91
dur. Bir az əvvəl dövlətin, qanun "keşikçilərinin" ittihamın-
dan altun gücünə xilas olan İbn Yəmin indi daha heç nə ilə
xilas ola bilmir. Çünki Elxan divanı altuna - rüşvətə tabe
deyil. Qurşuna, zorakılığa ümid etməyin də mənası yoxdur.
Çünki Elxan güclüdür. Burada yeganə meyar var. O da əda-
lətdir. Təbii olaraq belə çıxır ki, burada İblisə yer olmama-
lıdır. Belə də olur. Bu mühitdə İblis daha başqa donda qala
bilmir, hamı onun iç üzünü görür və ona lənətlər yağdırır.
İblisə qarşı ümumi hücum başlanır və İblis Yerin dibinə
çəkilməli olur.
Əsərdə İblisə qarşı mübarizənin iki yolu təlqin
olunur. Birinci yol naqis mühitin fövqündə durmağı, bunun
üçün isə filosofluq səviyyəsinə yüksəlməyi, ikinci yol naqis
mühitlə vuruşmağı, bunun üçün isə silaha sarılmağı tələb
edir. Birinci yol fərdi-mənəvi qələbəyə, ikinci yol ictimai-
maddi qələbəyə aparır.
Əsərin sonunda Arifin yeni mənəvi mövqedən – in-
qilabçı-filosof mövqeyindən çıxışı - son monoloqu verilmə-
mişdir və bu ilk baxışda əsəri yarımçıq göstərir. Bu, bəlkə
də əsərin yazıldığı tarixi şəraitlə bağlıdır. Lakin Arif danış-
masa da, həssas oxucu onu eşidir. Arifin son monoloqu ha-
disələrin məntiqi davamından, onların inkişaf dialek-
tikasından çıxır. Bütün əsər boyu izlənilən mənəvi prosesin
bu qanunauyğun yekunu artıq oxucunun öz daxilində
səslənir. Bu monoloq əsərin sonunda iştirakçıların da
92
daxilində səslənir və onlarda mühitin eybəcərliklərinə qarşı
dərin nifrət hissi, mübariz ruh yaranır. Onların hamılıqla
İblisə hücum etməsi mövcud mühitə qarşı mübarizənin
simvolu kimi səslənir.
93
Sıxılmış zaman
və ya Cabbarlı fenomeni
Bu yaradıcılığın yenidən elmi
dərkinə aşkar ehtiyac yaranmışdır.
Yaşar QARAYEV
Qoca Parmenidin «İnsan hər şeyin meyarıdır», –
fikri, heç şübhəsiz, zamana da aiddir. Zamanın böyüklüyü
və kiçikliyini insan bir qayda olaraq öz ömrünə, daha
konkret
yanaşdıqda
isə
asudə
vaxtına
nisbətlə
qiymətləndirir.
Ömürlər özü də müxtəlif olur. Kim isə az ömürlə də
tarixə düşür, kim isə hafizələrdə ancaq çox yaşadığına görə
qalır. 19 il yaşayıb E.Qalua da olmaq olar, 160 il yaşayıb
Şirəli Müslümov da olmaq olar.
Hər halda, nə qədər çox fərqlənsələr də bu ömürlər
sürəklilik baxımından eyni tərtiblidir. Bir növ «insan
ömrü» anlayışının hüdudlarıdır. Bir foton ömründən
94
milyardlarla dəfə çox, bir ulduz ömründən milyardlarla
dəfə az.
Bəli, insan ömrünü zaman müddəti baxımından nə
fotona, nə ulduza bərabərləşdirmək olar. Lakin zaman
ancaq müddət deyil. O, həm də sıxlıqla səciyyələnir. Yazıçı
demişkən, gün var, əsrə bərabər...
Ömrün sadəcə uzunluğu ilə fəxr edənlər, görünür,
zamanın həm də sıxlıq dərəcəsi ilə ölçüldüyünü unudurlar.
Eyni həcmdə hava ilə dəmirin kütləsi fərqli olduğu kimi,
eyni zaman müddəti də insanın tarixi prosesdə iştirak
dərəcəsi, ona real müdaxiləsi baxımından boş və dolu ola
bilər. Tarixin bilavasitə yaradıcıları, milli ruhun bilavasitə
daşıyıcıları ilə milli inkişaf prosesindən kənarda öz fərdi
həyatlarını yaşayan adamların ömür sıxlığı, təbii ki, eyni
deyil. Öz şəxsi həyatlarını, talelərini millətin taleyi ilə
bağlayan insanların ömrü millətin ömrü ilə vəhdətdə
əbədiyyətə qovuşur.
Tale insana öz ömrü ilə yanaşı neçə-neçə ömürlər
yaşamaq şansı verir. O, dünyaya gəldiyi və müstəqil
mənada yaşadığı vaxtla məhdudlaşmayıb, keçmiş əsrləri və
hətta gələcəyi də ehtiva etmək imkanına malikdir. İnsan tək
öz şəxsi həyatının xoş və faciəli məqamlarını yaşamaqla
kifayətlənməyərək, başqalarının keçirdiyi hiss və
həyəcanları da bölüşmək, özününküləşdirmək, keçmişdə
baş verən hadisələrin dramatizmini bir daha yaşamaq, bu
95
günün ictimai-siyasi və mədəni-mənəvi inkişaf meyllərini
ekstropolyasiya etməklə gələcəyi də öz ömrünə daxil etmək
əzmindədir.
...19
yaşında
müasir
riyaziyyatın
yeni
istiqamətlərindən birinin təməlini qoyan Qalua ilə, 25
yaşında fizikada iki böyük inqilab edən A.Eynşteyn ilə
yanaşı 60 yaşından yazmağa başlayan Sədi Şirazi də, 100
yaşında sənətin zirvəsində inamla dayanan Aşıq Ələsgər də
reallıqdır. Fikrin ən iti və ən qanadlı məqamı ilə ən soyuq
və ən ləngərli məqamı adətən müxtəlif qütblərdə: biri
cavanlıqda, biri qocalıqda üstünlük təşkil edir.
Bəli, kim isə çox gənc ikən iti fikrin və entuziazmın
qanadında, kim isə ağsaqqal çağında hikmətin işığında
ucalır. Lakin yaş və yaradıcılığın nisbəti baxımından məni
heç kim Cabbarlı qədər heyrətləndirməyib.
Cabbarlıda gənclik və müdriklik qoşadır. O hələ ən
gənc yaşlarında sənətin poeziyasını qoca fəlsəfənin hüzu-
runa gətirir. Və eyni ustalıqla qocaman cəmiyyətin qart
problemlərinə çağdaş həyatın al-əlvan libasını geyindirir.
Qədimdə də, indi də – bütün tarix boyu insan
qarşısında həmişə eyni fəlsəfi problemlər dayanır. Bunlar
ilk növbədə insanın cismi, nəfsi və mənəviyyatı arasındakı
münasibət və mücadilənin şəxsi və sosial prizmada, ailə və
tarix miqyasında müxtəlif təzahürləridir. Bir tərəfdən,
cismani tələbat, nəfs və onun ödənilməsinə yönəldilmiş
Dostları ilə paylaş: |