116
qaynaqlaşmaqda olan bu insan axınına baxıb uzaq-uzaq
yerləri düşünürmüş kimi dalğın oturur». Xürrəm diyarı
xeyli dərəcədə Nizaminin «xoşbəxtlər ölkəsinin» xatırlatsa
da ondan ciddi surətdə fərqlənir. Belə ki, bu «xoşbəxtliyin»
öz içərisində ona qarşı bir üsyan var. Elxan öz yaratdığı
dünyanın naqisliyini duyur, bu mühit onu darıxdırır və yeni
axtarışlara sövq edir.
* * *
Əsrlər boyu fəlsəfinin ən önəmli problemləri
sırasında duran pul və mənəviyyatın, ağıl və hissin, güc və
tədbirin, riya və həqiqətin inam və şübhənin mübarizəsi və
s. bu kimi problemlər yeri gəldikcə məhz fəlsəfi müstəvidə
işıqlandırılır və müəllifin bu məsələlərə olduqca orijinal və
yaradıcı münasibəti üzə çıxır. Gənc Cabbarlıda «azad
sevgi», «hissiyyat azadlığı» ideyaları, səadət yolu
qarşısında ucaldılmış sosial və iqtisadi çəpərlərə, vaxtı
keçmiş, daşlaşmış, qartlaşmış adət-ənənələrə qarşı üsyan
mövqeyi spesifik bir xətt kimi keçir və müəllif bu
məsələləri ön plana çəkmək üçün heç vaxt fürsəti əldən
vermir. «Solğun çiçəklər»də də, «Nəsrəddin şah»da da,
«Aydın»da da kobud güc (fizikimi güc, pulunmu gücü,
ictimai mövqedən, yaxud valideynlik hüququndan sui-
istifadəmi – fərqi yoxdur) saf məhəbbətə qarşı çıxır və
gənclərisəadətdən məhrum edir. Lakin «Solğun çiçəklər»də
ailə miqyasında üzə çıxan kobud güc «Nəsrəddin şah»da
117
bir ölkənin başçısının xarakteri və bu ölkədəki siyasi
recimlə, «Aydın»da, «Oqtay Eloğlu»da və «Od gəlini»ndə
isə ictimai quruluşun mahiyyəti ilə bağlanır. «Od
gəlini»ndə sosial ədalətsizliyə işğal və əsarət ideyası da
əlavə olunur və burada həm də əsl dinə və dindən ictimai
güc vasitəsi kimi istifadə edilməsinə münasibət ifadə
olunur.
«Nəsrəddin şah»da zülmün, rəzalətin mövcud siyasi
recimin hadisələrlə zəngin bədii obrazı yaradılır. Neçə-neçə
qətllər, neçə-neçə iradələrin zorlanması, neçə yurd-yuvanın
yerlə yeksan edilməsi... Pyesdə mövcud sosial gerçəklik,
zülm, sosial ədalətsizlik hadisələr səviyyəsində təsvir
olunur. Burada hələ «Bəxtsiz cavan», «Müsibəti-
Fəxrəddin», «Laçın yuvası» və s. bu qəbildən olan əsərlərlə
ideya və üslub yaxınlığı vardır.
Belə əsərlərdə şəxsi qəddarlıq kimi də anlaşıla
biləcək hadisələr, insanların öldürülməsi, qızların zorla
aparılması, kobud fiziki gücün konkret təzahürləri təsvir
olunur. Burada ideyanın, mövqeyin, iradənin yox, ancaq
kobud gücün təcavüzündən söhbət gedir. Burada hətta şah
da bir dövlət başçısı olmaqdan daha çox bir fiziki şəxs
kimi, öz fərdi istəkləri ilə hadisələrə qatılır. Burada intiqam
da son həddə məhz şəxsdən intiqam alınması ilə, fiziki
güclə, hadisə ilə həyata keçirilir. Burada hələ pis insanlar
və yaxşı insanlar bölgüsü vardır. Hadisələr insanın
118
daxilində deyil, insanlar arasında baş verir. «Aydın»da isə
proseslər daha çox dərəcədə insanların qəlbində və
düşüncələrində baş verir. Və bu ideyalar sosial həyatın
ziddiyyətləri ilə bilavasitə bağlıdır. Burada ölüm də qətl
yox, intihar yolu ilə həyata keçir. İnsanlar bilavasitə fiziki
təcavüz nəticəsində, zalımların xəncərindən və ya
gülləsindən deyil, mənəvi aləmə ğəcavüzün nəticəsi olaraq
həlak olurlar. Azadlıq idealı da təkcə öz evi, öz mülkü, öz
kəndi miqyasında, daha çox maddi-sosial müstəvidə deyil,
öz istəkləri, öz arzuları, öz düşüncələri miqyasında, daha
çox mənəvi-sosial müstəvidə təqdim olunur.
«Din və azadlıq», «adət-ənənə və azadlıq», «ictimai
mühit və azadlıq» problemləri Cabbarlının müxtəlif
əsərlərində müxtəlif kontekstlərdə üzə çıxır. «Aydın»da
oxuyuruq: «Dühalar düşməni, zəkalar, iradələr qatili
adət!»; «Öz varlığını göstərmək istəyənlər heç bir adətə,
qanuna boyun əyməməlidirlər». «Məni ancaq arzularım
idarə edir...» «İnsan arzu uğrunda heç bir şey qarşısında
durmamalıdır. Budur mənim prinsipim»...
F.Nitsşenin öz şah əsərini nəyə görə Zərdüştün adı
ilə bağladığını anlamaq üçün çox uzağa getməyə ehtiyac
yoxdur. Bu əlaqənin kökləri «Aydın»da və «Od gəlini»ndə
çox gözəl açılır. Mütləq azadlığa can atan insan bütün
buxovları qırmaq, bütün qadağaları ləğv etmək, öz
əməllərini ancaq gəndi istəklərinə uyğun qurmaq əzmi
119
göstərir. Lakin, əlbəttə, bu mümkün deyil. Bu, vəhşi
azadlıqdır. Müasir insan isə vəhşilərdən məhz öz istəyini,
instinktlərini, nəfsini buxovlamaq, dinin, əxlaqın, adət-
ənənənin və nəhayət, intellektin və hüququn tələblərinə
uyğunlaşdırmaqla fərqlənir. İnsan buna məcburmu olur?
Yoxsa insan öz xoşu iləmi öz qarşısında çəpərlər çəkir?
Əlbəttə, mütləq azadlığın mümkün olmadığını,
həyatı nəfsə tabe etdirməyin yüksəklik əlaməti olmadığını
Cabbarlı çox gözəl bilirdi. Bəs bu paradoks necə izah
olunmalıdır? Necə ola bilərdi ki, bütün əsərlərində var-
dövlət hərisliyinə, cismani hissiyyata, meşşanlığa, şəhvətə
qarşı kəskin mövqe tutan, insanlığın ali mənasını, ali
hissləri... tərənnüm edən Cabbarlı adət-ənənəyə, dinə qarşı
meydan oxusun?!
Baş qəhrəmanı «İnsan arzusu uğrunda heç bir şey
qarşısında durmamalıdır», – deyən yazıçı arzunu ancaq
sadəcə istək, nəfs mənasındamı başa düşürdü?
Burada
Cabbarlı
ənənəvi
Şərq
fəlsəfəsinin
hüdudlarından kənara çıxır. İstər-istəməz belə bir sual
yaranır.
Arzuların
buxovlanmasına,
boğulmasına
yönəldilmiş Şərq tərbiyəsinə qarşı üsyan edərkən Cəfər
Cabbarlı ifrat Qərb təlimi olan freydizmin təsiri altına
düşmürmü? Lakin maraqlı da burasıdır ki, Cabbarlının
müasiri olan Z.Freydin və onun təliminin o vaxt
Azərbaycanda məlum olması ehtimalı çox azdır. Real olanı
Dostları ilə paylaş: |