Çap üçün deyil

Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix26.01.2018
ölçüsü0,84 Mb.
#22573
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

97
96
37. 
ÇAYLARIMIZIN EKOLOJİ VƏZİYYƏTİ
Sünbül  şəkli  Yer  üzündə  olan  əkin  sahələrini,  ağac  şəkli  meşə  ərazilərini,  insan 
fiquru  əhalinin  sayını,  stəkandakı  su  şəkli  isə  içməli  su  ehtiyatlarını  əks  etdirir. 
Məhsul istehsalının hər tonuna onlarla ton içməli su sərf olunur. İstifadə olunmuş su 
isə təbiətə çirklənmiş halda qayıdır. 
· Çirklənmiş sular təbii yolla təmizlənə bilərmi?
· Fikrinizcə, Yer üzündə içməli suyun miqdarı necə dəyişir? 
Kür və Araz respublikanın ən iri çaylarıdır. Onlar  tranzit və ya transsərhəd 
çaylar olub mənbələri respublikadan kənarda yerləşir. 2007-ci ildən başlaya-
raq ölkə ərazisində 200-dən çox təmizləyici qurğu quraşdırılmasına baxma-
yaraq, çaylarda çirklənmə dərəcəsi 4 dəfədən çox artmışdır. Əsas çirklənmə 
mənbələri sənaye tullantıları, kənd təsərrüfatı,  fermer təsərrüfatlarının  çirkab 
suları, çay sahili boyunca yaşayan şəhər  və  kənd  əhalisinin məişət tullantı-
larıdır. 
İri müəssisələrin sənaye tullantıları təmizləyici qurğularda təmizləndikdən 
sonra su obyektlərinə axıdılır. Kiçik yaşayış məntəqələrində, demək olar ki, 
təmizləyici qurğular yox dərəcəsindədir və tullantılar heç bir təmizlənmə apa-
rılmadan birbaşa çaylara axıdılır.
Kür ( ) və Araz ( ) çayları pambıq, taxıl sahələrinin və meyvə bağlarının 
yerləşdiyi məhsuldar torpaqlardan keçir. Fermerlər torpaqlara üzvi və mineral 
gübrələr  verir,  zərərvericilərə  qarşı  mübarizədə  isə  kimyəvi  dərmanlardan 
istifadə edirlər. Bu maddələr torpaqlardan yuyulur, su hövzələrinə və çaylara 
axır, onları çirkləndirərək balıq və digər canlı orqanizmlərin kütləvi məhvinə 
səbəb olur. Çaylar Azərbaycan ərazisinə daxil olana qədər Gürcüstan, Ermə-
a
b
nistan, Türkiyə və İran ərazisindən keçir. Yalnız Tbilisi şəhərində Kür çayına 
3
gün ərzində 1 mln.m  çirkli su axıdılır. Ermənistan ərazisində isə Araz çayına 
sənaye müəssisələrindən heç bir təmizlənmə aparılmadan sular axıdılır. Nəti-
cədə, suda olan bərk metal tullantılarının miqdarı normadan artıq olur.   
Planetdə  mövcud  olan  xəstəliklərin  80%-i  keyfiyyətsiz  içməli  sulardan 
istifadə nəticəsində yaranır. Xüsusilə, ağır metallar insan orqanizmində topla-
naraq müəyyən vaxtdan sonra xəstəliklər yaradır.   
Fäaliyyät
Fäaliyyät
İnsanların çaylara münasibəti fərqlidir. Müxtəlif peşə sahibləri çaylardan 
öz məqsədləri üçün istifadə edirlər. Onların fikirləri ilə tanış olun. 
Yerli sakinlər:
Çaylar bizim qida mənbəyimiz
istirahət məskənlərimizdir. Çaydan biz 
içməli su kimi istifadə edirik. 
Energetiklər:
– Çayların üzərində tikilən elektrik stansi-
yaları  ucuz  və  təmiz  enerji  mənbəyidir. 
Çay  suyunun  axımından  alınan  enerji 
tükənməzdir.  Digər  enerji  mənbələri  bir 
vaxt  olacaq  ki,  tükənəcəkdir.  Həmçinin 
onlar atmosferi çirkləndirir. Atmosfer isə 
insan həyatında mühüm rola malikdir. 
Balıqçılar:
– Çaylardan balıq ovu məqsədi ilə istifadə 
etmək lazımdır. Çay balıqlarının  yaşama-
ğa başqa hansı yeri vardır?  Balıqların nəs-
li kəsilərsə, tarazlıq pozulmuş olar.
İdmançılar:
– Çaylar idman yarışları keçirmək üçün 
əlverişlidir. Burada beynəlxalq yarışlar 
keçirmək  olar.  Raftinq  və  avarçəkmə 
oyun yarışları ölkəyə xeyli miqdarda gə-
lir gətirə bilər. Xeyli sayda idmançı for-
malaşar. Əhalinin sağlamlığı artar.
Biznesmenlər:
–  Çaylarımız  turizm  üçün  əlverişlidir. 
Sahildə yeni otellər tikmək, çimərliklər 
yaratmaq, parklar, əyləncə vasitələri qur-
maq, kafe və restoranlar salmaqla yeni iş 
yerləri  açmış  olarıq,  həm  də  gəlir  əldə 
edərik. 
Çay  sularının  çirklənməsinin  insanlar  üçün  hansı  problemlər  yaratdığını  və  bu 
problemləri aradan qaldırma yollarını müəyyən edin. Cədvəli dəftərinizə köçürün və 
tamamlayın. 
Peşə sahibləri                 Hansı problemlər yaranır           
Problemlərin həlli yolları 
a
b
2030
1980
2000
Öyrändìklärìnìzì tätbìq edìn

– Çaylar bizim qida mənbəyimiz, 

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə