Çap üçün deyil



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix26.01.2018
ölçüsü0,84 Mb.
#22573
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

Fäaliyy t
ä
Fäaliyy t
ä
107
106
dardır.  
1. Mətn və xəritədən istifadə edərək torpaq tiplərinin yayıldığı regionları müəyyən edin.
Regionlar
Torpaq tipləri 
Avrasiya   Afrika  Şm.Amerika  C.Amerika   Avstraliya
1. Qırmızı-sarı ferralit
2
3
4
Yaranması və tərkibinə görə __  müxtəlif olur. 
Torpaqların ərazi üzrə yerləşməsi öz əksini __ -də tapır. 
2. Səhv fikirləri düzə çevirin.
a) Məhsuldar qara torpaqlar meşələrin altında geniş yayılmışdır.
b) Tundra-qleyli torpaqlar iqlimi isti olan ərazilərdə yayılmışdır.
c) Torpaq tipləri Yer kürəsində şaquli istiqamətdə – ekvatordan qütblərə doğru dəyişir.
d) Torpaqların müxtəlifliyi və münbitliyi torpaq xəritələrində təsvir edilir.
e) Rütubətli ekvatorial meşələrdə boz, boz-qonur və şoran torpaqlar geniş yayılmışdır.
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Torpaq xəritəsi
Torpaq tipləri
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì tätbìq edìn
41. 
TORPAQLARIN MÜHAFİZƏSİ
Qədim Roma imperatorlarından biri Karfageni zəbt etdikdən sonra oranı xarabalığa 
çevirmək məqsədilə torpaqlarına çoxlu duz səpməyi əmr edir. Bununla da torpaqlar 
öz məhsuldarlığını tamamilə itirir. Təbii ki, bu, düşmənçilik məqsədilə edilmişdi.
· Torpaqların korlanması, yararsız hala salınması necə baş verir? 
Yada salın. 
Yada salın. 
Xarici qüvvələrin təsiri ilə torpağın üst qatı yuyulur və dağılır. 
Şəkillərə əsasən torpaqlarda görülən işləri müəyyən edin. 
Müzakirə edək: 1. Təsvir olunan işlər hansı məqsədlə görülür? 2. Bu işlərin hansılar 
torpaqların korlanmasına, hansılar isə yaxşılaşdırılmasına xidmət edir? 
Torpaq bəşəriyyətin ən qiymətli sərvətidir. Onun qorunması insanlar üçün 
həyati əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Yer kürəsində torpaq eh-
tiyatı o qədər də çox deyil. Əhalinin sürətlə artdığı bir dövrdə torpağa olan 
tələbat da artır  və yararlı torpaq ehtiyatı isə azalır. 
Torpaq həm təbii amillərin, həm də insan fəaliyyətinin təsiri ilə korlanır. Su, 
külək, temperaturun dəyişməsi və s. təbii amillər torpaqların yuyulmasına və 
onun  münbit  qatının  yararsız  hala  düşməsinə  səbəb  olur.  Nəticədə  torpağın 
məhsuldarlığı azalır. 
Lakin torpağa ən böyük ziyanı insanlar vurur. Bu, xüsusilə, kənd təsərrüfatı 
işlərində özünü göstərir. Torpaqlara həddindən artıq gübrə verilməsi, düzgün 
suvarılmaması, otlaq və biçənəklərdə otarılma qaydalarının pozulması və s. 
qeyd etmək olar. 
Bitki örtüyünü, xüsusilə meşələri məhv etməklə insanlar torpağın məhsul-
darlığını azaldır, eroziyanı gücləndirir. Torpaqlar yararsız hala düşərək şoran-
lıqlara,  bataqlıqlara  və  səhralaşmış  ərazilərə  çevrilir.  Bu  xüsusilə  Şimali 
Afrikada, Mərkəzi Asiyada, Cənubi Amerikada və s.-də daha kəskin bilinir.
Yararlı torpaqların böyük bir qismi kanal və su anbarlarının, yaşayış mən-
təqələrinin,  sənaye  müəssisələrinin,  mədənlərin,  yolların  və  digər  tikililərin 
altında qalaraq azalır. Sənaye və məişət tullantıları altında hər il xeyli torpaq 
sahələri tamamilə yararsız hala düşür. Belə torpaqların yenidən bərpa edilməsi, 
yəni rekultivasiyası mümkündür.
Dünyanın torpaq 
tiplərini müəyyən edin.
 xəritəsindən istifadə etməklə, xəritə-sxemdəki məntəqələrə 
uyğun gələn torpaq 
D rsd n sonra
ä
ä
Kontur xəritə üzərində əsas torpaq tiplərinin yayıldığı əraziləri qeyd edin.
1
5
7
6
10
4
9
3
8
2
Çap üçün deyil


109
108
Dağ yamacları əkin məqsədilə 
pilləvari şəkildə terraslaşdırılır.
Torpaqların mühafizəsinə və yararsız hala düşməsinə aid olan ifadələri qruplaşdırın. 
1. Yolların çəkilməsi 
2. Ağacların əkilməsi
3. Su anbarlarının tikilməsi
4. Faydalı qazıntıların çıxarılması 
5. Dağ yamaclarının terraslaşdırılması
6. Yaşayış məntəqələrinin tikilməsi
7. Şoranlıqların yuyulması
8. Bataqlıqların qurudulması
Öyrändìklärìnìzì tätbìq edìn
Torpaqların mühafizəsi
Torpaqların  yararsız hala düşməsi
Torpaqların yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər 
__ adlanır. __ faydalı qazıntıların çıxarılması zamanı 
yararsız hala düşmüş torpaqların bərpasıdır. Dağ 
yamaclarının əkin məqsədi ilə pilləvari formaya 
salınması __ adlanır.
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Terraslaşdırma
Meliorasiya tədbirləri 
Rekultivasiya
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Verilən amillərin təsiri nəticəsində torpaqların məhsuldarlığının aşağı düşməsini 
necə səciyyələndirirsiniz? 
Təsir edən amillər
Torpaqlara təsiri
Təbii amillər
Kənd təsərrüfatı
Sənaye
Yaşadığınız ərazidə torpaqların vəziyyətinə aid esse yazın. 
42. 
AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ, BİTKİ ÖRTÜYÜ VƏ
      HEYVANAT ALƏMİ
“Torpağı əkib-becərmədin, qorumağına dəyməz. 
  Qorumadın, əkib-becərməyinə dəyməz” 
· Dədə Qorqudun söylədiyi bu fikirlər müasir dövrümüz üçün nə qədər aktualdır? 
Fäaliyy t
ä
Fäaliyy t
ä
Xəritə üzərində 
qeyd olunmuş 
ərazilərdən hansı 
məqsədlə istifadə 
edildiyini  müəy-
yən edin. Cədvəli 
dəftərinizə çəkin 
və onu tamam-
layın. 
Əkinçiliyin üstün olduğu ərazilər
Heyvandarlığın üstün olduğu ərazilər
Müzakirə edək: Torpaqlardan istifadəyə hansı amillər təsir edir?
Respublikamızın ərazisində düzənliklərdən dağlara doğru müxtəlif torpaq 
tipləri bir-birini əvəz edir.
İqlimin daha quraq keçdiyi düzənlik ərazilərdə – Kür-Araz ovalığı, Samur - 
Dəvəçi  düzənliyi, Acınohur-Ceyrançöl  alçaq  dağlığı,  Qobustan-Abşeron  və 
Naxçıvanın dağətəyi, həmçinin düzən ərazilərində boz və boz-qonur torpaqlar 
geniş yayılmışdır. Bu torpaqların mənimsənilməsi suvarma olmadan mümkün 
deyil. Burada pambıq, tərəvəz, üzüm, nar kimi qiymətli bitkilərin becərilməsi 
üçün şərait vardır. 
Təxminən  800  m  mütləq  hündürlüklərə  qədər  olan  dağətəyi  ərazilərdə 
şabalıdı torpaqlar yayılmışdır. Nisbətən yüksək məhsuldarlığı ilə seçilən bu 
ərazilər dənli bitkilərin becərilməsi üçün əlverişlidir. Lənkəran ovalığı və Talış 
dağlarında yayılan sarı torpaqlarda sitrus meyvələri və çay becərilir.
Alçaq və orta dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılmışdır. Bu torpaq-
lar çürüntü ilə zəngindir. Rütubətliliyinə görə dağ meşələrində iki torpaq tipi 
formalaşır:  qonur  torpaqlar  rütubətli  ərazilərdə,  qəhvəyi  torpaqlar  isə  nis-
bətən quraq, alçaq dağ meşələrində yayılır. 
1
1
2
2
3
3
4
4
5
5
6
6
Məhsuldarlığı aşağı düşmüş tor-
paqların bərpası məqsədi ilə aşağı-
dakı  tədbirlər  görülə  bilər:  tor-
paqlara  üzvi  və  mineral  gübrələr 
verilir, şoran ərazilərdə kollektor-
drenaj şəbəkəsi yaradılır, meşə zo-
laqları salınır, şoranlıqlar yuyulur, 
bataqlıqlar qurudulur. Belə tədbir-
lər meliorasiya tədbirləri adlanır. 
Bəşəriyyətin  gələcək  ərzaq  tə-
minatı  üçün  torpaqların  məhsul-
darlığının  artırılması  və  onların 
mühafizəsi çox vacibdir.
D rsd n sonra
ä
ä
Çap üçün deyil


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə