Çap üçün deyil



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix26.01.2018
ölçüsü0,84 Mb.
#22573
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

32. 
DÜNYA OKEANININ HİSSƏLƏRİ
Respublikamız Xəzər dənizinin sahilində yerləşir. 
Lakin Xəzər dəniz adlandırılsa da, mütəxəssislər 
onu dünyanın ən böyük gölü hesab edirlər. 
· 
Sizcə, bu, nə ilə əlaqədardır? 
Xəzər 
dənizinin 
kosmosdan 
görünüşü
85
84
Fäaliyyät
Fäaliyyät
Cədvəli dəftərinizə çəkin. Dənizlərin mövqeyini müəyyən edin.
Müzakirə edək: 1. Dənizlərin mövqeyində hansı fərqlər var?  2. Dənizlər okeanla 
necə əlaqəlidir? 
Dənizlər quru vasitəsilə okeandan ayrılan   su sahəsidir. Okeandan təcrid 
olunmasına görə dənizlər bir-birindən fərqlənir. Qurunun içərisinə daha çox 
daxil olan dənizlər daxili dənizlərdir. Qara, Azov, Aralıq, Qırmızı, Baltik, Mər-
mərə və s. dənizlər okeanla boğazlarla birləşir. 
kənar  dənizlər  okeandan  adalar  vasitəsi  ilə  ayrılır.  Onlar  şelf  və  materik 
yamacında yerləşir. Berinq, Oxot, Karib, Norveç, Sarı və s. belə dənizlərdir.  
Materikin sahilində yerləşən 
Dənizlər
Qara dəniz
Barens dənizi
Filippin dənizi
Hansı okeana aiddir
Hansı materikin sahilindədir
Süveyş bərzəxi. 
Bərzəxdə (Misir dövləti-
nin ərazisində)  Aralıq və Qırmızı 
dənizləri  birləşdirən Süveyş kanalı 
çəkilib. 
Adalararası dənizlər materik sahillərindən kənarda, adalar arasında yer-
ləşir, məsələn: Fillipin, Sulavesi, Yava, Fici və s. Okean və dəniz sularının qu-
ruya  daha  çox  daxil  olan  hissələri  körfəz  adlanır.  Körfəzlərin  okeanla  təbii 
sərhədləri olmur. Bəzi dənizlərin adı səhvən körfəz (Meksika, Hudzon), kör-
fəzlərin adı isə dəniz (Ərəbistan) adlandırılmışdır. 
Mətndə adları olan coğrafi obyektləri  kontur xəritədə qeyd edin.
Quru vasitəsilə okeandan ayrılan su sahəsinə __ deyilir. 
Adalar vasitəsilə okeandan ayrılan dənizlər __, okeana bo-
ğaz vasitəsilə birləşən dənizlər __, quruya daha çox daxil 
olan dənizlər isə __ adlanır. __ iki böyük qurunu birləşdirən 
ensiz quru zolağıdır. Quru sahələrini ayıran və ya su sahə-
lərini birləşdirən ensiz su sahələri __ isə suyun quruya daxil 
olan hissəsidir.
Cədvəli dəftərinizə 
çəkin və xəritə-sxem 
əsasında onu 
tamamlayın.
Därsdän  sonra. 
 
Xəritə  üzrə  materiklərdən  birinin  sahili  boyunca  “səyahətə 
çıxın”.  Keçdiyiniz dəniz, boğaz və körfəzlərin adlarını dəftərinizə qeyd edin. 
 
 
AÇAR  SÖZLÄR
Daxili dəniz
Dəniz
Körfəz
Adalararası dəniz
Bərzə
x
Kənar dəniz
Boğaz
Nä öyrändìnìz
Öyrändìklärìnìzì tätbìq edìn
Öyrändìklärìnìzì 
yoxlayın
Öyrändìklärìnìzì 
yoxlayın
Bu, maraqlıdır. 
Sarqas dənizi Atlantik oke-
anının  bir  hissəsidir.  Dənizin  səthi  bolluca   
sarqas yosunları ilə örtülmüşdür. Xarici görü-
nüşünə görə onları “dəniz üzümü” adlandırırlar. 
Sarqas dənizinin bir xüsusiyyəti də sahillərinin 
olmamasıdır.  Dənizin  sərhədlərini  isti  Holf-
strim cərəyanı təşkil edir. Sarqas dənizinin  su-
ları çox böyük şəffaflığa malikdir, lakin dənizin 
səthində  plastik  və  digər  tullantılardan  ibarət 
böyük zibil kütləsi var.
Atlantik okean
ı
Afrika
Yada salın. 
Yada salın. 
Dünya okeanı 4 iri hissədən – Sakit, Atlantik, Hind, Şimal 
Buzlu okeanından ibarətdir.
İran
Səudyyə 
Ərəbistanı
Yəmən
Oman
İraq
Suriya
Misir
Qırmızı dəniz
Hind okeanı
Fars körfəzi
Süveyş
bərzəxi
Dünya okeanının bir hissəsi boğazlardır. Boğazlar dəniz və okeanları  bir-
ləşdirməklə su yollarını xeyli qısaldır. Berinq, Zond, Dreyk, Devis boğazları 
isə okeanları əlaqələndirir. 
Bəzən insanlar okean və dənizləri süni yollarla – kanallarla birləşdirirlər. 
Bunun üçün ən əlverişli yerlər bərzəxlərdir. Bərzəx iki böyük quru sahəsini 
birləşdirən  ensiz  quru  zolaqlardır 
(Panama, Süveyş).
2
4
3
 
6
5
7
 
8
1
Kənar 
Daxili 
Adalararası
Dənizin adı
Coğrafi mövqeyi
1
2
...

Çap üçün deyil


87
86
33. 
OKEANDA QURU SAHƏLƏRİ
Daniel Defonun məşhur əsərinin 
qəhrəmanı Robinzon Kruzo gəmi 
qəzasından sonra 38 il tənha 
yaşamışdır. 
· Onun uzun illər  
öz vətəninə qayıda 
bilməməsinin 
səbəbi nə idi?
Fäaliyyät
Fäaliyyät
Fiziki xəritəyə əsasən ilk baxışdan 4 ən böyük adanı müəyyən edin, coğrafi möv-
qeyini müəyyənləşdirib cədvəli doldurun. 
Adanın adı 
Hansı materikə aiddir 
Hansı okeanda yerləşir

Müzakirə edək: 1. Bu adalar nə ilə fərqlənir? 2.Sizcə, bu adalar necə yaranıb? 
Dünya okeanında böyüklüyünə görə müx-
təlif  quru  sahələri  –  adalar  yerləşir.  Onlar 
materiklərdən ölçülərinin daha kiçik  olması 
ilə  fərqlənir.  Sahəsinə  görə  ən  böyük  ada 
olan  Qrenlandiya  hətta  Avstraliya  materi-
kindən də təxminən üç dəfə kiçikdir. Adalar 
mənşəyinə  görə  müxtəlif  olur  –  materik, 
vulkanik və mərcan adaları. 
Materik mənşəli adalar keçmişdə   ma-
teriklərin  bir  hissəsi  olmuşdur.  Tektonik 
hərəkətlər  nəticəsində  bəzi  ərazilər  enərək 
su altında qalmış, dəniz səviyyəsindən yuxa-
rıda  qalan  quru  sahələri  isə  adaya  çevril-
mişdir. Materik adaları böyük qurudan bo-
ğaz və ya dayazlıqlar vasitəsilə ayrılmışdır. 
Qrenlandiya, Madaqaskar, Şri-Lanka, Kali-
mantan,Yeni  Qvineya,  Tasmaniya  adaları 
materik mənşəlidir.   
Vulkanik mənşəli adalar sualtı vulkan-
ların püskürməsi və lavanın soyuması  nəti-
cəsində yaranmışdır. Vulkanik mənşəli ən bö-
yük ada – Atlantik okeanındakı İslandiyadır. 
Lakin  onlara  ən  çox  Sakit  okeanda  rast 
gəlinir – Havay, Kuril və s. 
Dünya  okeanının  dayazlıqlarında  temperaturu  +20°C-dən  yüksək  olan 
sularda  yaşayan  mərcan  polipləri  də  adalar  yarada  bilirlər.  Belə  adalara 
mərcan  mənşəli  adalar  deyilir.  Məhv  olduqdan  sonra  mərcan  poliplərinin 
qalıqları uzun müddət ərzində toplanaraq daşlaşır və sualtı qayalıqlara, yaxud 
adalara çevrilir. Belə adalar Sakit və Hind okeanlarında daha çox yayılmışdır. 
Məsələn, Böyük Sədd rifi, Maldiv adaları və s. 
Adalar  tək  və  ya  qrup  halında  olur.  Bir-birinə  yaxın  yerləşmiş  ümumi 
bünövrəyə malik adalar qrupu arxipelaq adlanır: Kanada Arktika arxipelaqı, 
Malay arxipelaqı, Filippin adaları  və s. Ada və arxipelaqlarda müstəqil dövlət-
lər yerləşir və yaxud da onlar hansısa bir dövlətə məxsusdur.
Materik mənşəli ada
Vulkanik 
ada  
mənşəli 
Mərcan 
 ada
mənşəli 
__  materikin bir hissəsi olmuşdur.  __  sualtı dağ və 
vulkanların zirvələridir. __  dəniz canlılar – mərcan 
poliplərinin qalıqlarından yaranmışdır. Bir-birinə 
yaxın yerləşən adalar qrupu __ adlanır.
Därsdän sonra. 
Bakıdan Böyük Britaniya adasına olan su yolunu kontur xəritədə  
qeyd edin. Coğrafi obyektləri qeyd edin ( dənizlər, boğazlar, körfəzlər, çaylar, keçdiyi 
və ətrafında yerləşdiyi ölkələr).
Cədvəli tamamlayın:
Adanın adı
Mənşəyi

1
2
3
4
5
6
7
8
9
10
2
8
9
5
4
7
6
10
3
1
Cədvəli dəftərinizə 
köçürün. Mətndən, fiziki 
və siyasi xəritədən istifadə 
edərək cədvəli doldurun. 
Ada və 
arxipelaqların adı
Madaqaskar
İslandiya
Böyük Sədd rifi
Mənşəyi  Ölkə
Azərbaycandan hansı 
istiqamətdə yerləşir
Kalimantan
Yapon adaları
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Arxipelaq
Vulkanik  adalar
Materik mənşəli adalar
Mərcan mənşəli adalar
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Yada salın. 
Yada salın. 
Hər tərəfdən su ilə əhatə olunmuş kiçik quru parçasına 
                       ada deyilir.
Çap üçün deyil


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə