75
böyük cinayətlər törətdirməyə, həyatın dərin, çıxılmaz
çirkabları içində sürüklədərək onun bütün fənalıqlarına
bulaşdırmağa hazırlaşır..."
Mənəviyyatında hələ müəyyən işıq, nur olan
adamları da mənən öldürmək üçün əlindən gələn bütün
fənalıqları həyata keçirdikdən sonra İblis məğrur
qəhqəhələrlə Arifə müraciət edib deyir:
Bir zamanlar cəbərut aləminə
Həp uçar, həp öyünürdün də, bu nə?
Vurulub bir qıza pabus oldun,
Xırsız oldun, meyə mənus oldun.
Haqqı, vicdanı buraxdın, getdin.
O səfilin qızını məhv etdin.
Tökülən qanlara həp düşman ikən,
Oldun öz qardaşının qatili sən.
Lakin İblis insan mənəviyyatındakı zəif, əslində isə
yalnız ilk baxışda zəif olan nurun qüdrətindən xəbərsizdir.
Sən demə, insandakı insani başlanğıcı tamamilə məhv
etmək mümkün deyil. Bıçaq sümüyə dirənəndə nə kimi
möcüzələr yarandığını İblis hələ bilmir...
Nurla atəş qarşılaşarkən, nur zərif olsa da, atəş
möhtəşəm olsa da - nur atəşi ram edir. Nur bir məqsəd
olaraq qalır və üstəlik atəşi öz vasitəsinə çevirərək qüdrət
və qüvvət kəsb edir.
İblisin məntiq kitabında bu bölmə o vaxta qədər hələ
yazılmamış olduğundan, onun gözlədiyinin xilafına olaraq
sağlam mənəviyyatlar son nəticədə ölmür, əksinə, ölmüş
76
zənn olunanlar da dirilir.
"Məntiq" pozulur, aləm bir-birinə qarışır, dünya rəqs
edir.
Faciənin sonluğundakı rəqs səhnəsi də əsərdəki
rəmzlərdən biridir. Bu səhnə hadisələrin gedişinə heç də
təsadüfən daxil edilməyib və onun çox ciddi ictimai-siyasi
və fəlsəfi mənası vardır.
Ölülərin rəqsi ilə başlanan bu səhnə tədricən real
məzmun kəsb edir, dünyanın bütün təzadlı ünsürləri qarşı-
qarşıya gələrək rəqs edir və bu mərhələni ən çox İblis hiss
edir, çünki bu dəfə rəqs edən (oynayan, laxlayan) onun
təmsil etdiyi hakim ictimai mühitin özüdür.
Arifin gözündə dünyanın rəqs etməsi əslində onun
mənəvi aləmində gedən təbəddülatları – onun "qəflət yuxu-
sundan" oyanmasının, silkələnməsinin nəticəsidir. Bu rəqsi
ətrafdakılar da hiss edir, çünki onların hamısı sarsılır, hamı
böhran keçirir, dünyaya əvvəlki donuq, ölgün baxışlarını
dəyişirlər.
İblis də dünyanın rəqs etdiyini görür və hiss edir. La-
kin onun bu rəqsə münasibəti və bu rəqsdə iştirakı tamam
başqa mənaya malikdir. İblis silkələnib ayıldığı üçün deyil
(o, həmişə ayıqdır), ayağının altı silkələndiyi üçün dünyanı
rəqsdə görür. İblis üzərində dayandığı möhkəm özülün
artıq laxladığını, dünyanın əvvəlki nisbi sabit ahənginin
pozulduğunu, hakim ictimai mühitin qoyduğu qayda-
77
qanunların çürüdüyünü hiss edir və dünyanın rəqsini öz
faciəsi kimi dərk edir (özünü o yerə qoymasa da!...).
Təsadüfi deyil ki, rəqs səhnəsinin ardınca İblisə
ümumi hücum başlanır:
- Qəhr olmalı, məhv olmalı İblis.
Hadisələrin gedişi prosesində Arifdəki çılğınlıq,
nəhayət İblisə keçir...
Arif əvvəlcə dünya haqqındakı təsəvvürləri ilə dün-
yanın özü arasındakı uyğunsuzluqlarla qarşılaşdıqca çılğın-
laşır. Lakin mürəkkəb həyat keşmə-keşlərindən keçdikcə,
onun iç üzünü yaxından gördükcə nəzərlərinə bir aydınlıq
gəlir. İblis üçün isə bu proses tərsinə gedir. Əvvəlcə, o,
dünyaya çox yaxşı bələddir; hər şeyi bilir, çünki bütün ha-
disələr onun qoyduğu yolla, onun təmsil etdiyi qayda-qanu-
na uyğun şəkildə gedir. O, bu yolun mütləqliyinə, hamı
üçün zəruri olduğuna qəti şəkildə əmindir. Həyatda bu zə-
rurətə, bu qüvvətə qarşı dura biləcək ikinci bir real qüvvə
görmür. İnsanların "sadəlövh" arzu və "xəyallarına" isə cid-
di bir şey kimi baxmır, onlara istehza ilə yanaşır. "Səhv"
yola uyanları "xilas etmək" istəyir, onları real, "qüdrətli",
qara həqiqət yoluna dəvət edir. Lakin hadisələrin gedişi
başqa nəticələrə gətirəndə, pak arzularla yaşayan adamlar
naqis həyata qədəm qoysa da, onun yolu ilə getməyəndə,
gedə bilməyəndə və yeni yollar axtaranda, silaha qurşansa
da, son nəticədə onun özünə qarşı çıxanda artıq İblisin
78
dünya haqqındakı əvvəlki mütləq təsəvvürləri daha özünü
doğrultmur. Əvvəl insanlara bələdçilik edən, dondan-dona
girən, öz iç üzünü məharətlə gizlədən və həmişə istədiyinə
çatan İblis indi daha hakimi-mütləq deyil, indi onun ən
sadiq qullarını sıraya düzüb güllələyirlər, indi onu hamı
tanıyır və o, maskasını atmalı olur.
...Və belə məqamda İblis özü çılğınlıq vəziyyətinə
düşür. Təsadüfi deyil ki, son monoloqunu söyləyən İblisin
halını müəllif "gah istehzalı və məğrur, gah çılğın və
qorxunc qəhqəhələrlə", – deyə şərh edir. Məmnun qəhqəhə-
lərlə səhnəyə çıxan İblis istehzalı və məğrur qəhqəhələrlə
öz "qüdrətini" nümayiş etdirir və nəhayət, istədiyinə nail
ola bilməyəndə çılğın qəhqəhələrlə səhnəni tərk edir.
İblisin son monoloqunda özünə verdiyi səciyyə onun
ümumiləşmiş məzmununu bir daha təsdiq edir:
İblis nədir?
Cümlə xəyanətlərə bais
Ya hər kəsə xain olan insan nədir?
İblis!
"Cümlə xəyanətlərə" ayrı-ayrı adamlar və ya yanlız
adamlar bais ola bilməz. Belə bir "qüdrəti-külliyyə" yalnız
bütövlükdə hakim ictimai mühit – İblis ola bilər.
Bəs "hər kəsə xain olan insanın" "iblis"
adlandırılması necə izah oluna bilər? Yaxud bu iki "iblis"
sözünün rəmzi mənası eynidirmi?
- Yox! "İblis nədir?" sualı faciədəki İblis obrazına
Dostları ilə paylaş: |