|
Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti
|
səhifə | 34/37 | tarix | 25.06.2018 | ölçüsü | 0,85 Mb. | | #51542 |
|
137
tabe edər. Bu xüsusda maddi və mənəvi bir para təsirat
insanın aldığı tərbiyələri zirü zəbər edəcək dərəcədə
məsləkinə müğayir hallara sövq edə bilər.
Azacıq muşikafanə bir nəzərlə baxılsa deyilə bilər ki,
bütün bu tərbiyələrin ən əhəmiyyətlisi, ən müqəssiri, ən
qüvvətlisi olsa-olsa yenə tərbiyeyi-ümumiyyə (təsiri-mühit)
ola
bilər. Yalnız mühiti-ümumi təsirindən yaxanı
qurtaracaq bir müəssir var ki, ona da nəfs deyilir. Nəfs
əksərən irəliki tərbiyələrə tabe olmaqdan varastə ola
bilməz, lakin mətanəti-fövqəladəyə malik olan insanlarda
isə daima qabili-təhəvvül, daima qabili-islahdır.»
***
«Ailə tərbiyəsi və səhhəti-bədən, vücud sağlamlığı,
həyati-bəşəriyyənin ən mühüm əsasını təşkil edir.»
***
«İndi bizim yalnız məktəblərimiz deyil, bütün həyati-
ictimayəmiz belə saf, parlaq bir tərbiyəyə möhtəcdır.»
***
«Çocuqlar məsumdurlar, onunçün etdikləri işlərin
heç birindən məsul deyildirlər, onların hal və hərəkətlərin-
dən məsul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tər-
biyə etməkdə müsamihə göstərən valideyn qanun və əxlaq
nəzərində şiddətlə məsul tutulmalıdır. Çünki cəmiyyəti-
bəşəriyyə üçün müzürr bir adam hazırlamış olurlar.»
***
138
«Ağlanacaq bir həl idi özümüzdə görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.»
***
«Siyasət rol oynarkən ədəbiyyat susar.»
***
«Arif odur, gülsün içindən bahar.»
***
«Nümayiş üçün qabaran hissiyyat dəniz köpüyündən
çox da fərqli olmaz. Qabarması ilə sönüb getməsi bir
olar.»
***
«Hər işdə səbat və istiqamət ən birinci şərt sayılır.»
***
“Mənə biganə zövqi-nəfsani,
Sevdiyim yalnız eşqi-ruhani...
***
«Yox deyildir o qaranlıqda işıq.»
***
«Bizə gülməzsə həqayiqdəki sirr
Sərxoş ol, ya ayıq ol, fərqi nədir?”
***
“Geri dönməz bu şətarətli zaman!”
***
“Bir nəfəsdir bu sürəksizcə həyat!
Bir nəfəs!.. Getdimi? Gəlməz...”
139
***
“Kişi irfan işığında parlar.”
***
“...Bilgidə allah gücü var.”
***
“Əmin ol, nerdə nəfs olmuşsa hakim,
Həqiqi eşqi məhf etmiş məzalim.”
***
«Kimin ülviysə ruhu, söz onundur,
Əsiri nəfs olan daim zəbundur.»
***
«Böyüklər kiçiləri böyük görmək istər, kiçiklər isə
böyükləri kiçiltməklə təsəlli bular.»
***
«Arslanların saymazlığı şikarı tülkülərə qapdırar.»
***
«Qüvvətə, altuna tabe dünya?!»
***
«Söz qəvinindir?!»
***
«Əvət mələkdir, fəqət
Şeytan ruhlu bir mələk!.»
***
«Hər səfada cəfa buldum.»
***
140
«Yüksələn məhv olar, fəqət enməz.»
***
«Dinsiz olmaq da bir təriqətdir.»
***
«Səni alçaldan ehtiras olacaq.»
***
«Sosializm qabığından çıxmış faşizm beşiyi...»
***
«Daim sülhü özləyə-özləyə hər gün hərbi zavodlar
tikilir.»
***
«İblisəmi uymuş bəşəriyyət!?»
***
«İnsanlığı həp unutdu insan?!»
***
«Sən vulkanı qığılcımlamı söndürmək istəyirsən?»
***
«Bəşəriyyəti
heç
bir
zaman
göz
yaşları
qurtarmamışdır.»
***
«Papa həzrətləri məni buraya qarışdırmaq üçün
deyil, barışdırmaq üçün göndərmişdir...»
***
141
«Başdan-başa həp yer üzü vəhşət,
İblis ilə həmrəngi-siyasət»
***
«Həqiqi sülhü əldə etmək üçün hər kəsin haqqı təmin
olunmalıdır.»
***
«Bizə hüquq və torpaq verilmədikcə, barışıqdan söz
açmaq yersizdir.»
***
«Məncə bu cəmiyyətə diplomatlar bircası demək
daha doğrudur.»
***
«Təzad həyatın ahəngidir.»
***
«Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan
yıldızlar bunca sevilməzdi.»
***
«...Bu günkü müharibədə toplar, tüfənglər deyil, hər
məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də
ayrıca haizi-əhəmiyyətdir.»
***
«Ədəbiyyat bir millətdəki əhvali-ruhiyyənin inikası
deməkdir.» («Müharibə və ədəbiyyat» s.234)
***
Dostları ilə paylaş: |
|
|