37
bərabər Qərb əxlaqı gətirən kapital hakimiyyətinin 70 illik
fasilədən sonra cəmiyyətimiz üçün yenidən böyük təhlükə
mənbəyinə çevrildiyi bir şəraitə təsadüf edir. Lakin çox
təəsüf ki, XX əsrin 20-ci illərindən bəri keçirdiyimiz mənə-
vi tənəzzül tamaşanın əvvəlki səviyyədə, orcinaldakı təmiz-
liklə qoyuluşuna da mane olur. Ariflər, Aydınlar, Gültəkin-
lər, Afətlər kapitalın qanadlarında gələn Qərb ab-havasın-
dan boğulanların parlaq nümunəsidir. Lakin bu gün bizim
məqsədimiz bu qlobal proseslərin qurbanları üçün sadəcə
ağlamaq və ya hətta günahı mühitin üzərinə ataraq onlara
bəraət qazandırmaq deyil, faciələrin qarşısını almaq üçün
real vasitələr aramaqdır.
Cavid hələ o vaxt, bəlkə zamanı qabaqlayaraq, bəlkə
də İstambulun nümunəsini görüb onu Bakıya da transfor-
masiya etməklə «Uçurum»da Şərq-Qərb münasibətlərinin
müasir dövr üçün çox aktual məqamlarına toxunurdu:
Avropada işıq da var, zülmət də.
Orda səfahətdə var, fəzilət də.
O bir əngin dəniz ki, çox qorxuncdur.
İnsan gah inci bulur, gah boğulur.
Qərb dünyasındakı əksilikləri, təzadları çox gözəl
duyan, gözəl bilən Cavid bizim Qərbə birtərəfli
münasibətimizdən çox narahat olur: «Avropadan – fəzilət,
himmət, cidiyyət, vüqar dururkən – yalnız çürük bir
38
züppəlik aldılar», - deyən şair elə bil ki gələcək təhlükələri
görərək, bizi «ayıq davranmağa» dəvət edirdi.
O vaxt Cavidi realizmdən uzaqlaşmaqda təqsirlən-
dirirdilər. Lakin Cavid mümkün gələcəyin mümkün fəsad-
larını irəlicədən əks etdirir və belə bir gələcəyin heç vaxt
reallaşmaması üçün çalışırdı...
Lakin, heyhat! O zaman gəldi. Təhlükələr reallaşdı.
Və çox təəssüflər olsun ki, bu gün Cavid daha yalnız səma
şairi olaraq qalmır, həm də reallıqları əks etdirir. Təəssüflər
olsun ki, bu gün kapital dünyasının törətdiyi zinalara qarşı
mənəvi müqavimət o dərəcədə zəifləmiş ki, onun qurbanla-
rı Aydınların, Gültəkinlərin böyük dramatik mübarizəsini,
faciəsini yaşamadan, Cabbarlının heç vaxt ağlına belə gətir-
mədiyi bir halda, çox sadəcə – Cəlallar və Afətlərin taleyini
yaşayırlar. Cavidsə hələ o vaxt bunları çox sakit yazırdı,
sanki olan bir şeyi təsvir edirdi. Cabbarlı üçün bu
ağlasığmaz bir eniş, «Uçurum»dakından daha dəhşətli və
əslində qeyri-mümkün olan bir uçurumdur.
Cabbarlı Cavidin hansı dövr üçün yazdığını anlamaq
üçün gələcəyə də nəzər salır və bunları ən bədbin proqnoz
halında da qəbul etmir. (Cabbarlı türkü, türklüyü çox uca
tutur, lakin çox ucada olanın düşərkən daha aşağı
yuvarlanmaq «şansını» unudur). Cabbarlı bu proqnozu
təhlil edərək yazır ki, bəzilərinə görə «... şimdi bizdə Afət
həyatı yoxsa da, get-gedə həyat tərəqqi edib qadınlarımız
39
açılınca əlli ildən sonra Afət həyatı vücuda glə bilər. Cəlal
bizdə yoxsa da, bəlkə Türkiyədə buluna bilər, - deyənlərə
də cavab olaraq... biz deyirik ki, qırx il də, əlli il də bundan
sonra Azərbaycan, ya türklüyün başqa bir ölkəsi, həmçinin
Türkiyə Afət həyatı ilə yaşaya bilməyəcəkdir...» (C.Cab-
barlı. «Ədəbi mübahisələr»).
Necə də böyük bir inam! Necə də böyük bir
romantika!
Bax, burada, bu günkü həyatın müstəvisində rollar
dəyişir, Cavid daha çox realist, Cabbarlı daha çox romantik
təsiri bağışlayır.
Ey böyük Cabbarlı! Biz sənə inanmaq istəyirik.
Sənin kimi inamlı olmaq istəyirik. Biz bu günkü halların
müvəqqəti bir çaşqınlıq olduğuna, ötəri, keçici olduğuna
inanmaq istəyirik! İnanırıq da! İnanırıq, çünki səbəblərini
bilirik. Bildiyimiz şeylə mübarizə etmək isə daha rahatdır.
Ey böyük Cavid! Əsərin sonunda, qloballaşma
dövründə bizi gözləyən bəlaları, reallıqları qələmə aldığın
üçün, bizi irəlicədən xəbərdar etdiyin və Qərbə optimal
münasibət düsturunu formalaşdırdığın üçün biz Sənə
minnətdarıq!
Əvvəla, bilmək lazımdır ki, müasir Azərbaycan
gerçəkliyində Cəlallar və Afətlər heç də milli tərəqqinin
aparıcı qüvvələrini deyil, yeni yaranmış və hələ dərin kök
atmamış müvəqqəti bir zümrənin timsalıdır. Cavid bu
40
obrazları bədii ümumiləşdirmə səviyyəsində təqdim edə
bilir, ona görə ki, onlar artıq tək-tək adamlar olmayıb,
bütöv bir zümrə, təbəqədir. Lakin heç də elita olmayıb,
mənən yoxsul nuvorişlərin və onların həyat tərzinə həsəd
aparan meşşanların timsallarıdır. Qərbin «müasir» həyatı və
«kütləvi mədəniyyətinin» təsiri altına düşmüş zəif iradəli
insanlardır. «Uçurum»da oxuyuruq:
Yurdumuzu sardıqca
Düşgün Paris modası
Hər kəsə örnək oldu
Sərsəm firəng ədası
Cabbarlı, əlbəttə, haqlıdır ki, Afətlər və Cəlallar
türkün təmsilçisi ola bilməzlər. Lakin Cavid də qarşısına
belə bir məqsəd qoymur. O, sadəcə olaraq nə vaxtsa cə-
miyyətdə mümkün ola biləcək alternativ həyat tərzini təsvir
edir. Onlar da cəmiyyətin, ictimai mühitin reallıqlarıdır.
Cəmiyyətin aparıcı qüvvələrinin əsas vəzifələrindən biri də
elə məhz bundan ibarətdir ki, ictimai tərəqqinin daxili
məntiqindən, milli mentalitetdən irəli gəlməyən yabançı
ictimai proseslərin genişlənməsinə imkan verməsin.
Onların qarşısını tamamilə almaq isə ona görə mümkün
deyil ki, hətta ən yüksək inkişaf səviyyəli cəmiyyətlərdə də
milli özünüdərk həddinə çatmamış bəsit mənəviyyatlı və
zəif iradəli insanlar vardır. Qloballaşma və insan hüquqları
isə məhz mənəvi şikəstlərin də «hüququnu» müdafiə edir.
Biz bu gün qapıları bütün dünyaya açılmış yeni, azad
Dostları ilə paylaş: |