Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə106/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   102   103   104   105   106   107   108   109   ...   136

www.vivo-book.com 

 

561 



Petin qara saqqalı  və  uzun saçları  vardı.  O,  döĢəmədə,  düz 

mənim ayaqlarımın yanında oturdu. 

– Mən Ģairəm, – Pet dedi. 

Mən Ģərabdan bir udum aldım. 

–  Yazılarını  çap  etdirmək  üçün  neyləmək  lazımdır?  – 

deyə o məndən soruĢdu. 

– Yazıları redaktorlara təqdim etmək.  

– Amma mən hələ tanınmıĢ birisi deyiləm. 

– Hamı bu iĢə baĢlayanda tanınmamıĢ olur. 

–  Mən  həftədə  üç  gün  bədii  qiraətlə  çıxıĢ  edirəm. 

Üstəlik də mən aktyoram, ona görə də yaxĢı qiraət edirəm. 

Belə düĢündüm ki, öz Ģeirlərimi oxusam kifayət edər, bəlkə 

də  kimsə  mənim  qiraətimi  eĢidib  Ģeirlərimi  çap  eləmək 

istəyə bilər. 

– Bu mümkün deyil.  

–  Məsələ  ondadır  ki,  mən  qiraət  edəndə,  heç  kəs 

dinləməyə gəlmir.  

– Sizə nə məsləhət görəcəyimi bilmirəm. 

– Öz kitabımı özüm çap etdirmək qərarına gəlmiĢəm. 

– Uitman da belə eləmiĢdi. 




www.vivo-book.com 

 

562 



– Siz bir neçə Ģeirinizi bizim üçün oxuyarsınızmı? 

– Ġlahi, yox. 

– Niyə axı yox? 

– Mən, sadəcə, içmək istəyirəm. 

– Siz kitablarınızda içki haqqında çox yazırsınız. Sizcə 

içki sizə kitablarınızı yazmağa kömək edibmi? 

–  Yox.  Mən,  sadəcə,  günortaya  qədər  yataqda  qala 

bilmək  üçün  yazıçı  olmuĢ  içki  düĢkünüyəm.  –  Saraya  tərəf 

döndüm. – Sənin bu qədər dostun olduğunu heç bilmirdim. 

– HəmiĢə belə olmur. Ġndiyə qədər belə olduğunu heç 

xatırlamıram. 

– ġərabımızın bu qədər çox olması məni sevindirir. 

–  Əminəm  ki,  onlar  tezliklə  çıxıb  gedəcəklər,  –  Sara 

dedi. 


Qalanları  oturub  bir-biri  ilə  söhbət  edirdilər.  Söhbətin 

mövzusu tez-tez dəyiĢdiyindən daha onlara qulaq asmırdım. 

Sara  gözümə  çox  qəĢəng  görünürdü.  O  ağzını  açıb  nəsə 

deyəndə, çox ağıllı və kəskin sözlər deyirdi. Onun iti beyni 

vardı. Əvvəlcə Perl ilə Cek bizi tərk etdilər. Sonra Cin Con 

getdi.  Sonra  isə  Ģair  Pat  mürəxxəs  oldu.  Ron  Saranın  bir 




www.vivo-book.com 

 

563 



tərəfində,  mən  isə  o  biri  tərəfində  oturmuĢduq.  Yalnız 

üçümüz  qalmıĢdıq.  Ron  özü  üçün  bir  qədəh  Ģərab  süzdü. 

Mən  onu  günahlandıra  bilməzdim,  çünki  o,  Saranın  otaq 

yoldaĢı  idi.  Orada  ondan  daha  uzun  müddət  oturacağıma 

ümid edə bilməzdim. Çünki o öz evindəydi. Bir qədəh Sara 

üçün.  Bir  qədəh  də  özümə  Ģərab  süzdüm.  Qədəhi 

boĢaldandan sonra Ron ilə Saraya dedim: 

– Hə, daha vaxtdı, mən getməliyəm. 

– Ay, yox, – deyə Sara etiraz etdi, – belə tez getməyin. 

Sizinlə  danıĢmaq  üçün  heç  imkan  tapa  bilmədim.  Sizinlə 

söhbət eləmək istəyirdim. – Sara dedi və dönüb Rona tərəf 

baxdı.  –  Ron,  sən  mənim  nə  demək  istədiyimi  baĢa 

düĢürsən, elə deyilmi? 

– Əlbəttə. 

O ayağa qalxdı və evin arxa hissəsinə getdi. 

–  Ey,  –  mən  dedim,  –  mən  burda  nəsə  bir  pox 

qaynatmaq istəmirəm. 

– Hansı poxdan danıĢırsınız? 

– Sən və sənin otaq yoldaĢının arasında. 



www.vivo-book.com 

 

564 



–  Bizim  aramızda  heç  bir  münasibət  yoxdur.  Nə seks, 

nə  də  baĢqa  bir  münasibət.  O,  evin  arxasındakı  otağı 

kirayələyib.  

– Aha. 


Qulağıma  gitara  səsi  gəldi.  Sonra  isə  kimsə  ucadan 

mahnı oxumağa baĢladı. 

– Bu Rondur, – Sara izah etdi. 

O, sadəcə, böyürürdü. Elə bil donuzları çağırırdı. Onun 

səsi elə pis idi ki, heç bir Ģərhə ehtiyac qalmırdı.  

Ron təxminən bir saat beləcə anqıraraq oxudu. Sara ilə 

mən bir az da Ģərab içdik. O bir neçə Ģam da yandırdı. 

– Alın bir dənə bidinin dadına baxın.  

Mən  birisinin  dadına  baxdım.  Bidi  Hindistandan 

gətirilmiĢ mixəyi rəngli balaca siqaretdir. Onun qəĢəng ağız 

büzüĢdürən acı dadı vardı. Mən Saraya tərəf döndüm və biz 

ilk  dəfə  öpüĢdük.  O  yaxĢı  öpüĢürdü.  AxĢamımız  deyəsən 

düzəlirdi.  

Birdən setka qapı zərblə açıldı və otağa cavan bir oğlan 

daxil oldu. 



www.vivo-book.com 

 

565 



– Barri, – Sara dedi,  – Mən daha heç bir qonaq qəbul 

eləmirəm. 

Qapı  yenə  çırpıldı  və  Barri  gözdən  itdi.  Mən  artıq 

gələcək  problemləri  görə  bilirdim:  guĢəniĢin  birisi 

olduğumdan,  bu  qədər  çox  adamların  gəlib-getməsinə 

səbrim çatmırdı. Qısqanclıqla bunun heç bir əlaqəsi yox idi. 

Sadəcə,  insanları  və  kütlələri,  harada  olmasından  asılı 

olmayaraq  xoĢlamırdım,  əlbəttə  ki,  bədii  qiraətlə  çıxıĢ 

etdiyim  hallar  buna  aid  deyil.  Ġnsanlar  məni  əskildirdilər, 

mənim həyat enerjimi əmib qurudurdular.  

“Ġnsanlıq,  bu  sənin  içində  elə  əvvəldən  olmayıb.”  Bu 

mənim devizim idi.  

Sara  ilə  mən  yenidən  öpüĢdük.  Hər  ikimiz  də  çox 

içdiyimizdən lül-qəmbər idik. Sara bir ĢüĢə də Ģərab açdı. O 

Ģərabı  öz  içində  saxlamağı  yaxĢı  bacarırdı.  Onunla  nə 

haqqında  söhbət  etdiyimizi  xatırlamıram.  Saranın  ən  yaxĢı 

cəhəti  mənim  yaradıcılığıma  çox  az  istinadlar  etməsi  idi. 

Sonra son ĢüĢəmiz də boĢaldı, mən Saraya dedim ki, maĢın 

sürmək  iqtidarında  deyiləm  və  ona  görə  də  evə  gedə 

bilməyəcəyəm.    




www.vivo-book.com 

 

566 



–  Oh,  sən  mənim  çarpayımda  yata  bilərsən,  amma 

seksdən söhbət gedə bilməz. 

– Niyə axı? 

– Evlənmədən sekslə məĢğul olmaq olmaz. 

– Olmaz deyirsən? 

– Drayer Baba buna inanmır. 

– Bəzən Allah da səhvə yol verə bilər. 

– Heç vaxt. 

– YaxĢı, sən deyən olsun, gəl yatağa girək. 

Biz  qaranlıqda  bir  də  öpüĢdük.  Ġstənilən  halda  mən 

öpüĢmək  dəlisiydim  və  Sara  da  həyatımda  rast  gəldiyim 

insanlar  arasında  ən  yaxĢı  öpüĢən  qadın  idi.  Onunla 

müqayisə  edilə  biləcək  birisini  tapmaq  üçün  mən  xəyalən 

Lidiya  ilə  birlikdə  olduğum  dövrə  qədər  geri  qayıtmalı 

olacaqdım.  Nə  deyirsiniz  deyin,  amma  hər  bir  qadını 

fərqləndirən Ģeylər var. Onların hər biri fərqli, özünəməxsus 

bir  Ģəkildə  öpüĢür.  Ġndi  bəlkə  də  Lidiya  haradasa  hansısa 

əclafı  öpür,  ya  da  daha  pisi  onun  Ģeyini  öpürdü.  Katrina 

yəqin indi Ostidə yataqda yuxulayıb. 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə