Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə18/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 

 

70 



arzu və ümidləri ilə, insanın keyfiyyətləri ilə mövcud həyat 

arasındı  uyğunsuzluq  var,  İnsanın  məntiqi  ilə  həyatn 

məntiqi  üst-üstə  düşmür.  İblis  isə  həmin  həyatı  ona  görə 

yaxşı  bilir  ki,  həyat  hələ  onun  məntiqnə  uyğun  şəkildə 

dövran  edir,  Şekspirin  məşhur  sonetində  deyildiyi  kimi, 

eybəcərlik  gözəllik  üzərində,  nadanlıq  kamillik  üzərində 

qələbə  qazanr.  Lakin  İblisin  ağlı  ali  hisslərlə 

birləşmədiyindən zəka səviyyəsinə də yüksəlmir. Həyat çox 

gözəl  bildiyini  zənn  edir,  insanların  bütün  fəlsəfələrindən 

xəbərdar olduğunu düşünür: 



   

Xilqətdəki hər məsələ, nöqteyi-mövhum, 

   

Hər  fəlsəfə,  hər  məzhəbü  məslək  mana 

məlum 

-deyir,  lakin  həyatda  və  insan  mənəviyyatında  onun 

üçün  qaranlıq  olan  elə  potensial  qüvvələr  var  ki,  onlar 

reallaşdıqda  İblisin  bildikləri  alt-üst  olur,  daha  özünü 

doğrultmur. 

  Bu  mənada,  Cavidin  İblisi  öz  idrak  qabiliyyətinə 

görə  də  klassik  Avropa  ədəbiyyatındakı  İblislərdən 

fərqlənir,  real  bir  qüvvə  olmaqla  qeyri-məhdud  idrak 

qabiliyyətindən  məhrumdur.  Onun  bilikləri  məhz  təmsil 

etdiyi  cəmiyyətdəki  hakim  dünyagörüşü    ifadə  edir  və  ilk 

baxışda  nə  qədər  realistik  görünsə  də,  əslində  gerçəkliyi 

düzgün  əks  etdirə  bilmir,  çünki  metafizik  xarakter  daşıyır, 

dünyanın,  cəmiyyətin  müəyyən  bir  real  məqamını 



 

 

71 



mütləqləşdirir,  həyatdakı  daxili  ziddiyyətləri  lazımınca 

qiymətləndirə bilmir, onun hansı itiqamətdə inkişaf etdiyini 

görmür.  O,  ya  həyatı  dərindən  bilmədiyinə  görə,  ya  da 

dərindən  bilmək  ona  sərf  etmədiyinə  görə  zülmün,  şərin 

mənbəyini Allahın iradəsi ilə, yaxud insan mənəviyyatının 

ayrılmaz tərkib hissəsi kimi, insanın təbiəti ilə izah etməyə 

çalışır və insanların özünü də məhz bu cür düşünməyə sövq 

edir. O, özünün bu mövqeyini real həyat səhnələri vasitəsi 

ilə  isbata  yetirməyə  çalışır.  Bu  mövqe  isə  o  dövrkü 

cəmiyyətin,  hakim  üsul-idarənin  mövqeyidir  və  onun 

mənafeyinə  tamamilə  uyğundur.  Məqsəd  -  insanı  ictimai 

mübarizədən yayındırmaqdır; zülmün mənbəyi ya Allahla, 

ya insanın özü ilə bağlıdırsa o, kimə qarşı və necə mübarizə 

aparacaqdır?.. 

Faciə  İblisin  düşüncələrinin  əsassızlığını  və  onun 

mövqeyinin  heç  də  İblisin  özünün  düşündüyü  qədər 

möhkəm  olmadığını  göstərir.  Əzab  və  işgəncə  vermək, 

cismani ölümə bais olmaq nisbətən asan şeydir. Lakin İblis 

başlıca  məqsədinə  -  İnsanı  (insanların  seçilmiş 

nümayəndəsi  olan  Arifi)  mənən  öldürməyə,  onu  öz  sadiq 

qulu etməyə nail olmur.  

Əsərin  ideya  istiqaməti  elədir  ki,  buradakı  ümumi 

romantik  ruh,  rəmziliklər  də  buna  şərait  yaradır  ki,  məhz 

kimin cismən öldüyü və ya hələ nəfəs addığı prinsipial rol 

oynamır;  prinsipial  məsələ  kimin  mənən  ölü  və  ya  mənən 



 

 

72 



sağ olması məsələsidir. 

 

 



 


 

 

73 



 

 

 

 

 

«Iblis»  fəlsəfəsi  –  insan  fəlsəfəsi 

 

H.Cavidin  bütün  yaradıcılığı  boyu  təqdim  etdiyi 



fəlsəfi konseptual sistemin ana xətti "İblis" əsərində vahid 

dramatik xətdə konsentrik şəkildə ifadə olunmuşdur. 

Əsərin  fəlsəfi  məzmununa  müraciət  etməzdən  əvvəl 

ümumiyyətlə  İblis-İnsan  probleminin  müxtəlif  çalarlarına 

diqqət yetirək. 

Ən çox yayılmış baxışlardan biri Xeyrin də, Şərin də, 

Allanın  da,  İblisin  də  insanın  öz  qəlbində,  öz  içərisində 

axtarılması cəhdidir. İfrat Şərq təfəkkürünün məhsulu olan 

bu  baxış  insanı  qüdrəti-külliyyə  hesab  etmək,  "mənəm 

Allah"  iddiasına  haqq  qazandırmaq,  dünyanın  bütün 

problemlərini  kamil  hökmdar,  kamil  insan  axtarışları  ilə 

həll etmək mövqeyini əsas tutur. 

İnsanı onun fövqündə olan Allahdan və İblisdən asılı 

vəziyyətdə təqdim edən baxış isə tam əks qütb təşkil edir. 

Qərb  təfəkkürü  insanı  deyil,  cəmiyyəti  mütləqləşdirir  və 

insan  onun  qəbul  etdiyi  hüquq  normalarına,  qayda-

qanunlara əməl etməli olan nizamlı bir sakit vətəndaş kimi 



 

 

74 



təqdim  olunur.  Bir  tərəfdən  bu  normaların,  qaydaların 

yaradılmasında, qərarlaşmasında iştirak edən (məhz iştirak 

edən, yaradıcı isə cəmiyyətdir) insan, digər tərəfdən onlara 

qeyd-şərtsiz əməl etməklə, vətəndaş intizamı ilə fərqlənir. 

Biz  Şərq  və  Qərb  təfəkküründə  idealı  ilk  dəfə 

qabarıq şəkildə Caviddə, məhz "İblis" əsərində görürük. 

Əsərin  əks  etdirdiyi  dövr  və  şəraitdə  insanlar 

həqiqətən cəmiyyətdən asılı vəziyyətə düşmüşdü. Cəmiyyət 

isə Xeyri yox, Şəri – İblisin təcəssümünə çevirmişdi. 

İblis  qəti  əmin  idi  ki,  onun  hakim  olduğu  mühitdə 

hamı  ölüdür.  İnsanlar  ölü  olduğuna  görə  də,  İblis  özünü 

qüdrəti-külliyyə  hesab  edirdi.  Konkretlik  üçün  müəllif 

İblisin bu mövqeyini onun öz dili ilə də ifadə edir. 

"Ölülərdən  ölülər  feyz  alacaq!"  –  deyə  İblis  mənən 

ölü  olanları  cismani  ölülərdən  fərqləndirmirdi.  Xəstə 

qadının dediyi "dərdimiz möhlik imiş, çarəsi yox" sözlərini 

isə İblis tamam başqa mənada təkrar edir. 0, mənən ölüləri 

daha çox dərəcədə çarəsiz hesab edir, çünki öz gücünə hələ 

də  arxayındır.  Arifi  daha  bir  cinayətin  icraçısı  edəcəyini 

bilir,  onu  həmişəlik  olaraq  çirkab  dünyasına  atacağını, 

Arifin  bir  daha  geri  qayıda  bilməyəcəyini  güman  edir. 

İblisin  bu  mətləbini  çox  gözəl  tutan  A.Şaiq  yazır:  "İblis 

Arifin  girmiş  olduğu  bu  çirkin  və  adi  həyatdan  peşman 

olaraq  çəkiləcəyindən  qorxur.  Onu  həyatın  ağır  zəncirləri 

ilə  bağlamaq,  bir  daha  öz  ideal  aləminə  dönməmək  üçün 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə