Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə25/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 

 

100 



  Millət qarşısında duran ən mühüm vəzifələrdən biri 

qlobal  proseslərin  keşməkeşlərindən  salamat  keçmək, 

özünü  qoruyub  saxlaya  bilməkdir.  Lakin  bunun  üçün 

əvvəlcə  özünü  dərk  etmək,  qlobal  proseslərə  qarşı 

çıxmaqdansa,  öz  milli  koloritini  itirmədən  bu  proseslərin 

ahənginə daxil olmaq tələb olunur. XX əsr bütün millətləri 

sınağa çəkir. Kimlərsə sadəcə olaraq ümumi axına qoşulur, 

irəlidə  gedənlərin  cığırına  düşürlər.  Camaat,  kütlə  təsirə 

qapılmaq  məcburiyyətindədir.  Çünki  onlar  hadisələri 

yaşayırlar.  Halbuki,  milli  özəlliyin  yeni  ampluada 

saxlanması 

mahiyyətlər 

müstəvisində 

invariantların 

qorunmasını  tələb  edir.  Bu  ağır  tarixi  vəzifə  millətin 

mütəfəkkirlərinin üzərinə düşür.  

Görünür,  Cabbarlı  bu  gün  ona  görə  son  dərəcə 

aktualdır ki, o zahiriliyi deyil, alt qatlardakı qanunauyğun-

luqları,  hadisələri  deyil,  mahiyyətlər  arasındakı  müna-

sibətləri qələmə almışdır. Mahiyyətlər isə zaman keçdikcə 

müxtəlif libaslarda təkrar olunur: necə ki, kapitalizmə keçid 

dövrünün  təbəddülatlarını  Azərbaycan  iki  dəfə  yaşamalı 

olmuşdur; bir əsrin əvvəlində, bir də sonunda.  

Bəli,  belə  bir  dövrü  biz  artıq  ikinci  dəfə  yaşayırıq. 

Və  bu  günün  mütəfəkkirləri  və  ədibləri  dövrün  nəbzini 

tutmağa,  çox  qarışıq  və  mürəkkəb  proseslərin  fəlsəfi 

məğzini 

anlamağa 

çalışdıqları 

bir 


zamanda 

və 


ədəbiyyatımızda  müəyyən  bir  boşluq  duyulduğu  dövrdə 


 

 

101 



məlum  olur  ki,  narahatlıq  üçün  heç  bir  əsas  yoxdur.  Sən 

demə,  böyük  klassiklərimiz  bizi  bu  dar  gündə  tək 

buraxmayıblarmış.  Böyük  Cavid,  böyük  Cabbarlı  həm  də 

bu gün üçün yazırlarmış.  

Bu  gün,  yeni  əsrin  əvvəllərində,  artıq  Azərbaycan 

Avropa şurasına tam hüquqlu üzv qəbul olunduğu bir vaxt-

da,  Cabbarlı  dramaturgiyasının  aktuallığı  bir  daha  diqqəti 

cəlb  edir.  Onun  əsərlərində  hətta  «azadlıq»  ideyası  da  o 

vaxt  kommunistlərin  ön  plana  çəkdiyi  «istismardan  azad 

olmaq» mənasından fərqli, xeyli geniş mənada başa düşülür 

və ilk növbədə insanın daxili azadlığı ön plana çəkilir. 

Hər  hansı  bir  həyat  tərzi,  hər  hansı  bir  əqidə,  hətta 

hər  hansı  bir  geyim  insana  kənardan,  icbari  yolla  qəbul 

etdirilməməlidir.  Namus,  ismət  də  kişi  diktatının  və  ya 

çadranın  sayəsində  deyil,  mənəvi  bütövlüyün  ayrılmaz 

tərkib hissəsi kimi, daxildən gələn bir  tələbat kimi mövcud 

olmalıdır. İnsanın bütün həyatı, əməli fəaliyyəti, onun şəxsi 

arzu və istəklərinə uyğun gəlməli, istək və əməl bir harmo-

niya  təşkil  etməlidir.  Cəmiyyət  insana  öz  ürəyinin  hökmü 

ilə yaşamaq imkanı verməlidir. Cabbarlının əsrin əvvəlində 

qoyduğu  bu  tələblər  Avropada,  Amerikada  hələ  indi-indi 

gah «insanın hüquq və azadlıqları», gah «qadın hüquqları», 

gah «gender» problemləri adı ilə gündəmə çıxarılır və bizə 

müasir  Qərb  dəyərləri  kimi  təqdim  olunur.  Lakin  Qərb  bu 

dəyərlərin  milli  –  mənəvi  invariantlarla  uyğunlaşdırılması 



 

 

102 



problemini hələ də həll edə bilməmişdir. Cabbarlı isə əsrin 

əvvəlində bir addım da qabağa getmiş və cəmiyyətin yarat-

dığı  çəpərləri  uçurmaq  tələbi  ilə  kifayətlənməyərək,  is-

təklərin özünü yüksək mənəvi pilləyə qaldırmaq, qadağaları 

könüllülüklə,  könlün  ucalığı  ilə  əvəz  etmək  mövqeindən 

çıxış  etmişdir.  Yeri  gəlmişkən,  Cabbarlının  nəfsin  tərbiyə 

olunması  ilə  bağlı  mövqeyi  bizim  milli  fəlsəfi  fikir 

ənənələrimizin davamı kimi ortaya çıxır. Belə ki, XII-XIII 

əsrlərdə  yaşamış  böyük  Azərbaycan  filosofu-  Əbuhəfs 

Sührəverdi «hal və məqam» konsepsiyası ilə dünya fəlsəfi 

fikir  tarixində  nəfsin  tərbiyə  olunmasının  ən  mükəmməl 

təlimini  yaratmışdır.  Bu  təlim  Azərbaycan  fəlsəfi  fikrində 

uzun  müddət  yaşamış,  davam  etdirilmişdir.  Təsadüfi  deyil 

ki, XVI əsrdə böyük Füzuli də «nəfsin kamillik yolundan» 

danışırdı. (M. Füzuli. Mətləəl etiqad. B., «Yazıçı», səh. 33) 

«Aydın»da,  «Od  gəlini»ndə  və  digər  əsərlərində 

Cabbarlı  həmin  təlimi  ədəbi  bədii  müstəvidə  daha  da 

inkişaf  etdirir  və  digər  milli  fəlsəfi  konsepsiyaların 

sinkretik kontekstinə daxil olur.  

İdeal  və  gerçəklik.  Arzu,  istək  və  real  həyatın  özü. 

İnsanın  qəlbində,  fikrində  yaratdığı  və  yaşamaq  istədiyi 

xəyali  dünya,  arzular  səltənətinin,  röyalar  dünyasının  isti 

qucağı, mülayim melodiyaları və kerçək həyatın sərt iqlimi, 

acı həqiqətləri!.. 

Çox vaxt xoşbəxtliyin də, faciənin də kökündə bu iki 



 

 

103 



dünya  arasında  uyğunluq  və  fərq  dayanır.  İstək  nə  qədər 

güclü  olsa  və  onun  reallaşması  nə  qədər  əl  çatmaz  olsa, 

faciə  də  bir  o  qədər  qaçılmazdır.  Bu  iki  dünya  arasında 

uyğunluq  yaradılmasının  bir  yolu  gerçək  dünyadakı 

fəaliyyətimizi  arzularımız  istiqamətində  yönəltməkdirsə, 

digər  yolu  arzu  və  istəyinözünün  reallığın  imkanları 

istiqamətində  tərbiyə  olunmasıdır.  Mötədil  insanlar  məhz 

arzularını  cilovlayır,  «  ayaqlarını  yorğanına  görə 

uzadırlar», bəzən hətta « palaza bürünüb elnən sürünürlər». 

Burada  biz  yaşadığımız  hadisələr  dünyasının  reallığı  ilə 

yanaşı  arzuların  reallığı  və  əlçatanlığı  məsələsi  ilə 

rastlaşırıq.  Burada  arzu  və  istəyin  nisbiliyi  və 

mütləqləşdirilməsi  məsələsi  ortaya  çıxır.  Lakin  Cabbarlı 

maksimalistdir  və  təzadların  mütləqləşdirilməsindən  çıxış 

edir…  O,  hadisələr  dünyasının  mülayim  keçidlərindən, 

kiçik  çətinliklər  və  məqsədyönlü  əməli  fəaliyyətin 

uzlaşdırılmasından deyil maneələr və onları dəf edən böyük 

ehtirasların  mübarizəsindən  bəhs  edir.  Ona  görə  Cabbarlı 

qəhrəmanlarının arzu və diləkləri həyatın real axarı ilə bir 

araya gəlmir. Maraqlıdır ki, Cabbarlı bu təzadı Aydının dili 

ilə  ümumiləşmiş  şəkildə,  bir  prinsip  kimi  irəli  sürür:  «… 

Dilək  ilə  nəticə  arasında  keçilməz  bir  uçurum  var  ki,  onu 

ancaq  bir  neçə  qüvvətli  simalar  keçmişlər…  Onlarla  da 

tarix (bütün  gələcəyə  qarşı)  fəxr  edir».  Aydın  hətta maneə 

olmadıqda onu yaratmağa can atır. Həm də məhz əlçatmaz 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə