Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə32/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   29   30   31   32   33   34   35   36   37

 

 

128 



mənəvi  müstəvidə  həyata  keçməlidir.  Çünki  allaha  ancaq 

inanmaq,  onu  ancaq  müqəddəslik  duyğusu  ilə  dərk  etmək 

olar. Təfəkkür, məntiq, rasional idrak burada acizdir. Cavid 

bu ideyanı «Xəyyam»a girişdə – minacat səsi ilə belə ifadə 

edir:  

Ey fəzalarda gülümsər əbədi şerü xəyal! 

O nə qüdrət, o nə hikmət, o nə ahəngü cəlal!? 

Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal, 

Yenə yox kimsədə əsla səni idrakə məcal. 

 

Haqqa  yaxınlaşdıqca  dini  fərqlər  artmır,  azalır. 

Görünür,  insanın  daxilən  təmizlənməsi,  yüngülləşməsi, 

pərvazlanması,  eşqin  qanadlarıyla  haqqa  doğru  uçması 

ideyaları həm də dinlərin vəhdəti ideyasına gətirir.  

Din bir olsaydı yer üzündə əgər, 

Daha məsud olardı cinsi-bəşər.   

 

Həm  də  bu  fikir  təkcə  Dərvişin  dilindən  eşidilmir. 

Şeyx Sənan İslamı daha dərindən anladıqca xristianlığı da 

ehtiva etməyə çalışır: 



Mənə olmuş cahan pərəstişkar, 

İmdi pək başqa bir cəlalım var. 

Sanma İslamə rəhbərəm tənha, 

Peyrəvimdir xristianlar da.  

 

Yaxud başqa bir yerdə Şeyx Sənan deyir:  



Birsə həqq, cümlə din də bir... naçar, 


 

 

129 



Xəlqi yalnız ayırmış azğınlar... 

 

Yaxud Cabbarlıda oxuyuruq: 

«Siz  ey  min-min  qəbilələrə,  millətlərə,  irqlərə  ayrıl-

mış  məzlum  bəşəriyyət!»  «Mən  bu  gün  bütün  istilalara, 

müharibələrə, qırğınlara, əsirliyə, köləliyə, cəbrə, istibdada, 

altunlara,  hökumətlərə,  qanunlara,  dinlərə,  allahlara,  bütün 

əski varlığa qarşı üsyan bayrağı qaldırıram».  

«Bu  yalnız  ərəblərdə  deyil,  yalnız  burada  deyil,  hər 

yerdə  belə  olmuşdur.  Bunu  babillilər  də  belə  etmişlər, 

yunanlar  da  belə  etmişlər,  rumlar,  yəhudilər  də  belə 

etmişlər. İsalar, musalar, iskəndərlər, saysız-hesabsız insan 

qəssabları hamısı belə etmişlər»  

Cavid 

də,  Cabbarlı  da  böyük  müqəddəslik 



duyğusundan  ayrı  salınmış,  özgələşmiş,  dinsizləşmiş, 

hadisələşmiş,  müxtəlifləşmiş  və  bu  müxtəlifliklərin 

qarşıdurmasını  yaratmış  əski  dünyanın  əleyhinə  çıxaraq, 

insanın  öz  daxili-mənəvi  yüksəlişinə,  sevgiyə,  məhəbbətə 

və  insani  məhəbbətin  gücü  ilə  əldə  edilmiş  ümumbəşəri 

birliyə səsləyirdi. Dinləri birləşdirərək hamısına qarşı eyni 

dərəcədə  üsyan  edən  Elxan  əslində  dinləri  birləşdirərək 

hamısına  eyni  dərəcədə  xidmət  edən  Şeyx  Sənanın  o  biri 

qütbü deyilmi? Və qütblər eyni mahiyyətdə birləşmirmi?   

Dinlər, təriqətlər arasında fərq bir qayda olaraq hadi-

sə, mərasim  müstəvisində özünü göstərir. Dinin  mahiyyəti 



 

 

130 



isə müqəddəslik duyğusu ilə bağlıdır. Bu duyğu olmadıqda 

dini  ehkamlar,  dini  ayinlər,  dini  mərasimlər  əsl  dini  əvəz 

edir  və  din  əvəzinə  dini  pərdəyə  bürünmüş  psevdodin 

yaranır ki, o da mahiyyəti etibarilə dinsizlikdən fərqlənmir.  

Təsadüfi  deyildir  ki,  Cavid  də,  Cabbarlı  da  məhz 

«din pərdəsi»nə, «din qalxanı»na qarşı mübarizə aparıblar. 

Xəlifənin  hədiyyə  göndərdiyi  rəqqasələrə  işarətlə  Xəyyam 

«Din  pərdəsi  altında  nə  xoş,  incə  lətifə»,  -  deyir.  Eləcə  də 

Elxan  «mən  üzümə  bir  din  qalxanı  çəkib  cahangirlərin 

cəlladlığını qəbul edə bilmərəm», - deyir.  

Caviddə  də,  Cabbarlıda  da  «din»  ideyası  «azadlıq» 

və «məhəbbət» ideyaları ilə qarşılaşdırılır. «Od  gəlini»ndə 

Xürrəm  diyarının  mənəvi  kodeksi  belə  səslənir:  «Azad 

sevgi,  azad  vicdan  könlümün  tanrısı».  Dini  hiss  daxili  bir 

ehtiyac olmadıqda, insanın mənəvi  yüksəlişindən, saflığın-

dan,  paklığından,  müqəddəslik  səviyyəsinə  yüksəlmiş  ali 

duyğularından  doğmadıqda,  kənardan  icbari  yolla  təlqin 

edildikdə  bu  böyük  azadlıq  carçıları  onu  qəbul  edə  bil-

mirlər. Həm də bu mövqe 20-ci əsrin əvvəllərində meydana 

gəlməyərək,  Şərq  fəlsəfi  fikrində  qədim  köklərə  malikdir. 

Cavidin şəxsi fikirləri, böyük Ömər Xəyyamın mövqeyi ilə 

necə də səsləşir:  



«Mən ömrümü sərməst olaraq şən dilərəm, şən. 

Bir  dindəyəm,  azadə  bütün  küfr  ilə  dindən».        

(«Xəyyam»)    


 

 

131 



Bu misralar Ömər Xəyyamın məşhur rübaisindən tər-

cümə  olunaraq  mətnə  daxil  edilmişdir.  Həmin  mövqe 

«Xəyyam»dakı digər obrazın – Sevdanın dili ilə də təqdim 

olunur: 


«Bir vəhşi göyərçin kimi mən də, 

Şən könlümü azadə dilərdim.»                 

(«Xəyyam») 

Bu ideyalar hələ «Şeyx Sənan»da da irəli sürülürdü. 

Lakin  Cəfər  Cabbarlı  Şeyx  Sənanın  dinlə  azadlığı 

uzlaşdırmaq  cəhdlərini  tənqid  etsə  də,  onun  «Od 

gəlini»ndəki  azadlıq  axtarışları  da  son  nəticədə  sadəcə 

dinsizlikdən deyil, nəfsin tərbiyəsi, mənəviyyatın yüksəlişi 

ideyasından  bəhrələnir.  Maraqlıdır  ki,  «Od  gəlini»ndən 

sonra  yazılan  «Xəyyam»  bu  ideya  təkamülündə  sintez 

məqamına  uyğun  gəlir.  Və  biz  iki  müxtəlif  dramaturqun 

birlikdə triada sistemi qurduqlarının şahidi oluruq. Cabbarlı 

«Şeyx  Sənan»ı  inkar  edir  və  «Od  gəlini»ni  yaradır.  Cavid 

inkarı  inkar  məqamında  «Xəyyam»ı  yaratmaqla  hər  iki 

ideyanın sintezinə nail olur.     

* * * 


İndiyədək  Cavid,  demək  olar  ki,  ancaq  bir  şair  və 

dramaturq  olaraq  tanınmışdır.  Və  bu  xüsusda  onlarca 

tədqiqatlar aparılmış, məqalələr, kitablar yazılmışdır. Lakin 

ilk  dəfə  olaraq  Cabbarlı  Cavidin  sənətkardan  daha  çox 

filosof  olduğunu  vurğulasa  da,  onun  fəlsəfi  müstəvidə 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə