantıları, kənd təsərrüfatı, fermer təsərrüfatlarının çirkab
suları, çay sahili boyunca yaşayan şəhər və kənd əhalisinin məişət tullantı-
larıdır.
İri müəssisələrin sənaye tullantıları təmizləyici qurğularda təmizləndikdən
sonra su obyektlərinə axıdılır. Kiçik yaşayış məntəqələrində, demək olar ki,
təmizləyici qurğular yox dərəcəsindədir və tullantılar heç bir təmizlənmə apa-
rılmadan birbaşa çaylara axıdılır.
Kür ( ) və Araz ( ) çayları pambıq, taxıl sahələrinin və meyvə bağlarının
yerləşdiyi məhsuldar torpaqlardan keçir. Fermerlər torpaqlara üzvi və mineral
gübrələr verir, zərərvericilərə qarşı mübarizədə isə kimyəvi dərmanlardan
istifadə edirlər. Bu maddələr torpaqlardan yuyulur, su hövzələrinə və çaylara
axır, onları çirkləndirərək balıq və digər canlı orqanizmlərin
kütləvi məhvinə
səbəb olur. Çaylar Azərbaycan ərazisinə daxil olana qədər Gürcüstan, Ermə-
a
b
nistan, Türkiyə və İran ərazisindən keçir. Yalnız Tbilisi şəhərində Kür çayına
3
gün ərzində 1 mln.m çirkli su axıdılır. Ermənistan ərazisində isə Araz çayına
sənaye müəssisələrindən heç bir təmizlənmə aparılmadan sular axıdılır. Nəti-
cədə, suda olan bərk metal tullantılarının miqdarı normadan artıq olur.
Planetdə mövcud olan xəstəliklərin 80%-i keyfiyyətsiz içməli sulardan
istifadə nəticəsində yaranır. Xüsusilə, ağır metallar insan orqanizmində topla-
naraq müəyyən vaxtdan sonra xəstəliklər yaradır.
Fäaliyyät
Fäaliyyät
İnsanların çaylara münasibəti fərqlidir. Müxtəlif
peşə sahibləri çaylardan
öz məqsədləri üçün istifadə edirlər. Onların fikirləri ilə tanış olun.
Yerli sakinlər:
–
Çaylar bizim qida mənbəyimiz,
istirahət məskənlərimizdir.
Çaydan biz
içməli su kimi istifadə edirik.
Energetiklər:
– Çayların üzərində tikilən elektrik stansi-
yaları ucuz və təmiz enerji mənbəyidir.
Çay suyunun axımından alınan enerji
tükənməzdir. Digər enerji mənbələri bir
vaxt olacaq ki, tükənəcəkdir. Həmçinin
onlar atmosferi çirkləndirir.
Atmosfer isə
insan həyatında mühüm rola malikdir.
Balıqçılar:
– Çaylardan balıq ovu məqsədi ilə istifadə
etmək lazımdır. Çay balıqlarının yaşama-
ğa başqa hansı yeri vardır? Balıqların nəs-
li kəsilərsə, tarazlıq pozulmuş olar.
İdmançılar:
– Çaylar idman yarışları keçirmək üçün
əlverişlidir. Burada beynəlxalq yarışlar
keçirmək olar. Raftinq və avarçəkmə
oyun yarışları ölkəyə xeyli miqdarda gə-
lir gətirə bilər. Xeyli sayda idmançı for-
malaşar. Əhalinin sağlamlığı artar.
Biznesmenlər:
– Çaylarımız turizm üçün əlverişlidir.
Sahildə yeni otellər tikmək, çimərliklər
yaratmaq, parklar, əyləncə vasitələri qur-
maq, kafe və restoranlar salmaqla yeni iş
yerləri açmış olarıq, həm də gəlir əldə
edərik.
Çay sularının çirklənməsinin insanlar üçün hansı problemlər yaratdığını və bu
problemləri aradan qaldırma yollarını müəyyən edin. Cədvəli dəftərinizə köçürün və
tamamlayın.
Peşə sahibləri Hansı problemlər yaranır
Problemlərin həlli yolları
a
b
2030
1980
2000
Öyrändìklärìnìzì tätbìq edìn
Çap üçün deyil