Çap üçün deyil



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə45/60
tarix26.01.2018
ölçüsü0,84 Mb.
#22573
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

105
104
40. 
TORPAQLARIN MÜXTƏLİFLİYİ
Qədim  Çin  imperatorunun  saray 
bağında hündür bir yer ləklərə bö-
lünmüş   və müxtəlif rəngli torpaq-
larla doldurulmuşdu. Bununla on-
lar imperiyanın zənginliyini və qüd-
rətini nümayiş etdirirdilər. 
• Sizcə, Çin imperatoru öz ölkəsini göstərmək üçün niyə torpaqların müxtəlifliyini 
nümayiş etdirirdi?
• Dünyanın torpaqlarını əks etdirəcək belə bir abidə yaratmaq mümkün olsaydı, 
onu necə təsəvvür  edərdiniz ?
Tərkibindəki  maddələrin  miqdarına,  əmələgəlmə  şəraitinə  görə  müxtəlif 
torpaq tipləri ayrılır. Torpaq əmələ gətirən amillərin hər hansı birinin dəyişmə-
si ilə torpağın xüsusiyyətləri də dəyişir. Odur ki, müxtəlif ərazilərin torpaqları 
da bir-birindən fərqlənir. Torpaq tipləri Yer kürəsində üfüqi istiqamətdə – ek-
vatordan qütblərə doğru bir-biri ilə əvəz olunur. Torpaqların müxtəlifliyi və on-
ların ərazi üzrə paylanması torpaq xəritəsində təsvir olunur.
Rütubətli ekvatorial meşələrdə qırmızı-sarı ferralit və ya laterit torpaqlar 
yayılmışdır. “Laterit” latınca “kərpic” mənasını verir. Bu da onun tərkibindəki 
dəmir, aliminium birləşməsinin təsiri ilə qırmızı rəngin üstünlüyünü göstərir. 
Hündür  ot  örtüyünün  üstün  olduğu  subekvatorial  iqlim  qurşağında  qırmızı-
qonur torpaqlar geniş yayılmışdır.
Quraq ərazilərdə – səhra və yarımsəhralarda boz  boz-qonur torpaq tip-
lərinə rast gəlinir. Bitki örtüyünün zəif olması torpağın tərkibində humusun 
miqdarının az olmasına səbəb olmuşdur. Belə torpaqların məhsuldarlığı daha 
aşağıdır. 
Məhsuldar  qara  torpaqlar  isə  ot  bitkilərinin  daha  yaxşı  inkişaf  etdiyi 
mülayim iqlim qurşağının çöllərində əmələ gəlmişdir. Nisbətən quru çöllərdə 
şabalıdı torpaqlar yayılmışdır.
Enliyarpaqlı, yarpağını tökən meşələr üçün səciyyəvi olan qəhvəyi  qonur 
meşə  torpaqlarında  humusun  miqdarı  yüksəkdir.  İynəyarpaqlı  (tayqa)  me-
şələrdə  yayılan  podzol  (küləçalan)  torpaqlarda  humusun  miqdarı  az,  məh-
suldarlığı aşağıdır.
Şimalda, soyuq  ərazilər üçün humus qatının daha zəif olduğu tundra-qleyli 
torpaqlar səciyyəvidir. Sərt iqlim bu torpaqlarda çürüntü əmələ gəlmə prose-
sini ləngidir. 
Torpaq tipləri şaquli istiqamətdə, yəni dağın ətəyindən zirvəsinə doğru da 
dəyişir. Bu, hündürlüyə doğru temperatur və yağıntıların dəyişməsi ilə əlaqə-
Yada salın. 
Yada salın. 
 Torpağın rəngi humusun miqdarından asılı olaraq dəyişir. 
Yer kürəsində yayılan əsas torpaq tipləri
Fäaliyy t
ä
Fäaliyy t
ä
Müzakirə edək: Torpaq, bitki və iqlim arasında hansı əlaqə vardır? 
1
2
3
4
Torpaqlar 
Münbitliyi (az/çox) 
Üzərindəki bitki örtüyü
Meşə                
Səhra                
Çöl                  
Tundra  
Təbii kom-
plekslərin 
torpaqlarını  
müqayisə 
edərək 
cədvəli 
tamam-
layın.
Boz, boz-qonur
Qırmızı qonur
Qırmızı-sarı ferralit
Qəhvəyi
Qonur
Tundra-qleyli
Podzol (küləçalan)
Dağlıq ərazilərdə 
şaquli qurşaqlar
Qara, şabalıdı
Çap üçün deyil


Çap üçün deyil


Fäaliyy t
ä
Fäaliyy t
ä
107
106
dardır.  
1. Mətn və xəritədən istifadə edərək torpaq tiplərinin yayıldığı regionları müəyyən edin.
Regionlar
Torpaq tipləri 
Avrasiya   Afrika  Şm.Amerika  C.Amerika   Avstraliya
1. Qırmızı-sarı ferralit
2
3
4
Yaranması və tərkibinə görə __  müxtəlif olur. 
Torpaqların ərazi üzrə yerləşməsi öz əksini __ -də tapır. 
2. Səhv fikirləri düzə çevirin.
a) Məhsuldar qara torpaqlar meşələrin altında geniş yayılmışdır.
b) Tundra-qleyli torpaqlar iqlimi isti olan ərazilərdə yayılmışdır.
c) Torpaq tipləri Yer kürəsində şaquli istiqamətdə – ekvatordan qütblərə doğru dəyişir.
d) Torpaqların müxtəlifliyi və münbitliyi torpaq xəritələrində təsvir edilir.
e) Rütubətli ekvatorial meşələrdə boz, boz-qonur və şoran torpaqlar geniş yayılmışdır.
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Torpaq xəritəsi
Torpaq tipləri
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì tätbìq edìn
41. 
TORPAQLARIN MÜHAFİZƏSİ
Qədim Roma imperatorlarından biri Karfageni zəbt etdikdən sonra oranı xarabalığa 
çevirmək məqsədilə torpaqlarına çoxlu duz səpməyi əmr edir. Bununla da torpaqlar 
öz məhsuldarlığını tamamilə itirir. Təbii ki, bu, düşmənçilik məqsədilə edilmişdi.
· Torpaqların korlanması, yararsız hala salınması necə baş verir? 
Yada salın. 
Yada salın. 
Xarici qüvvələrin təsiri ilə torpağın üst qatı yuyulur və dağılır. 
Şəkillərə əsasən torpaqlarda görülən işləri müəyyən edin. 
Müzakirə edək: 1. Təsvir olunan işlər hansı məqsədlə görülür? 2. Bu işlərin hansılar 
torpaqların korlanmasına, hansılar isə yaxşılaşdırılmasına xidmət edir? 
Torpaq bəşəriyyətin ən qiymətli sərvətidir. Onun qorunması insanlar üçün 
həyati əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Yer kürəsində torpaq eh-
tiyatı o qədər də çox deyil. Əhalinin sürətlə artdığı bir dövrdə torpağa olan 
tələbat da artır  və yararlı torpaq ehtiyatı isə azalır. 
Torpaq həm təbii amillərin, həm də insan fəaliyyətinin təsiri ilə korlanır. Su, 
külək, temperaturun dəyişməsi və s. təbii amillər torpaqların yuyulmasına və 
onun  münbit  qatının  yararsız  hala  düşməsinə  səbəb  olur.  Nəticədə  torpağın 
məhsuldarlığı azalır. 
Lakin torpağa ən böyük ziyanı insanlar vurur. Bu, xüsusilə, kənd təsərrüfatı 
işlərində özünü göstərir. Torpaqlara həddindən artıq gübrə verilməsi, düzgün 
suvarılmaması, otlaq və biçənəklərdə otarılma qaydalarının pozulması və s. 
qeyd etmək olar. 
Bitki örtüyünü, xüsusilə meşələri məhv etməklə insanlar torpağın məhsul-
darlığını azaldır, eroziyanı gücləndirir. Torpaqlar yararsız hala düşərək şoran-
lıqlara,  bataqlıqlara  və  səhralaşmış  ərazilərə  çevrilir.  Bu  xüsusilə  Şimali 
Afrikada, Mərkəzi Asiyada, Cənubi Amerikada və s.-də daha kəskin bilinir.
Yararlı torpaqların böyük bir qismi kanal və su anbarlarının, yaşayış mən-
təqələrinin,  sənaye  müəssisələrinin,  mədənlərin,  yolların  və  digər  tikililərin 
altında qalaraq azalır. Sənaye və məişət tullantıları altında hər il xeyli torpaq 
sahələri tamamilə yararsız hala düşür. Belə torpaqların yenidən bərpa edilməsi, 
yəni rekultivasiyası mümkündür.
Dünyanın torpaq 
tiplərini müəyyən edin.
 xəritəsindən istifadə etməklə, xəritə-sxemdəki məntəqələrə 
uyğun gələn torpaq 
D rsd n sonra
ä
ä
Kontur xəritə üzərində əsas torpaq tiplərinin yayıldığı əraziləri qeyd edin.
1
5
7
6
10
4
9
3
8
2
Çap üçün deyil


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə