Tərkib hissəli qapaqların hazırlanması. Tərkib hissəli qapaqlar rulonlu örtük materialından istifadə etməklə yuxarıda adları çəkilən rulonlu universal maşınlarda hazırlana bilər. Bu məqsədlə rulonlu maşınlar əlavə olaraq rulon qurğusu və yapışdırma aparatı ilə təchiz olunmalıdır. Əlavə rulon qurğusuna iki rulon cild üçün örtük materialı, digər qurğuya isə kötük materialının rulonu yerləşdirilir. Maşın işləyərkən lentlər rulondan açılaraq müvafiq yapışdırma aparatından keçir və öz aralarında yapışırlar. Sonra yapışdırılmış lentlər tam örtüklü qapaqların hazırlanmasında olduğu kimi eyni əməliyyatları yerinə yetirən bütün mexanizmlərdən keçir (şəkil 19,b). Lakin bu halda da tam örtüklü qapaqların hazırlanmasında olan məhdudiyyətlər müşahidə olunur.
Ona görə də tərkib hissəli qapaqlar əvvəlcədən vərəqdə çap olunmuş örtük materialı ilə vərəqli maşınlarda hazırlanır. Bu maşınlarda adətən bütün əməliyyatlar iki gedişə yerinə yetirilir. Əvvəlcə karton tərəflər kötük materialı ilə birləşdirilir və kötük yeriyapışdırılır (şəkil 20,a,b). Bununla da qapağın fərdiləşməsi alınır. Bunun üçün maşına iki topa karton tərəf, kötük materialı və kötük yeri materialı yüklənir.
Sonra fərdiləşmiş qapaqlar və kəsilmiş örtük materialının iki topası maşının ötürücü qurğusuna yerləşdirilir. Bu qurğu örtük materialını fərdi qapaqlara yapışdırır (şəkil 20,c,ç,d). Maşının konstruksiyasından asılı olaraq bu iki proqonu (gediş) eyni bir maşında və ya iki müxtəlif maşın-avtomatda yerinə yetirmək olar.
Qapaq hazırlayan maşından çıxan cild qapaqları izafi rütubətin kənarlaşdırılması və sonrakı əməliyyatların normal yerinə yetirilməsi üçün qurutma qurğusuna istiqamətlənir. Adətən qurutma qızdırılmış hava axını və ya termoşüalanma ilə (10-20 dəqiqə ərzində) yerinə yetirilir.
Şəkil 20. Rulonlu qapaq hazırlayan avtomatda tam örtüklü cild
qapağının hazırlanması sxemi
Dostları ilə paylaş: |