|
Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti
|
səhifə | 35/37 | tarix | 25.06.2018 | ölçüsü | 0,85 Mb. | | #51542 |
|
142
«...Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib
edərsə, tez-gec bütün oxucularını da zəhərləmiş olar»
***
«Avropa yolunu tanır-tanımaz, ... onların az-çox
ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəyərsiz və
çürük əsərləri təqib olunur...»
***
«Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü»
***
«Xəstə bir üzvə bənzər amili-şər,
Kəs də, bulsun şəfa vücudi-bəşər.»
***
«Məncə əzmək də, əzilmək də xəta,
Haqqı sev, haqsızı dəf et, zira!»
***
«Əhli-vicdanə busə, xainə kin!»
***
«Üz çevirmiş də Tanrıdan insan,
Küfrü haqq, cəhli mərifət sanıyor»
***
«Gülüyor nura daima zülmət»
143
***
«Nə dərd olaydı, nə dərman»
***
«Susmaq, o da başqa dürlü fəryad!»
***
«Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı!»
***
«Ey varlığı yox, yoxluğu vardan daha dilbər!»
***
«...Türk ordusu daim basaraq ölkələr almış,
Ən sonda siyasətdə basılmış da bunalmış»
***
«İdrakı sönük başçıların qəfləti ancaq,
Etmiş, edəcək milləti həp əldə oyuncaq»
***
«Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət»
144
***
«...Ancaq mübarizə mənlik verir hər dövlətə!»
***
«Mənim tanrım gözəllikdir, sevgidir!»
***
«Gözəlsiz bir gülşən zindana bənzər».
***
«Mən gözəllikdə gözəl ruh araram,
Ruhu düşgünləri çirkin sanaram».
Cəfər Cabbarlı:
“Bu göy boya Göy Moğoldan qalmış
bir türk nişanı,...
Yaşıl boya islamlığın sarsılmayan imanı,...
Şu al boya azadlığın, təcəddüdün fərmanı!...”
***
“Dünyanı qanunsuzluqla idarə etmək olmaz”
***
“Mənim, bütün bəşəriyyətin səadət günəşini qucmuş
əməlim, sevgilərin geniş fəzalarında uçan fikrim, bütün
kainatın gözəlliklərini öpən istəklərim, bu qulluq
fərmanının əski, dar cildinə sığışdırıla bilməz”
145
***
“... Bir günəşin telləri, bir vicdanın çarpması, bir
mənanın görsənişləri olan bəşəriyyət...»
***
«Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı!»
***
«Mənəm...
varlığın
gözəlliyində
gülümsəyən
mövcudatı təcəssüm etdirən...»
***
«Mühitdən intiqam almaq...»
***
«Mən istəyirdim bütün bəşəriyyət mənim fikrimə
tapınsın.»
***
«Mən bütün dünyanı fikrimə tapındırmaq istərkən,
önümdəki bir həqiqəti anlamıram?!»
***
«Günbatan fikirli, gündoğan duyğulu bir sima.»
***
«...Beyni kitab arasında Parisdən, ürəyi isə mizrak
ucunda altay dağlarından almışdır.»
***
«Qaranlıq keçmişin mənfur heykəli.»
***
146
«Mən elə bir dünya istəyirəm ki, orada millətlər
azad, fərdlər azad olsun.»
***
«Dilək ilə nəticə arasında keçilməz bir uçurum var
ki, onu ancaq bir neçə qüvvətli simalar keçmişlər... Onlarla
da tarix fəxr edir.»
***
«Əsrimizdə şöhrət və böyüklük qapalı bir evdədir ki,
yiyəsi altun, açarı təsadüf, qoruyucusu ölümdür.»
***
«Kaş o füsunkar gözəlliyə uzuqdan-uzağa pərəstiş
edənlərdən biri də mən olaydım.»
***
«Hamının ardınca behiştdə getməkdənsə, hamının
qabağında cəhənnəmə getmək yaxşıdır.»
***
«Dünyada ən böyük səadət arzu ilə vüsal arasındaki
hicrdə imiş!»
***
«...Hər baharın qaçılmaz bir xəzanı vardır»
***
«...Hələ lazımınca açılmamış bir çiçəyin mənliyində
qorxunc bir xəzanın acı küləkləri, gözlərində batan bir
günəşin solğun şüası inləyib durur...»
***
Dostları ilə paylaş: |
|
|