87
biz həyat hadisələrində, mənəvi prosesdə inkarı inkarın ba-
riz nümunəsi ilə rastlaşırıq. Deməli, H.Cavidin qəhrəmanla-
rı sadəcə təkamül yolu deyil, dialektik inkişaf yolu keçirlər.
Əsərin sonunda Arif onu bədbəxt edən səbəbi anla-
yır. İnsanın öz bədbəxtliyini, xüsusən bu bədbəxtliyin səbə-
bini – əsil səbəbini, ictimai səbəbi dərk etməsi isə artıq
filosofluqdur.
Həyatın ən müdhiş acılarını dadmış olan, mühitin iç
üzünü bilavasitə öz bədbəxt taleyinin timsalında görən və
bütün bunları dərk edən, filosofluq səviyyəsinə yüksələn
adam üçün daha İblis qarşısıalınmaz qüvvə deyil, İblis
yalnız o zaman meydan oxuyur ki, insan öz mənəvi
bütövlüyünün gücünə arxalana bilməsin.
İblis zəiflərin qismətidir.
İblis oz fərdi hisslərini mütləqləşdirən, öz fərdi faciə-
lərini ictimai faciə fonunda görə bilməyənlərin qismətidir.
İblis naqis mühitə sığanların qismətidir.
H.Cavidin İblisi əfsanəvi, dini rəvayətdəki İblisə
yalnız zahirən bənzəyir; İblis harada desən orada peyda ola
bilir, hansı dona istəsə girə bilir. Lakin bu cəhət təkcə sim-
voliklik xatirinə olmayıb, təkcə hadisələrin qırılmazlığını –
təhkiyənin bütövlüyünü təmin etmək üçün olmayıb, həm də
çox ciddi fəlsəfi və ictimai-siyasi mənanı ifadə edir. Belə
ki, eyni İblisin müxtəlif təzahürləri əslində eyni eybəcər
mühitin müxtəlif eybəcər hadisələr doğurduğunu göstərir.
88
Naqis ictimai mühitdə, "qüvvətə və altuna tabe dünyada"
İblisə yalnız bir yerdə və bir dəfə deyil, addımbaşı rast
gəlmək mümkündür. Belə dünyada İblis özünü evindəki
kimi hiss edir. Bu dünyanın hörmətli nümayəndəsi də,
nurani qocası da İblisdir. İblis yalnız o zaman eybəcər və
dəhşətli görünür ki, insanlarda bu eybəcərliyin əks qütbü –
nəcib hisslər təzahür etsin, habelə onlar bu eybəcərliyin
mahiyyətini dərk etsinlər və hadisələrə bu yeni mövqedən –
kamillik zirvəsindən qiymət verilsin. İnsanlar mühitin
açdığı qapılardan keçməyəndə, ona qarşı çıxanda İblis də
öz niqabını atmalı olur, öz rəngində, öz donunda görünür.
Məsələn, nə vaxt ki, Arif hələ mühitdən fərqlənirdi, altuna
və müharibəyə nifrət edirdi, rakının dadını bilmirdi, İblisi
seçə bilirdi və ondan uzaq qaçırdı. Lakin elə ki, Arif hissə
qapılıb öz iradəsini unudur, artıq İblisi seçə bilmir və onun
əlini öpür, onu sahibi-kəramət adlandırır. Çünki artıq Arif
özü zahirən mühitdən seçilmir, onun çirkabına bulanmışdır.
Altuna uymuş, qurşuna istinad etmişdir. Sevgilisinə çatmış,
lakin onun qəlbini həmişəlik olaraq qırmışdır, qardaşına
çatmış, lakin onu həmişəlik olaraq məhv etmişdir. O elə bir
vüsala çatmışdır ki, bu vüsal ona səadət gətirmək əvəzinə,
yalnız işgəncə verə bilər.
İblisin məqsədi də budur. O, insanları sadəcə olaraq
ölümə sürükləmir. Bu, az pislik olardı. O, insanların
mənəviyyatını öldürməyə çalışır. Yeri gəldikdə İblis
89
insanları hətta ölümdən (şərəfli ölümdən) xilas edir, lakin
əvvəlcə onları mühitin çirkabına sürükləmək üçün.
İblisin məqsədi Xavərin və ya Vasifin ölümünə bais
olmaq deyil. İblisin məqsədi Arifi qatil etməkdir. Mühit
ondan uzaqlaşmaq istəyənləri sevmir. Əlinə fürsət düşən
kimi onlardan qisas alır. İblis də belə edir - fürsət düşən
kimi Arifdən qisas alır. Lakin bunu İblisin qələbəsi kimi
başa düşmək, əsəri bədbin ruhlu əsər kimi qiymətləndirmək
düzgün olmazdı. Əsərin sonluğuna diqqətlə yanaşıldıqda
aydın olur ki, Arif rəzillik etməkdən daha çox zəiflik
göstərmişdir, onun əsəbləri böyük gərginliyə – mühitin
güclü təzqiyi ilə öz güclü ehtirası arasındakı kontrastdan
doğan gərginliyə tab gətirməmişdir. Arifin qəbahətləri
düşünülmüş qəbahət deyil. Nəticəsi göz qabağında olan
real, maddi hadisə olsalar da, mənəvi dəyişilmənin nəticəsi
sayıla bilməzlər. Burada zərurətdən daha çox təsadüf rol
oynayır. Əgər Arifin ani sarsıntıları geri qaytarılması
mümkün olmayan nəticələrə gətirməsəydi, o, yəqin ki, bu
dərəcədə bədbəxt olmazdı (Oxucu bunu hiss edir və ona
nifrət yox, təəssüf duyğusu ilə yanaşır).
Arif məğlub olmur, bədbəxt olur.
Eybəcər mühitdə həmişə eybəcər adamlarla yanaşı
bədbəxt adamlar da olur. Bədbəxtlər haradasa mühitin çir-
kabına batan, lakin çirkabdakı həyatdan həzz ala bilməyən,
məhz çirkabda olduqlarını başa düşən adamlardır. İbn Yə-
90
minlər bədbəxt deyillər. Onlar öz miskin həyatlarından
həzz alırlar. Onlar mənəviyyatsız adamlardır, mənəvi zəlil-
lərdir. Yalnız mənəviyyatı olanlar bədbəxt ola bilərlər –
mənəviyyatın ahəngi pozularkən. Yalnız əqidəsi olanlar
bədbəxt ola bilərlər – öz əqidələrinə zidd hərəkət etmiş
olarkən.
Əgər əsərin sonunda Arifi bədbəxt kimi görə bilirik-
sə, deməli, o, naqis mühitə (İblisə) təslim olmamış, onun
qurbanı olmuşdur. Arifin faciəsi onu kiçiltmir, əksinə, onun
gələcək mübarizəsinə inam yaradır.
Lakin Arif məğlub olsa idi belə, bu, İblisin tam
qələbəsi sayıla bilməzdi. Çünki əsərdə Ariflərdən başqa,
Elxanlar da var. Onlarınsa məqsədi yalnız İblisə
uymamaqdan ibarət deyil, həm də ona qarşı mübarizə
aparmaq, onun daşıyıcılarını məhv etməkdir.
Əgər İblis qələbə çalmalı olsaydı, İbn Yəmin öldü-
rülməməli idi, çünki onun ölümü İblisin fəaliyyət proqra-
mına daxil deyil. Çünki təsvir olunan mühitdə İbn Yəmin-
lər ölmürlər, əksinə, qol-budaq atırlar. Lakin əsərdən böyük
ictimai-siyasi əhəmiyyəti olan belə bir qənaət də hasil olur
ki, İblisin qoyduğu yolun yolçuları, İblisliyi özündə saxla-
yanlar - şər qüvvələr məhvə məhkumdurlar. İblis hakimiy-
yəti mütləq hakimiyyət deyil. İblis hakimiyyəti ilə yanaşı,
xalq oğlu Elxanın da hakimiyyəti var. Burada İbn Yəmin
və onun kimi həris və bədxah adamlara heç bir güzəşt yox-
Dostları ilə paylaş: |