Çap üçün deyil



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə38/60
tarix26.01.2018
ölçüsü0,84 Mb.
#22573
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

87
86
33. 
OKEANDA QURU SAHƏLƏRİ
Daniel Defonun məşhur əsərinin 
qəhrəmanı Robinzon Kruzo gəmi 
qəzasından sonra 38 il tənha 
yaşamışdır. 
· Onun uzun illər  
öz vətəninə qayıda 
bilməməsinin 
səbəbi nə idi?
Fäaliyyät
Fäaliyyät
Fiziki xəritəyə əsasən ilk baxışdan 4 ən böyük adanı müəyyən edin, coğrafi möv-
qeyini müəyyənləşdirib cədvəli doldurun. 
Adanın adı 
Hansı materikə aiddir 
Hansı okeanda yerləşir

Müzakirə edək: 1. Bu adalar nə ilə fərqlənir? 2.Sizcə, bu adalar necə yaranıb? 
Dünya okeanında böyüklüyünə görə müx-
təlif  quru  sahələri  –  adalar  yerləşir.  Onlar 
materiklərdən ölçülərinin daha kiçik  olması 
ilə  fərqlənir.  Sahəsinə  görə  ən  böyük  ada 
olan  Qrenlandiya  hətta  Avstraliya  materi-
kindən də təxminən üç dəfə kiçikdir. Adalar 
mənşəyinə  görə  müxtəlif  olur  –  materik, 
vulkanik və mərcan adaları. 
Materik mənşəli adalar keçmişdə   ma-
teriklərin  bir  hissəsi  olmuşdur.  Tektonik 
hərəkətlər  nəticəsində  bəzi  ərazilər  enərək 
su altında qalmış, dəniz səviyyəsindən yuxa-
rıda  qalan  quru  sahələri  isə  adaya  çevril-
mişdir. Materik adaları böyük qurudan bo-
ğaz və ya dayazlıqlar vasitəsilə ayrılmışdır. 
Qrenlandiya, Madaqaskar, Şri-Lanka, Kali-
mantan,Yeni  Qvineya,  Tasmaniya  adaları 
materik mənşəlidir.   
Vulkanik mənşəli adalar sualtı vulkan-
ların püskürməsi və lavanın soyuması  nəti-
cəsində yaranmışdır. Vulkanik mənşəli ən bö-
yük ada – Atlantik okeanındakı İslandiyadır. 
Lakin  onlara  ən  çox  Sakit  okeanda  rast 
gəlinir – Havay, Kuril və s. 
Dünya  okeanının  dayazlıqlarında  temperaturu  +20°C-dən  yüksək  olan 
sularda  yaşayan  mərcan  polipləri  də  adalar  yarada  bilirlər.  Belə  adalara 
mərcan  mənşəli  adalar  deyilir.  Məhv  olduqdan  sonra  mərcan  poliplərinin 
qalıqları uzun müddət ərzində toplanaraq daşlaşır və sualtı qayalıqlara, yaxud 
adalara çevrilir. Belə adalar Sakit və Hind okeanlarında daha çox yayılmışdır. 
Məsələn, Böyük Sədd rifi, Maldiv adaları və s. 
Adalar  tək  və  ya  qrup  halında  olur.  Bir-birinə  yaxın  yerləşmiş  ümumi 
bünövrəyə malik adalar qrupu arxipelaq adlanır: Kanada Arktika arxipelaqı, 
Malay arxipelaqı, Filippin adaları  və s. Ada və arxipelaqlarda müstəqil dövlət-
lər yerləşir və yaxud da onlar hansısa bir dövlətə məxsusdur.
Materik mənşəli ada
Vulkanik 
ada  
mənşəli 
Mərcan 
 ada
mənşəli 
__  materikin bir hissəsi olmuşdur.  __  sualtı dağ və 
vulkanların zirvələridir. __  dəniz canlılar – mərcan 
poliplərinin qalıqlarından yaranmışdır. Bir-birinə 
yaxın yerləşən adalar qrupu __ adlanır.
Därsdän sonra. 
Bakıdan Böyük Britaniya adasına olan su yolunu kontur xəritədə  
qeyd edin. Coğrafi obyektləri qeyd edin ( dənizlər, boğazlar, körfəzlər, çaylar, keçdiyi 
və ətrafında yerləşdiyi ölkələr).
Cədvəli tamamlayın:
Adanın adı
Mənşəyi

1
2
3
4
5
6
7
8
9
10
2
8
9
5
4
7
6
10
3
1
Cədvəli dəftərinizə 
köçürün. Mətndən, fiziki 
siyasi xəritədən istifadə 
edərək cədvəli doldurun. 
Ada və 
arxipelaqların adı
Madaqaskar
İslandiya
Böyük Sədd rifi
Mənşəyi  Ölkə
Azərbaycandan hansı 
istiqamətdə yerləşir
Kalimantan
Yapon adaları
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Arxipelaq
Vulkanik  adalar
Materik mənşəli adalar
Mərcan mənşəli adalar
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Yada salın. 
Yada salın. 
Hər tərəfdən su ilə əhatə olunmuş kiçik quru parçasına 
                       ada deyilir.
Çap üçün deyil


89
88
34. 
ÇAYLAR
Təsvirlərin hər ikisi eyni çaya – Kürə 
aiddir. Dar dərə boyunca sürətlə axan 
çayda maraqlı bir idman növünün – 
raftinqin inkişafı üçün şərait yaranır. 
Enli çay dərəsində isə suyun zəif sürəti 
başqa bir idman növünün – avarçək-
mənin inkişafına imkan verir.  
Çay dərəsinin formalaşmasında  relyefin təsiri böyükdür. Dağ çayları yum-
şaq süxurlar üzərində axaraq dərin, ensiz və   dik yamaclara malik dərələr – 
kanyonlar əmələ gətirir. Ən dərin kanyonlar Şimali Amerikada Kolorado və 
Kolumbiya çayları üzərindədir. 
Dağ çayları bərk süxurlar üzərindən axdıqda, onları yuya bilmir. Bu halda 
onlar  hündürdən  tökülərək  şəlalə 
əmələ  gətirirlər.    Şimali  Amerikada 
Niaqara şəlaləsi 51 metr, Afrikadakı Viktoriya şəlaləsi isə 120 metr hündür-
lükdən tökülür. 
Dünyanın  ən hündür  şəlaləsi   Anhel (1054 m) Cənubi Amerikada yerləşir. 
Düzənlik çayları ( ) sakit və yavaş axır. Onlar subasarı  terrasları olan 
geniş dərələr yaradır. Subasar – çayın səviyyəsi qalxdığı zaman su altında qalan 
( ) 
a
b
ərazilərdir. Alçaq dağlıq və dağətəyi ərazilərdə, düzənliklə axan çay dərəsində ya-
mac boyu yaranan pilləvari sahillər terras adlanır.
Çaylar  sahillərini  yuyaraq  dərələrinin  formalarını  dəyişir.  Maneələrlə  rast-
laşdıqda onlar sərt döngələr – meandrlar ( ) yaradır. 
Axın  boyu  çaylar  dərəsini  formalaşdırır.  Yuyulması  daha  çətin  olan  sü-
xurların səthə yaxın yerləşdiyi dayaz yerlərdə astanalar ( ) yaranır. Astanalar 
gəmiçiliyə mane olur.
Çaylar  dibini  və  sahillərini  yuyaraq  xeyli    miqdarda  materiallar  gətirir. 
Mənsəbdə toplanan bu materiallar çayın çoxlu qollara ayrılmasına səbəb olur. 
Çayın qollara ayrıldığı geniş ərazi delta ( ) adlanır. 
Bəzi  çayların  mənsəbində  güclü  axınlar  və  ya  qabarmalar  toplanmış 
materialları sahildən aparır və qıfa bənzər  körfəz – estuari ( ) yaradır.
c
d
e
f
 Meandr
· Eyni çayda müşahidə olunan fərqliliyi necə izah etmək olar? 
Təchizat: 
, torpaq, kasa, su.
İşin gedişi:
1. Küveti torpaqla doldurun və onu 
döyəcləyərək möhkəmləndirin. 
2. Kasanı torpağa yerləşdirin, içinə su 
tökərək “göl” yaradın ( ). 
3. Küvetin bir tərəfini qaldırın ( ), kasadan 
tökülən suyun axınını müşahidə edin. 
4. Küveti bir qədər də yuxarı qaldırmaqla 
təcrübəni təkrar edin. 
küvet
a
b
Fäaliyyät-
Fäaliyyät-
täcrübä. 
Çay axınının müxtəlifliyi.
Müzakirə edək:
1. Hansı vəziyyətdə su axını daha sürətli 
oldu? 
2. Hansı halda su axını daha çox torpaq 
yuyur?  
3. Nə üçün su birbaşa axmır? 
b
a
Cay vadisinin quruluş sxemi 
b
e
Delta 
Estuari
f
Şəlalə 
və onun 
sxemi
a
b
Çay yatağı
Subasar
Terraslar
Astana və onun sxemi
d
Çap üçün deyil


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə