|
Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti
|
səhifə | 36/37 | tarix | 25.06.2018 | ölçüsü | 0,85 Mb. | | #51542 |
|
147
«Hər bir qanun azadlığa bir yağı
İnsan oğlu olmuş insan tapdağı»
***
«Azad təbiətə zəncir yaraşmaz,
Azad günəş, azad yağış, azad yel.
Yer üzündə daşdan çəpər gərəkməz,
Azad dünya, azad sevgi, azad el.»
***
«Cəmiyyət qadınsız çürüdüyü kimi, qadın da
cəmiyyətsiz çürüyür.»
***
«Fəlakət insanlıq səadətinin kölgəsidir!»
***
«Həyat işıqlandıqca kölgə də qalınlaşır»
***
«Ən baş bir qanun vardır ki, o da hər kəsin
başqasına zərərsiz azad istəyidir».
***
«Dilimizdə olan ən kobud və yaraşıqsız söz, ən gözəl
yabançı kəlmələrdən əziz tutulmalıdır»
***
«Adətən türklük... tənqidə dayanmıyor ki, burası
bizdə milli bir xüsusiyyət halına gəlmişdir.»
***
«Tənqid təkamülün babasıdır.»
148
***
«... İdraksız bir kütlə...», «cismani duyğu»
***
«Ruhani və cismani tərbiyə»
***
«...Mədəniyyət adı altında bütün dünyanı qara
qüvvələrə tabe etmək istəyənlər...»
***
«... Ağ çöhrəli, qara vicdanlı Qərb...»
***
«İşıqlı Şərqin qaranlıq yavrusu»
***
«Dünya olsun azad ana qucağı»
***
«Yeni hücum üçün sahildən uzaqlaşan dalğaların
hicəti...»
***
«Biz burasını daha müthiş, daha qüvvətli, yeni
hücum üçün sahildən uzaqlaşan dalğaların ricətinə
bənzətmək istərdik. Biz Cavidin gəndisində bulunduğuna
şübhə etmədiyimiz istedad dənizlərinin dərinliklərindən
yeni qüvvət alıb hücum edəcək və xalqımıza mühit və
həyatımızın qoynundan doğmuş bir dilbər-ədəbi təqdim
edəcəyini ümid və arzu edərik.»
***
149
«Fəlsəfə sənət üçün bir əsas deyil, bir məziyyət ola
bilər...»
***
«Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-
mənəvi, həyəcani-bədii təmin etməkdir».
***
«Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu
bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir,
öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan
halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac
dövrlərində dirilmiş bir borcdur. Alınan bir borc, şübhəsiz
ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu
borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun
vardır. Təsir əks təsirə müsavidir. Bu qanunu dediyimiz
məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki,
hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər
də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o
qədər artıq fayda verməlidir.
İnsan adlı bir təsir meydana çıxıyor ki, onun da
mənası belədir: Sən bəşəriyyətin bir üzvü, onun illər boyu
qazandığı təcrübələrindən, tərəqqi və təalisindən istifadə
etmişsən. Sən ona bir mənfəət yetirməlisən. Sən içində
bulunduğun xalqın bir üzvü, ölkənin bir yavrususan. Onun
biliyindən, ruzisindən, ab-havasından istifadə etmisən, ona
bir mənfəət verməlisən. Həm də bu mənfəət aldığın
150
faydanın miqdarına çox da olmazsa, bərabər olmalıdır. İştə
buradan tarixdə öylə qüvvətli simalar təsadüf ediyor ki,
bütün varlığının xəlqə borclu olduğunu hiss ediyor və
kəndisini unudub varlığını da həmin xalqa vəqf ediyor.
Fəqət öylə simalar da vardır ki, onlar öz vəzifeyi-
ictimaiyyətlərini ifa etməyir, xalqa, cəmiyyətə bir fayda
gətirməyir, hətta bir çox zərərlər də toxundururlar. Bu
adamlar aldıqları borcu, aldıqları şeyləri qaytarmadıqları
üçün.. toxundurduqları zərərlər içində bir canidirlər.»
***
«Burada bir vətəndaşlıq, ... nə isə ictimai bir duyğu
vardır»
***
«Həyat tərəqqi etdikcə, cəmiyyət irəlilədikcə şərait
dəyişir. Bununla bərabər yaşayış vasitələri, fikirlər,
fəlsəfələr də dəyişir.» (s.246)
***
«Fəqət başındakı bir fikri, inandığı bir əqidəyə
doğru sandığı bir məsləki, bayrağını gəzdirdiyi bir ordunu
ancaq öz şəxsiyyətinə, öz mənfəətinə, öz şəxsi səadət və
ehtiraslarına fəda edən adama nə ad vermək olar.»
***
«Fəqət
daxilindəki
qadınçılığı
onu
rahat
buraxmayıb... O qadınlara qarşı gücsüzdür.»
***
Dostları ilə paylaş: |
|
|