87
86
33.
OKEANDA QURU SAHƏLƏRİ
Daniel
Defonun məşhur əsərinin
qəhrəmanı Robinzon Kruzo gəmi
qəzasından sonra 38 il tənha
yaşamışdır.
· Onun uzun illər
öz vətəninə qayıda
bilməməsinin
səbəbi nə idi?
Fäaliyyät
Fäaliyyät
Fiziki xəritəyə əsasən ilk baxışdan 4 ən böyük adanı müəyyən edin, coğrafi möv-
qeyini müəyyənləşdirib cədvəli doldurun.
Adanın adı
Hansı
materikə aiddir
Hansı okeanda yerləşir
№
Müzakirə edək: 1. Bu adalar nə ilə fərqlənir? 2.Sizcə, bu adalar necə yaranıb?
Dünya okeanında böyüklüyünə görə müx-
təlif quru sahələri – adalar yerləşir. Onlar
materiklərdən ölçülərinin daha kiçik olması
ilə fərqlənir. Sahəsinə görə ən böyük ada
olan Qrenlandiya hətta Avstraliya materi-
kindən də təxminən üç dəfə kiçikdir. Adalar
mənşəyinə görə müxtəlif olur –
materik,
vulkanik və mərcan adaları.
Materik mənşəli adalar keçmişdə ma-
teriklərin bir hissəsi olmuşdur. Tektonik
hərəkətlər nəticəsində bəzi ərazilər enərək
su altında qalmış, dəniz səviyyəsindən yuxa-
rıda qalan quru sahələri isə adaya çevril-
mişdir. Materik adaları böyük qurudan bo-
ğaz və ya dayazlıqlar vasitəsilə ayrılmışdır.
Qrenlandiya, Madaqaskar, Şri-Lanka, Kali-
mantan,Yeni Qvineya, Tasmaniya adaları
materik mənşəlidir.
Vulkanik mənşəli adalar sualtı vulkan-
ların püskürməsi və lavanın soyuması nəti-
cəsində yaranmışdır. Vulkanik mənşəli ən bö-
yük ada – Atlantik okeanındakı İslandiyadır.
Lakin onlara ən çox Sakit okeanda rast
gəlinir – Havay, Kuril və s.
Dünya okeanının dayazlıqlarında temperaturu +20°C-dən yüksək olan
sularda yaşayan mərcan polipləri də adalar yarada bilirlər. Belə adalara
mərcan mənşəli adalar deyilir. Məhv olduqdan sonra mərcan poliplərinin
qalıqları uzun müddət ərzində toplanaraq daşlaşır və sualtı qayalıqlara, yaxud
adalara çevrilir. Belə adalar Sakit və Hind okeanlarında daha çox yayılmışdır.
Məsələn, Böyük Sədd rifi, Maldiv adaları və s.
Adalar tək və ya qrup halında olur. Bir-birinə yaxın yerləşmiş ümumi
bünövrəyə malik adalar qrupu
arxipelaq adlanır: Kanada Arktika arxipelaqı,
Malay arxipelaqı, Filippin adaları və s. Ada və arxipelaqlarda müstəqil dövlət-
lər yerləşir və yaxud da onlar hansısa bir dövlətə məxsusdur.
Materik mənşəli ada
Vulkanik
ada
mənşəli
Mərcan
ada
mənşəli
__ materikin bir hissəsi olmuşdur. __ sualtı dağ və
vulkanların zirvələridir. __ dəniz canlılar –
mərcan
poliplərinin qalıqlarından yaranmışdır. Bir-birinə
yaxın yerləşən adalar qrupu __ adlanır.
Därsdän sonra.
Bakıdan Böyük Britaniya adasına olan su yolunu kontur xəritədə
qeyd edin. Coğrafi obyektləri qeyd edin ( dənizlər, boğazlar, körfəzlər, çaylar, keçdiyi
və ətrafında yerləşdiyi ölkələr).
Cədvəli tamamlayın:
Adanın adı
Mənşəyi
№
1
2
3
4
5
6
7
8
9
10
2
8
9
5
4
7
6
10
3
1
Cədvəli dəftərinizə
köçürün. Mətndən, fiziki
və
siyasi xəritədən istifadə
edərək cədvəli doldurun.
Ada və
arxipelaqların adı
Madaqaskar
İslandiya
Böyük Sədd rifi
Mənşəyi Ölkə
Azərbaycandan hansı
istiqamətdə yerləşir
Kalimantan
Yapon adaları
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR SÖZLÄR
Arxipelaq
Vulkanik adalar
Materik mənşəli adalar
Mərcan mənşəli adalar
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Yada salın.
Yada salın.
Hər tərəfdən su ilə əhatə olunmuş kiçik quru parçasına
ada deyilir.
Çap üçün deyil
89
88
34.
ÇAYLAR
Təsvirlərin hər ikisi eyni çaya – Kürə
aiddir. Dar dərə boyunca sürətlə axan
çayda maraqlı bir idman növünün –
raftinqin inkişafı üçün şərait yaranır.
Enli çay dərəsində
isə suyun zəif sürəti
başqa bir idman növünün – avarçək-
mənin inkişafına imkan verir.
Çay dərəsinin formalaşmasında relyefin təsiri böyükdür. Dağ çayları yum-
şaq süxurlar üzərində axaraq dərin, ensiz və dik yamaclara malik dərələr –
kanyonlar əmələ gətirir. Ən dərin kanyonlar Şimali Amerikada Kolorado və
Kolumbiya çayları üzərindədir.
Dağ çayları bərk süxurlar üzərindən axdıqda, onları yuya bilmir. Bu halda
onlar hündürdən tökülərək
şəlalə
əmələ gətirirlər. Şimali Amerikada
Niaqara şəlaləsi 51 metr, Afrikadakı Viktoriya şəlaləsi isə 120 metr hündür-
lükdən tökülür.
Dünyanın ən hündür şəlaləsi Anhel (1054 m) Cənubi Amerikada yerləşir.
Düzənlik çayları ( ) sakit və yavaş axır. Onlar
subasarı və terrasları olan
geniş dərələr yaradır.
Subasar – çayın səviyyəsi qalxdığı zaman su altında qalan
( )
a
b
ərazilərdir. Alçaq dağlıq və dağətəyi ərazilərdə, düzənliklə axan çay dərəsində ya-
mac boyu yaranan pilləvari sahillər
terras adlanır.
Çaylar sahillərini yuyaraq dərələrinin formalarını dəyişir. Maneələrlə rast-
laşdıqda onlar sərt döngələr –
meandrlar ( ) yaradır.
Axın boyu çaylar dərəsini formalaşdırır. Yuyulması daha çətin olan sü-
xurların səthə yaxın yerləşdiyi dayaz yerlərdə
astanalar ( ) yaranır. Astanalar
gəmiçiliyə mane olur.
Çaylar dibini və sahillərini yuyaraq xeyli miqdarda materiallar gətirir.
Mənsəbdə toplanan bu materiallar çayın çoxlu qollara ayrılmasına səbəb olur.
Çayın qollara ayrıldığı geniş ərazi
delta ( ) adlanır.
Bəzi çayların mənsəbində güclü axınlar və ya qabarmalar toplanmış
materialları sahildən aparır və qıfa bənzər körfəz –
estuari ( ) yaradır.
c
d
e
f
Meandr
· Eyni çayda müşahidə olunan fərqliliyi necə izah etmək olar?
Təchizat:
, torpaq, kasa, su.
İşin gedişi:
1. Küveti torpaqla doldurun və onu
döyəcləyərək möhkəmləndirin.
2. Kasanı
torpağa yerləşdirin, içinə su
tökərək “göl” yaradın ( ).
3. Küvetin bir tərəfini qaldırın ( ), kasadan
tökülən suyun axınını müşahidə edin.
4. Küveti bir qədər də yuxarı qaldırmaqla
təcrübəni təkrar edin.
küvet
a
b
Fäaliyyät-
Fäaliyyät-
täcrübä.
Çay axınının müxtəlifliyi.
Müzakirə edək:
1. Hansı vəziyyətdə su axını daha sürətli
oldu?
2. Hansı halda su axını
daha çox torpaq
yuyur?
3. Nə üçün su birbaşa axmır?
b
a
Cay vadisinin quruluş sxemi
b
e
Delta
Estuari
f
Şəlalə
və onun
sxemi
a
b
Çay yatağı
Subasar
Terraslar
Astana və onun sxemi
d
Çap üçün deyil