104
bir maneə. « Ox, neçin o məni sevdi!.. Mən istəyirdim ki,
sevdiyim məni sevməsin. Ona çatmaq ümidi ilə yüksəlmək,
çırpınmaq, çarpışmaq, yuxusuz gecələr, qanlı vuruşmalar,
əzab, gözyaşları, mübarizə…»
Bu əlçatmaz sevgi tragizminə meyl Füzulinin qəmi
özünə həmdəm etmək fəlsəfəsini xatırlatsa da köklü surətdə
ondan fərqlənir. Belə ki, Məcnun qarşısındakı maneə Leyli-
nin sevgisi ( sevməzliyi, etinasızlığı) yox, sosial bir maneə
idi, valideyinlərin müdaxiləsi və ictimai rəy idi. Cabbar-
lının qəhrəmanı isə üzərinə daha böyük yük götürmək və
yalnız mövcud ictimai mühitlə bağlı deyil, həm də mövcud
mənəvi prinsiplərin və fərdi arzu – istək dünyasının da
dəyişdirilməsi zərurəti ilə bağlı problem qoyur.
Fərdi mənəvi aləm və ictimai mühit arasındakı
uyğunluq və təzadlar Cabbarlının sonrakı əsərlərində də
mühüm yer tutur.
***
XX əsr qloballaşma əsridir. Böyük dövlətlərin
cahangirlik iddiaları əsrin birinci yarısında əlində «hərb»
bayrağı olmaqla – dünya müharibələri vasitəsilə, əsrin
ikinci yarısında əlində «sülh» bayrağı olmaqla, iqtisadi,
texnoloji və informasion vasitələrlə həyata keçirilir.
XX yüzilliyin əvvəllərində bu böyük tarixi prosesin
ancaq rüşeymləri var idi. Hətta birinci dünya müharibəsi də
sadəcə müharibə kimi anlaşıla bilərdi. Həmin dövrdə
105
qloballaşma prosesinin təməli qoyulduğu bəlkə iddiaçıların
özü tərəfindən də aşkar şəkildə anlaşılmırdı. Bu proses
ancaq bu gün – açıq-aşkar görünür və onun nəzəriyyəsi də,
praktikası da göz qabağındadır. Lakin hələ ki, bu proses
əsasən iddiaçıların özü tərəfindən, əsrin ideoloqları, böyük
dövlətlərin politoloqları tərəfindən təhlil olunur. Kiçik
dövlətlər, kiçik millətlər düşdükləri burulğanın baş
gicəllənməsindən hələ özünə gəlib dünyada gedən
prosesləri dərk etmək və öz sözlərini demək iqtidarında
deyillər. Lakin kiçik xalqların da böyük mütəfəkkirləri ola
bilər və hər şeyi vaxtında görə bilər.
Keçən əsrin əvvəlində dünyada gedən və gələcəkdə
getməli olan prosesləri görənlər var imiş. Böyük Cavidi və
böyük Cabbarlını indiki zaman kontekstində oxuyarkən
məlum olur ki, onlar nəinki qloballaşmanın mahiyyətini
dərk etmiş, hətta onu proqnozlaşdırmış, bədii libas
geyindirmiş və gələcək nəsillərin düşüncələrini irəlicədən
bu böyük hadisələr üçün hazırlamağa çalışmışlar.
Cabbarlının əsərlərində kapital dünyasının, altun
hakimiyyətinin törətdiyi hərc-mərcliklər lokal bir hadisə
kimi deyil, beynəlxalq kontekstdə götürülür.
Avropada ilkin kapital yığımı dövründə pulla
mənəviyyat arasında yaranan ziddiyyətlər tarixin yaxşı
məlum olan bir səhifəsi kimi klassik ədəbiyyatda öz bədii
və fəlsəfi şərhini gözəl tapmışdır. Viktor Hüqonun,
106
Balzakın, Drayzerin, Cek Londonun bu problemləri əks
etdirən bir sıra məşhur romanları Azərbaycan oxucularına
da yaxşı tanışdır.
XIX əsrin axırları, XX əsrin əvvəllərində neft
sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakıda kapitalist
ictimai-iqtisadi münasibətlərinin formalaşması da, təbii ki,
pulun sosial-mənəvi həyata aktiv müdaxiləsi ilə müşayiət
olunurdu. Cəmiyyətdə gedən bu prosesləri adekvat surətdə
əks etdirən ədəbiyyat da dövrün tələbi idi. Maraqlıdır ki,
Azərbaycanda bu sosial sifarişi ilk növbədə dramaturgiya
və teatr yerinə yetirirdi.
Özü də necə bir dramaturgiya?!
Həyatda baş verən hadisələrin sadəcə təsvirindən, bu
mürəkkəb hadisələr dünyasından götürülmüş maraqlı
təsadüflərin doğurduğu ziddiyyətlərdən deyil, meyllərin,
tendensiyaların üzə çıxarılmasından, nəticələrin yox,
səbəblərin, ideyaların qarşılaşmasından doğan bir
dramaturgiya!
Cabbarlı hadisələr arasındakı əlaqəni açmaqla
kifayətlənmir; o, hər bir hadisənin, hər bir iştirakçı tərəfin
daxili ziddiyyətlərini açır və müxtəlif tərəflər arasındakı
münasibətləri də məhz daxili potensialın təzahür vasitəsi
kimi qələmə alır. Hadisələrin daxili dinamikası da,
insanların iç üzü də proseslərdə, əlaqələrdə üzə çıxır.
İnsanla mühit arasında, bir əqidə ilə başqa əqidə arasında,
107
habelə, ayrıca insanın daxili aləmindəki müxtəlif fikir və
istək
yönümləri
arasında
ziddiyyətlər
bir-birini
tamamlayaraq bütövlükdə dövrün sosial-siyasi və psixoloji-
mənəvi səciyyəsini verir.
Oqtay Eloğlu aşkar şəkildə zahirilikdən, görünüşdən
fərqli olaraq alt qatların, daxili məqamların, mahiyyətlərin
üzə çıxarılmasına səsləyir. «1905-ci ildə» əsərində erməni-
müsəlman qarşıdurması şəklində təzahür edən zahiri
görünüşün arxasında Rusiyanın imperiya siyasətinin dəqiq
konturları görünür. «Aydın»da bir ailənin faciəsi timsalında
bütövlükdə kapital dünyasının iç üzü açılır. «Solğun
çiçəklər»də ictimai mühitin eybəcərliklərin hətta ən
müqəddəs duyğu olan sevgiyə belə sirayət edir. Bütün
bunlar zahiridən batiniyə, görünüşdən mahiyyətə keçidin
parlaq nümunələridir.
Gerçək ictimai həyatda gedən bu proseslər, heç
şübhəsiz, sənətdə və ədəbiyyatda da bu və ya digər
dərəcədə öz əksini tapırdı. Bu baxımdan, altun və
mənəviyyat, güc və həqiqət mövzuları özü-özlüyündə
ədəbiyyat üçün bir yenilik sayıla bilməzdi. Lakin necə ki,
insanlar çox vaxt hadisələr içərisində itib-batır və daxil
olduqları böyük ictimai-siyasi prosesləri, ictimai axının
əsas istiqamətini görə bilmirlər, eləcə də sıravi ədəbiyyat
bir qayda olaraq bir-birindən maraqlı hadisələr silsiləsini
təsvir etməkdən usanmır. Nəticədə neçə-neçə detektivlər,
Dostları ilə paylaş: |