124
görməyə çalışan oxucu sonluqda Balaşın da başqalaşmasını
və bəlkə də «get, daha sən o Sevil deyilsən» deməsini
gözləyir. Lakin təəssüf ki, Balaş hadisə müstəvisində
dəyişərək indi daha Edilyanı deyil, Sevili seçsə də,
mahiyyət müstəvisində yenə dəyişməz qalır.
Hadisələrin yox, ideyaların inkişaf yolunu izləyən
oxucu qadınların taleyindəki bu inqilab (məhz inqilab!)
fonunda kişilərin və kişiliyin taleyi barədə cavabsız
suallarla birgə qalır.
Bizcə, əsərin ən böyük məziyyəti də ön plandakı
cavablarla yanaşı, arxa plandakı suallar da üzə çıxır.
* * *
Bütün bunlar bu gün necə də tanış gəlir?!
Elə bil bütün dünyalar nə vaxtsa açılıb, təzədən
bağlanıb, kələfin ucu nə vaxtsa tapılıb, təzədən itib. Dövrün
üvertürası çoxdan çalındığı kimi, dövrün faciəsi də,
dramatizmi də, hətta təntənəli marşı da nə vaxtsa irəlicədən
yazılıb. Onları öz mədəni-mənəvi sərvətlərimizdə və milli-
genetik kodumuzda axtarmalıyıq!
Dahilər zaman tanımır, – deyirlər. Sadəcə zamanı
tariximizin
mənəvi
yüksəliş
məqamlarına
doğru
sürüşdürmək, sonra yenidən çağdaş zamana qayıtmaq
lazımdır – dahilərlə birlikdə! Onların dahiliyi gələcək
nəsillərin yoluna çıraq tutmağındadır!
125
Cavid və Cabbarlı
dil, din, mənəviyyat
, azadliq haqqinda
Bütün bu deyilənlərə əlavə olaraq XX əsrin bu iki
böyük şəxsiyyəti arasında daha bir ümumi cəhəti qeyd
etmək istərdik. Bu – dil məsələsidir. Müasir Azərbaycan
dilinin formalaşmasında onların rolu məsələsidir.
Hamı tərəfindən qəbul olunmuş, lakin yenə də layiq
olduğu dərəcədə vurğulanmayan həqiqətlərdən biri budur
ki, müasir Azərbaycan dilinin formalaşmasında heç kim
Cəfər Cabbarlı qədər böyük rol oynamamışdır. Cabbarlı
türk dilini gözəl bilməklə yanaşı, məhz yerli türk ləhcəsinin
müstəqil ədəbi-bədii dil səviyyəsinə çatdırılması sahəsində
əvəzsiz xidmət göstərmişdir. Lakin Cavidin dilimizin inki-
şafında rolu barədə fikirlər müxtəlifdir. Çoxları hətta onu
yabançı üslubda yazmaqda təqsirləndirir, müasir dilimizdə
fərqli ünsürlərə Osmanlı şivəsinin təsiri kimi qiymət verir-
lər. Lakin məhz Cavidin dilimizi zənginləşdirmək, böyük
türk dilinin potensial imkanlarının müasir Azərbaycan dili-
126
ni inkişaf etdirmək sarıdan xidməti ədalətsizcəsinə heçə en-
dirilir və ya ən yaxşı halda çox sönük şəkildə qeyd olunur.
Bax, bu sahədəki həqiqətə işıq salmaq üçün o dövrün
gerçəkliyindən verilən qiyməti yada salmaq yerinə düşərdi.
Həm də ona görə ki, bu böyük həqiqi qiyməti kim isə
başqası deyil, məhz C.Cabbarlı verir: “Caviddə su kimi
duru, almaz kimi saf, parlaq və oynaq bir lisan vardır ki,
bu, islahına çalışan lisanımızın təkamül özülü ola biləcək-
dir, zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri,
ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir.
Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda
tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanla-
rını da meydandan sıxıb-çıxaracaqdır” (C.Cabbarlı. “Ədəbi
mübahisələr”).
Müasir dövrdə, məhz Cavidlərin, Cabbarlıların
böyük səyləri nəticəsində formalaşmış Azərbaycan ədəbi
dili ilə müqayisədə bizə bəlkə də çətin görünən Cavid
lisanının o dövr üçün həqiqətən böyük bir tərəqqi olduğunu
ancaq onun müasirləri düzgün qiymətləndirə bilərdi.
* * *
Cavid milli və dini dəyərlərlə müqayisədə,
ümumbəşəri dəyərlərə daha böyük önəm verir. Onun
maarifçiliyi də, dünyəvi məktəblər uğrunda mübarizəsi də,
bizcə, hər hansı bir millətə və dinə mənsub olmaqdan öncə,
bir bəşər övlədı olaraq özünü dərk etməyi ön plana
127
çəkməsindən irəli gəlir. Maraqlıdır ki, gəncliyində daha çox
millətçi olan Cabbarlı da tədricən ümumbəşəri ideyalara
doğru təkamül yolu geçir. «Od gəlini»ndə oxuyuruq:
«Bizim üçün ərəb, fars, rum, yəhudi olsun – heç bir fərqi
yoxdur. Bax, bu ərəbdir. Bizə azad əmək əli uzadır. O,
bizim qardaşımızdır, Biz ərəb mö'təsəmlərinə, Bağdad
xilafətinə qarşı vuruşuruq. İki addımlığımızda Şirvan
şəhriyarlığı da ona qarşı çarpışır. Lakin biz onunla
birləşmirik. Çünki bizim üçün Şirvan şəhriyarilə Bağdadın
mötəsəmləri, Bizansın imperatorları, Makedoniyanın
iskəndərləri, Romanın qeysərləri, neronları arasında heç bir
fərq yoxdur. Biz insan dostunun dostu, insan düşməninin
düşməniyik». (səh.63)
Cavid məkan və zaman müəyyənliyindən, etnik və
dini mənsubiyyətindən, mənəvi-əxlaqi məxsusiyyətindən
asılı olmadan bütün insanların eyni bir mahiyyətə
yüksəlmək şansını qəbul edir. Məhz mahiyyətə varanda,
insani, ümumbəşəri keyfiyyətlər önə çıxanda üfüqi
müstəvidəki fərqlər itir və insanlar ancaq vertikal
müstəvidə, haqqa, həqiqətə yaxınlıq dərəcəsinə görə
fərqlənirlər. Burada «məni hər kim sevirsə, yüksəlsin»
(«Şeyx Sənan») fəlsəfəsi rəhbər tutulur. Yaxud Cabbarlıda
«alçaq cismani duyğuları atıb, ruhani bir yüksəkliyə
varmaqdan» («Od gəlini») söhbət açılır.
Həm də bu yüksəliş intellektual müstəvidən daha çox
Dostları ilə paylaş: |