Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə105/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   101   102   103   104   105   106   107   108   ...   136

www.vivo-book.com 

 

556 



qədəh  araq-7  sifariĢ  etdim.  Qədəhi  də  əlimə  alıb  telefon 

aparatına yaxınlaĢdım və Saraya zəng vurdum. 

– Allo, bu Henridir. Mən burdayam. 

–  Restoranın  önündən  iki  dəfə  keçdiyinizi  gördüm. 

Qorxmayın. Ġndi haradasınız? 

– “Krab Limanı”nda. Oturub özüm üçün vururam. Bir 

azdan yanınıza gələcəm. 

– DanıĢdıq. Amma çox içməyin.  

Ġlk  qədəhdən  sonra  birini  də  içdim.  BoĢ  bir  kabinet 

tapdım  və  orada  oturdum.  Həqiqətən  oraya  getmək 

istəmirdim. 

Heç 


Saranın 

necə 


göründüyünü 

də 


xatırlamırdım. 

Ġçkimi bitirdim və onun restoranına getdim. MaĢından 

düĢdüm,  setkalı  qapını  açdım  və  içəri  daxil  oldum.  Sara 

piĢtaxtanın arxasında dayanmıĢdı. O məni gördü. 

–  Salam,  Henri!  –  o  dedi,  –  bir  dəqiqə  sonra  sizin 

yanınıza gələcəm.  

O  nəsə  hazırlayırdı.  Ətrafda  dörd,  ya  da  beĢ  kiĢi  gözə 

dəyirdi,  bəziləri  oturmuĢdu,  bəziləri  isə  ayaq  üstə 

dayanmıĢdılar. Bəzi adamlar divanda oturmuĢdular, bəziləri 



www.vivo-book.com 

 

557 



döĢəmədə.  Onların  hamısı  iyirmi-iyirmibeĢ  yaĢlarında 

olardılar, hamısı bir-birinə bənzəyirdilər, əyinlərində gəzinti 

üçün  qısa  tuman  vardı  və  sadəcə  oturmuĢdular.  Ara-sıra 

onlardan birisi bir ayağını o biri ayağının üstünə aĢırır, ya da 

öskürürdü.  Əslində,  Sara  kifayət  qədər  qəĢəng  qadın  idi, 

qədd-qamətliydi  və  zalda  çox  çevik  hərəkət  edirdi.  Onun 

açıq kürən saçları vardı. Çox qəĢəng görünürdü. 

– Ġndi sizin qayğınıza qalarıq, – o mənə dedi. 

– YaxĢı, – mən dedim. 

Zalda  bir  kitab  rəfi  vardı.  Orada  mənim  də  üç,  ya  da 

dörd  kitabım  qoyulmuĢdu.  Rəfdən  Lorkanın  kitablarından 

birini  tapıb  yerimə  oturdum  və  özümü  oxuyurmuĢ  kimi 

göztərdim.  Belə  etməklə  mən,  heç  olmasa,  bu  oğlanların 

əynindəki  gəzinti  tumanlarını  görmürdüm.  Onlar  elə 

görünürdülər,  elə  bil  həyatda  heç  bir  pis  Ģey  onlara 

toxunmamıĢdı – anaları onların qayğısına yaxĢı qalmıĢdı və 

onları  qorumuĢdu,  üzlərindən  də  həyatdan  məmnunluq 

ifadəsi  əskik  olmurdu.  Onlardan  heç  biri,  deyəsən, 

həbsxanaya  düĢməmiĢdi  və  ya  ağır  əl  əməyi  ilə  məĢğul 

olmamıĢdı,  ya  da  polis  onları  yol  hərəkəti  qaydalarını 




www.vivo-book.com 

 

558 



pozduqlarına görə cəzalandırmamıĢdı. Bütün bu kütlə elə bil 

süddən yığılmıĢ qaymaq idi. 

Sara  mənə  bir  dənə  sağlam  qidadan  hazırlanmıĢ 

buterbrod gətirdi. 

– Al, bunun bir dadına bax. 

Bu oğlanlar zalda veyilləndikləri vaxt mən buterbrodu 

həzmi-rabedən  keçirdim.  Çox  keçmədən  onlardan  biri 

yerindən  qalxıb  çölə  çıxdı.  Sonra  onun  arxasınca  birisi  də 

çıxdı. Sara təmizlik iĢləri ilə məĢğul idi. Zalda oğlanlardan 

yalnız  birisi  qalmıĢdı.  Onun  təxminən  22  yaĢı  olardı.  O, 

döĢəmədə  oturmuĢdu.  Uzundraz  idi  və  beli  yay  kimi 

əyilmiĢdi.  Ağır  qara  sağanaqlı  gözlük  taxmıĢdı.  YoldaĢları 

ilə müqayisədə o daha yalqız və daha əbləh görünürdü. 

– Ey, Sara, – oğlan dedi, – gəl bu axĢam pivə içməyə 

gedək. 

–  Yox,  bu  axĢam  olmaz,  Mayk.  Sabah  axĢam  getsək 



necə olar? 

– DanıĢdıq, Sara. 

O  yerindən  qalxıb  piĢtaxtaya  yaxınlaĢdı.  Oraya  bir 

sikkə  qoydu  və  özü  üçün  sağlam  qidadan  hazırlanmıĢ  bir 




www.vivo-book.com 

 

559 



peçenye  seçdi.  PiĢtaxtanın  yanında  dayanıb  öz  sağlam 

qidadan  hazırlanmıĢ  peçenyesini  yeyirdi.  Peçenyeni 

bitirəndən sonra dönərək restorandan çıxdı. 

– Buterbrodu bəyəndinmi? – Sara məndən soruĢdu. 

– Hə, pis deyildi.  

– Bayırda yolun kənarına düzülmüĢ  masanı və stulları 

içəri gətirə bilərsinizmi? 

Mən masanı və stulları içəri gətirdim. 

– Ġndi nə eləmək istəyirsiniz? – o soruĢdu. 

– Hmm, barları xoĢlamıram. Orada hava ağır olur. Gəl 

içməyə nəsə alıb sənin evinə gedək.  

– YaxĢı. Mənə zibili çölə çıxarmağa kömək edin. 

Ona  zibili  çölə  çıxarmağa  kömək  etdim.  Sonra  Sara 

restoranı bağladı. 

– MaĢını mənim furqonumun arxasınca sürün. Çox əla 

Ģərablar  satılan  bir  dükan  tanıyıram.  Sonra  isə  maĢını 

arxamca mənim evimə sürərsiniz. 

Onun furqon folksvageni vardı və mən maĢınımı onun 

arxasınca sürdüm. Onun maĢınının arxa ĢüĢəsinə hansısa bir 

kiĢinin  rəsmi  olan  bir  plakat  yapıĢdırılmıĢdı.  “Gülümsəyin 




www.vivo-book.com 

 

560 



və sevinin” – Ģəkil mənə məsləhət görürdü, plakatın altında 

isə kiĢinin adı yazılmıĢdı – Drayer Baba. 

Onun evinə çatandan sonra biz Ģərab ĢüĢəsini açdıq və 

divanda  oturduq.  Onun  evinin  düzəni  mənim  çox  xoĢuma 

gəldi. Evindəki bütün mebeli, çarpayı da daxil olmaqla, özü 

düzəltmiĢdi.  Hər  yerdə  Drayer  Babanın  Ģəkilləri  vardı. 

Özünün  Allah  olduğunu  iddia  edən  bu  adam  Hindistanda 

doğulmuĢ və 1971 – ci ildə vəfat etmiĢdi.  

Sara ilə oturub birinci ĢüĢə Ģərabımızı içdiyimiz dəmdə, 

qapı  açıldı  və  diĢləri  qabağa  çıxan  uzun  saçlı  və  çox  uzun 

saqqallı bir gənc adam içəri daxil oldu.  

– Bu Rondur, mənim otaq yoldaĢım, – Sara onu mənə 

təqdim edərək dedi. 

– Salam Ron, Ģərab istəyirsənmi? 

Ron  da  bizimlə  Ģərab  içdi.  Sonra  isə  gombul  bir  qızla 

baĢı  daz  qırxılmıĢ  arıq  bir  oğlan  içəri  daxil  oldular.  Bu 

gələnlərin  adı  Perl  və  Cek  idi.  Onlar  da  bizimlə  əyləĢdilər. 

Daha  sonra  baĢqa  bir  gənc  oğlan  gəldi.  Onun  adı  Cin  Con 

idi.  Cin  Con  da  bizim  yanımızda  oturdu.  Sonra  Pet  gəldi. 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə